DƏVƏNİN ÖZÜNƏ QƏSD ETMƏSİ
Həzrət Muhəmmədə (sallallahu ələyhi və alihi və səlləm) məxsus olan dəvə İmam Hüseynin (ələyhissalam) ixtiyarında idi. Aşura günü Seyyiduş-şuhəda həmin dəvənin üstündə əyləşib düşmənləri haqqa tərəf hidayət edirdi.
Nəhayət xeymələrə tərəf qayıtdıqda dəvəni kənara aparmağı əmr etdi. İmam (ələyhissalam) şəhadətə çatdıqda o dəvə uzaqda olduğuna görə faciədən xəbərsiz idi. İmam Hüseynin (ələyhissalam) şəhadət xəbəri ona yetişdikdə, başını o qədər yerə vurdu ki, axırda canını tapşırdı.1
Dostları ilə paylaş: |