Cəmil ibni Murrə deyir: “İmam Hüseynin (ələyhissalam) şəhadət günü düşmənlər dəvələri də qarət etdilər. Birini kəsib bişirdilər. Lakin dəvənin əti o qədər acı idi ki, onlar həmin əti yeyə bilmədilər.” 2
Əbu Həmid Ət-Təhan3 nəql edir: “Xuzaə qəbiləsində idim. Bu zaman İmam Hüseyndən (ələyhissalam) qarət edilmiş bir dəvəni gətirdilər. Dəvəni satmaq və kəsmək arasında söhbət düşdü. Onu gətirən şəxs dedi ki, dəvəni kəsmək istəyir. Nəhayət bıçağı boğazına yaxınlaşdırıb kəsmək istədikdə həmin dəvədən su fəvvarəsi kim alov püskürməyə başladı.”1