İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə67/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

SÜDƏMƏR KÖRPƏ


Axund molla Əli Muhəmməd Taliqani seyyid olan iranlı bir şəxsin dilindən belə nəql edir: “Həyat yoldaşımla birlikdə ziyarət üçün Kərbəlaya tərəf yola düşdük. Sünnilərin məntəqəsinə çatdıqda polis məmurları bizi saxladı və yolumuzu davam etməyə qoymadılar. Səbəbini soruşduqda dedilər ki, İranın bəzi şəhərlərində vəba xəstəliyi yayıldığına görə bir müddət qarantində qalmalı olacaqsınız. Biz də həmin şəhərdə qalmağa məcbur olduq.

Çox keçmədi ki, həyat yoldaşım hamilə olduğu üçün ondan bir övladımız dünyaya gəldi. Lakin körpənin anası canını Allaha tapşırdı. Dəfnə aid olan əməlləri yerinə yetirib həyat yoldaşımı torpağa tapşırdıqdan sonra birbaşa uşaq üçün dayə axtarmağa başladım. Həmin şəhərin əhalisi Əhli-beyt (ələyhimussalam) düşməni olduqları üçün körpəyə süd verməkdən boyun qaçırdılar. Körpə, təzə dünyaya göz açdığı üçün döşdən başqa bir şey qəbul etmək istəmirdi və acından göz yaşları axıdırdı.

Axırda öz-özümə - “onsuz da uşaq dolu döşlə boş döşün fərqini başa düşməz” - deyə fikirləşib övladımın ağzını sinəmə yaxınlaşdırdım. Körpə sanki bunu gözləyirmiş kimi döşümün ucunu ağzına alıb sovurmağa başladı. Araya artıq sakitlik çökmüşdü. Körpəyə diqqət etdikdə onun hulqumundan sanki bir şeyi udqunaraq mədəsinə getdiyini hiss etdim. Uşağı sinəmdən ayırdıqda döşümün ucunda ağ südün damçısını müşahidə etdim. Beləliklə, Raziq olan Allahın qüdrəti ilə məzlum Hüseynə (ələyhissalam) xatir körpə acından ölməsin deyə döşümə süd gəldiyini anladım.

Nəhayət bu iş Kazimeyn və Samirra şəhərlərində də baş verdi. Elə ki, Kərbəlaya çatdıq, həmişəki kimi övladıma süd vermək niyyəti ilə ağzını sinəmə yaxınlaşdırdım. Körpə ağlamağa başladı. Sinəmə diqqət yetirib süddən heç bir əsər-əlamət olmadığını anladım. Buna baxmayaraq, barmağımla döşümün ucunu sıxdım, lakin heç bir şey hasil olmadı.

Yəqinlik tapdım ki, artıq mənim südümə ehtiyac yoxdur. Çünki bura şiə şəhəri olduğu üçün dayə tapmaq çox asan bir iş idi. Axtarıb tezliklə bir dayə tapdım və Allah-təalaya çoxlu şükürlər etdim.”1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin