İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə71/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

MƏSİHİNİN İMAN GƏTİRMƏSİ


İmam Səccad (ələyhissalam) belə buyurur: “Bizi əsir tutub zalım Yezidin məclisinə gətirdikdə xarici ölkələrin nümayəndələri də o məclisdə iştirak edirdilər. Yezid şərab içməklə məşğul idi. Seyyiduş-şuhədanın (ələyhissalam) mübarək başına işarə edən xarici bir səfir Yeziddən soruşdu: “Ey ərəb padşahı! Bu baş kimindir?”

Yezid dedi: “Nə üçün bu haqda soruşursan?”

Səfir cavab verdi: “Ölkəmə qayıtdığım zaman bizim padşahımız səfərdə baş vermiş hadisələrlə maraqlanmağını düşündüm. Ona görə də bu şadlıq məclisində padşahımızın sizinlə şərik olması üçün bu başın sirrini öyrənmək istədim.”

O, cavab verdi: “Bu, Hüseyn ibni Əliyyibni əbi Talibin başıdır.”

Səfir: “Bəs anası kimdir?”

Yezid: “Allah Elçisinin qızı Fatimə.”

Səfir narahat halda dedi: “Sənə və sənin dininə vay olsun! Mənim dinim sənin dinindən çox-çox üstündür. Çünki mənim atam Həzrət Davudun (ələyhissalam) nəslindəndir. Mənimlə O Həzrət arasında uzun fasilə olmasına baxmayaraq, məsihilər mənə hörmət və təzim edirlər. Hətta ayağımın altındakı torpaqdan belə təbərrük kimi istifadə edirlər. Lakin sizinlə öz Peyğəmbəriniz arasında qısa fasilə olmasına baxmayaraq O Həzrətin nəvəsini qətlə yetirirsiz.?! Ey Yezid! De görüm “Hafir” kilsəsi haqqında olan hadisədən xəbərin varmı?”

Yezid dedi: “De, biz də bilək!”

Səfir həmin hadisəni balə açıqladı: “Oman və Çin ölkəsi arasında bir illik məsafəsi olan bir dəniz yerləşir. Bu dənizin ortasında səksən fərsəx uzunluğunda olan bir şəhər və bu şəhərdə çoxlu kilsələr mövcuddur. Ən böyük kilsənin adı “Hafir”-dir. Onun mehrabında qızıldan bir qutu və həmin qutunun içində isə Həzrət İsaya (ələyhissalam) mənsub olan ulağının nalı yerləşir. Belə ki, hər il dünyanın müxtəlif nöqtəsindən minlərlə məsihi bu nalı ziyarət və təvaf edib öz hacətlərini istəmək üçün “Hafir” kilsəsinə axışırlar. Camaat həmin nalın Həzrət İsanın (ələyhissalam) ulağının nalı olduğu üçün ona ehtiram əlaməti olaraq min bir əzab-əziyyətə qatlaşıb uzaq məsafələri qət edirlər. Lakin siz isə Peyğəmbər qızının oğlunu öldürürsüz. Allah sizə və sizin dininizə bərəkət verməsin!”

Yezid qəzəblənərək əmr edib qışqırdı: “Öz ölkəsinə gedib bizi rüsvay etməməsi üçün onu öldürün!”

Bunu eşidən məsihi səfir dedi: “Məni öldürmək istəyirsən?”

Yezid dedi: “Hə.”

Səfir dedi: “Dünən gecə yuxuda sizin Peyğəmbərinizi gördüm. Mənə buyurdu ki: “Ey məsihi! Sən Behişt əhlindənsən.”

Mən O Həzrətin sözlərindən çox təəccübləndim. İndi isə Allahın birliyinə və Peyğəmbərin haqq olmasına şəhadət verirəm.”

Bunu deyən məsihi ayağa qalxıb İmam Hüseynin (ələyhissalam) mübarək başına yaxınlaşdı. Onu bağrına basıb öpdü və ağlamağa başladı.

Nəhayət Yezid onu şəhid etdi.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin