İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə73/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

ZALIMLARIN MƏNZİLİ


Məlun ibni Ziyad Xuli bin Yezid Əsbəhini yanına çağırıb İmam Hüseynin (ələyhissalam) pak və mübarək başını ona tapşırdı. O, mübarək başı özü ilə evə gətirdi. Xulinin iki arvadı var idi. Biri “Təğləb”, digəri isə “Məzr” qəbiləsindən idilər. O həmin gecə “Məzr” qəbiləsindən olan həyat yoldaşının evinə gəlmişdi. Qadın ərinin əlindəki bağlamanı görüb soruşdu: “Əlindəki nədir?”

Dedi: “Hüseynin başıdır.”

Həyacana gələn qadın dedi: “Qiyamət günü sənin düşmənin Onun cəddi Muhəmməd Mustafadır (salləllahu ələyhi və alihi və səlləm) Allaha and olsun ki, nə sən mənim ərimsən və nə də mən sənin arvadın.”

Şücaətli qadın bu sözləri deyib gürzlə (əmud) onun başına bir zərbə endirdi.

Məlun məcbur olub o biri arvadının evinə yollandı. O qadın da ərinin əlindəki bağlamanın nə olduğunu xəbər aldı.

Xuli xaricilərdən birinin başı olduğunu dedi. Qadın başın sahibinin adını soruşduqda kişi cavab vermədi və müqəddəs başı yerə qoydu, üstünü teştlə örtüb yatağına tərəf yollandı.

Gecənin bir yarısı qadın yuxudan oyanıb çölə çıxmaq istədikdə teştin altından nurun ətrafa işıq saçdığını müşahidə etdi. Yaxınlaşıb qaldırdı. Mübarək başın həzin səslə Quran oxuduğunu gördü. Bu minvalla müqəddəs baş gün çıxana kimi Quran oxumağaına davam edirdi. Nəhayət “Şuəra” surəsinin 227-ci ayəsi sona yetdikdə qadın qəzəbli halda ərinin yanına gəlib müqəddəs başın kimə mənsub olduğunu soruşdu. Kişi yenə də onun bir xaricinin olduğunu və Yezidin hüzuruna aparıb ənam alacağını bildirdi.

Lakin israr edən qadın müqəddəs başın adını bilmək istədi. Nəhayət əri məcbur olub həqiqəti söylədi. Bunu eşidən qadın fəryad çəkib qışqırmağa başladı. O, huşunu itirib özündən getdi.

Ayıldıqda ərinin üstünə qışqırıb dedi: “Ey zalım! Vay olsun sənə! Sən Muhəmmədi (salləllahu ələyhi və alihi və səlləm) qəzəbləndirib Onu incitdin. Yerin və göylərin Allahından qorxmadınmı? İki dünya xanımlarının ən üstünü Fatimə (ələyhəssalam) oğlunun mübarək başının əvəzində mükafat almaq istəyirsən?”

Gözü yaşlı qadın müqəddəs başı öpüb bağrına basıb hönkürtü ilə ağlamağa başladı.

Başı öpüb deyirdi: “Səni bədənindən ayıran şəxsə Allah lənət eləsin!”

Bir azdan qadın yuxuya getdi. Yuxuda gördü ki, evin tavanı yarılıb ikiyə bölündü və evi nur bürüdü. Ağ bir buludun arasından iki xanım göründü. Onlar qadına yaxınlaşıb müqəddəs başı ondan alıb ağlamağa başladılar. Xanımlardan biri buyurdu: “Mən Xuvəylidin qızı Xədicə, yanımdakı isə qızım Fatimeyi Zəhradır. Biz sənin əməllərinə görə minnətdarıq. Sən bizimlə birlikdə Behiştdə olacaqsan.”

Sonra qadın yuxudan oyandı. Sübh çağı əri ondan müqəddəs başı tələb etdikdə qadın etiraz edib verməyəcəyini bildirdi və dedi: “Vay lsun sənə! Mən səninlə bir an belə yaşamaq istəmirəm. Tez ol talağımı ver!”

Bunu eşidən Xuli dedi: “Əvvəl başı mənə ver, sonra hər nə istəyirsən et!”

İffətli qadın dedi: “Allaha and olsun ki, Onu sənə verməyəcəyəm.”

Nəhayət işin uzandığını görən kişi hirslənib arvadını şəhadətə yetirdi. Pak olan ruh isə behiştə tələsdi.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin