İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə74/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   71   72   73   74   75   76   77   78   79

HARA QAÇIRSAN?


İbni Ziyadın məclisində iştirak edənlərdən biri belə deyir: “Orada olarkən birdən qəsri atəş və od-alov bürüməyə başladı. İbni Ziyad bu qorxulu mənzərəni gördükdə cəld taxtından yerə sıçrayıb qaçmağa başladı.

Bu zaman qəsrə gətirilmiş İmamın (ələyhissalam) mübarək başı dilə gəlib buyurdu:

“Ey məlun, atəşdən hara qaçırsan? Sən atəş və alova qarşı zəifsən. Elə isə bil ki, həqiqətən Axirətdə sənin mənzilin və qayıdacaq yerin atəşdir.”

Bunu eşidənlərin hamısı qorxudan səcdəyə düşdülər.”2


ZALIMLARIN VƏ QARƏTÇİLƏRİN AQİBƏTİ


Tarixdən məlum olur ki, Muxtar qiyam etdikdən sonra İmam Hüseynin (ələyhissalam) qatillərindən intiqam almağa başladı.3 O, bu müqəddəs hədəf uğrunda bütün gücünü işə saldı və əmr verdi ki, qatilləri axtarsınlar.4

YEZİDİN CƏHƏNNƏMƏ VASİL OLMASI


Bir gün Yezid öz qoşunu ilə ova çıxmışdı. Şam şəhərindən uzaqlaşdıqda bir ahuya rast gəldilər.Yezid səhabələrinə əmr etdi: “Onu təqib etməyin, mən ahunu təklikdə ovlamaq istəyirəm.” Bunu deyib ahunu qovmağa başladı, lakin onu tuta bilmədi. Nəhayət yoruldu və dayandı. Ətrafda heç kəs gözə dəymirdi. Yorğunluq və susuzluq onu əldən salmışdı. Bir az getdikdən sonra səhrada yaşayan ərəbə rast gəldi. O, quyudan su çəkirdi. Yezid ondan su istədi. Ərəb ona su verdikdən sonra kim olduğunu, haradan gəldiyini soruşdu. Yezid dedi: “ Mən əmirəlmöminin Yezid ibni Müaviyəyəm”.

Bunu eşidən ərəb qəzəblənib dedi: “Ey Allahın və Rəsulunun düşməni! Allaha and olsun ki, sən Hüseyn ibni Əlinin (ələyhiməssalam) qatilisən.”

Sonra cəld Yezidin qılıncını əlindən alıb onu vurmaq istədi, lakin zərbə ata dəyib yaraladı. Zərbənin şiddətindən at hürküb qaçmağa başladı. Yezid yerə yıxılıb atın üzəngisindən asılı vəziyyətdə qaldı. At da onu sürüyə-sürüyə çəkib apardı. Nəhayət cəsədi tikələrə parçalndı və Cəhənnəmə vasil oldu.1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin