Muxtar Xulini tutmaq üçün Əbu Umrəni əsgərlərin rəisi təyin etdi. Onlar Xulinin evini mühasirəyə aldılar və evə daxil olub Xulini axtarmağa başladılar. Nəhayət ayaq yolunda başına zənbil qoymuş halda tapdılar. Muxtara xəbər çatdıqda o, Xulinin evinə gəlib əmr etdi ki, evinin qabağında onu qətlə yetirib cəsədini yandırsınlar.4
İBNİ ZİYADIN AQİBƏTİ
Malik Əştərin oğlu İbrahim İbni Ziyada həmlə edib qılıncı ilə onu ortadan iki yerə böldü. Bədənin baş hissəsi bir tərəfə, aşağı hissəsi isə digər tərəfə sıçradı. Baş hissəsi qışqırmağa başladı. İbrahim uca səslə dedi: “İbni Ziyadı öldürdüm.”
Sonra İbrahim, ibni Ziyadın başını bədənindən ayırmağı və cəsədini isə yandırmağı əmr etdi.1