İmam hüseyniN (ələyhissalam)


HƏKİM İBNİ TUFƏYLİN AQİBƏTİ



Yüklə 0,77 Mb.
səhifə77/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   71   72   73   74   75   76   77   78   79

HƏKİM İBNİ TUFƏYLİN AQİBƏTİ


Həkim ibni Tufəyl İmam Hüseynə (ələyhissalam) ox atanlardan və Həzrət Abbası (ələyhissalam) şəhid edib paltarını və silahını qarət edənlərdən idi. Abdullah ibni Kamil Muxtarın əmri ilə onu tutub oxla tirbaran etdi.2

HƏRMƏLƏNİN AQİBƏTİ


İmam Baqir (ələyhissalam) buyurur: “Hərmələ Əli Əsğəri (ələyhissalam) mübarək boğazından oxla vurandan sonra İmam Hüseyn (ələyhissalam) onları nifrin edib dedi:
وَانْتَقِمْ لَنا مِنْ هؤُلاءِ الظَّالِمینَ

İlahi! Bizim intiqamımızı bu zalımlardan al.”

Minhal ibni Əmr deyir: “İmam Səccadı (ələyhissalam) ziyarət etdikdən sonra Küfəyə qayıtdım. Mənim Muxtar ilə qədimi dostluğum var idi. Onu görmək məqsədilə evdən çıxıb yanına getdim. Məni görəndə dedi: “Ey Minhal, harda idin?” Həccdə və Mədinədə olduğumu söylədim. Elə bu zaman Hərmələnin filan məhəllədə gizləndiyini xəbər verdilər. Hamı ora tələsdi. Nəhayət onu tutub Muxtarın hüzuruna gətirdilər. Muxtar Allaha şükür etdikdən sonra uca səslə cəlladı çağırdı. Cəllad gəldikdə Muxtar əmr etdi: “Birinci onun hər iki qollarını, sonra isə hər iki ayaqlarını kəsin!”

Fərman icra olandan sonra Muxtar quru çubuqların gətirilməsini və Hərmələnin üstünə atıb yandırmağı əmr etdi. Mən təəccüblənib “Subhənəllah” dedim. Muxtar səbəbini soruşduqda dedim: “Mən İmam Səccadın (ələyhissalam) hüzurinda olarkən O Həzrət Hərmələni belə nifrin etmişdi:



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin