İmam hüseyniN (ələyhissalam)


اَللَّهُمَّ اَذِقْهُ حَرَّ الْحَدیدِ



Yüklə 0,77 Mb.
səhifə78/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   71   72   73   74   75   76   77   78   79
اَللَّهُمَّ اَذِقْهُ حَرَّ الْحَدیدِ. اَللَّهُمَّ اَذِقْهُ حَرَّ الْحَدیدِ. اَللَّهُمَّ اَذِقْهُ حَرَّ النَّارِ

İlahi, qılınc (yarasının) ağrısını ona dadızdır. İlahi, qılınc ağrısını ona dadızdır! İlahi, Cəhənnəm atəşini ona dadızdır.

Muxtar təəccüblənib soruşdu: “Sən bu nifrini İmamın (ələyhissalam) Özündın eşitdin?” Dedim: “Əlbətdə.”

Bunu eşidən Muxtar, atından düşüb iki rükət namaz qıldı və səcdəni uzatdı. Başını səcdədən qaldıranda artıq Hərmələnin cəsədi külə dönmüşdü.1

DİGƏR QARƏTÇİLƏRİN AQİBƏTİ


İshaq ibni Hubə Həzrətin köynəyini çıxarıb geyindikdən sonra elə bir xəstəliyə tutuldu ki, bədənində olan tükləri tökülməyə başladı. İmam Sadiq (ələyhissalam) buyurur: “İmam Hüseynin (ələyhissalam) bədənində otuz üç nizə və otuz dörd qılınc yaraları var idi.”

Kərbəlada qarət olunan şeylərdən bir də İmam Hüseynin (ələyhissalam) şalvarı idi. Bəhr ibni Kəb O Həzrətin şalvarını qarət edib geyinəndən sonra ayaqları iflic oldu və omrünün axırına kimi yorğan-döşəkdə şikəst qaldı.

İmam Hüseynin (ələyhissalam) əmmaməsini oğurlayan ibni Əlqəmə Həzrəmi idi. Ona həm də “Əbtər” deyirdilər. Bəzi rəvayətə görə əmmaməni qarət edənin adı Cabir ibni Yəzdi idi. O, şəhidlər ağasının əmmaməsini başına qoyandan sonra ağlını itirdi və dəli oldu.

Əsvəd ibni Xalid O Həzrətin ağ rəngli başmaqlarını qarət etdi. İmamın (ələyhissalam) üzüyünü isə yəhudi olan Cədəl ibni Suləym Kəlbi oğurladı, belə ki, üzüyü çıxarda bilmədinə görə mübarək barmağı kəsməli oldu. Muxtar Səqəfi nəhayət onların hər ikisini tutub ayaqlarını və əllərini kəsdi.

İmam Hüseynin (ələyhissalam) zirehini qarət edən Ömər ibni Səd idi. O Həzrətin qılıncını oğurlayanlar barədə isə bir neçə rəvayət mövcuddur.2

Beləliklə, İmam Hüseynə (ələyhissalam) qarşı vuruşanların aqibəti acınacaqlı surətdə sona yetdi.


Fərəc duası

اَللّهُمَّ کُنْ لِوَلِیِّکَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُکَ عَلَیْهِ وَعَلى آبائِهِ فی هذِهِ السّاعَةِ وَفی کُلِّ ساعَةٍ وَلِیّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَلیلاً وَعَیْناً حَتّى تُسْکِنَهُ أَرْضَکَ طَوْعاً وَتُمَتِّعَهُ فیها طَویلاً

Əllaahummə kulli vəliyyikəl huccətibnil Həsən. Saləvəətukə ələyhi və ələə əəbəəih. Fii həəzihissəəti və fii kulli səəh. Vəliyyəv və həəfizəə və qaaidəv və nəəsiraa. Və dəliiləv və əynəə. Həttəə tuskinəhuu ərzakə təvəə və tuməttiəhuu fiihəə taviiləə.

Allahım! Canişinin və höccətin İmam Zamanın- Sənin salamın, rəhmətin Ona və əcdadlarına olsun-hər an (Onun) Rəhbəri, Qoruyanı və Köməkçisi ol! Onu yer üzündə insanların meyli əsasında hökmran və Ona uzun iqtidar əta et!

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin