İmam hüseyniN (ələyhissalam)


MƏLƏYİN KÖRPƏLƏRİ QORUMASI



Yüklə 0,77 Mb.
səhifə19/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

MƏLƏYİN KÖRPƏLƏRİ QORUMASI


Bir gün Muhəmməd Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə birlikdə əyləşib söhbət edirdilər. Birdən Həzrət Fatimə (ələyhəssalam) gəlib atasına dedi: “Həsəneyn2 dünən evdən çıxmış və indiyə kimi geri qayıtmamışlar.”

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) buyurdu: “Narahat olma! Həsən və Hüseyn Xaliqin O ikisinə olan məhəbbəti mənim və sənin Onlara olan məhəbbətindən qat-qat üstündür.”

Sonra Həzrət mübarək əllərini asimana tərəf uzadıb bu duanı etdi: “Pərvərdigara! Onları hifz et və salamat saxla.”

Bu vaxt Cəbrayıl (ələyhissalam) nazil olub dedi: “Ya Peyğəmbər! Narahat olma, Onlar bu dünya və Axirətin sərvəridirlər, Onların atası isə böyük məqam sahibidir. O ikisi filan yerdə yatıblar və Allah-təala Onları qorumaq üçün mələklərdən birini başları üstə məmur etmişdir.”

Sonra Əziz Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) ayağa qalxıb səhabələri ilə birlikdə həmin yerə getdilər. Ora çatdıqda Həsəneynin (ələyhiməssalam) qucaqlaşıb yatdıqlarının şahidi oldular. Allah-təala tərəfindən göndərilən mələk isə bir qanadını Onların altına sərmiş, o biri qanadı

.0nı isə günəşin istisi Onların üzünə düşməsin deyə kölgə qurmuşdu.

Peyğəmbəri-Əkrəm (sallallahu ələyhi və alihi və səlləm) uşaqlara yaxınlaşıb ikisini də ağuşuna aldı. Onlar yuxudan ayıldıqda isə İmam Həsəni (ələyhissalam) sağ çiyninə, İmam Hüseyni (ələyhissalam) isə sol çiyninə qaldırıb buyurdu: “Allah-təala sizi bu gün əzizlədiyi kimi mən də sizi əzizləyəcəyəm.”

Sonra hamı məscidə tərəf hərəkət etməyə başladı. Səhabələrdən bəzisi Peyğəmbərə (sallallahu ələyhi və alihi və səlləm) yüngül olsun və zəhmətə düşməsin deyə Həsəneyndən (ələyhiməssalam) birini onlara verməsini xahiş etdilər. Lakin Həzrət buna razı olmadı və belə buyurdu: “Bu ikisi necə də yaxşı səvarilərdir və minikləri də yaxşıdır. Bunların atası da böyük məqam sahibidir.”

Nəhayət məscidə yetişdikdə Muhəmməd Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm) Bilalı çağırıb ona camaatın məscidə yığışmasını əmr etdi. Bilal azan verəndən sonra camaat məscidə toplaşdı. Sonra Həzrət nəvələrini çiynindən düşürüb dizləri üstündə əyləşdirdi və camaata tərəf dönüb belə buyurdu: “Ey camaat! İstəyirsiniz ki, sizə elə kəsləri tanıtdırım ki, onların babası və nənəsi yer üzünün ən üstünüdür?”

Hamı: “ Bəli, ya Rəsuləllah!”

Həzrət buyurdu: “Onlar Həsən və Hüseyndir ki, babası bütün Peyğəmbərlərin başçısı Muhəmməd (sallallahu ələyhi və alihi və səlləm), nənəsi isə Behişt əhlinin başçısı Xuvəylidin qızı Xədicədir. Ey camaat! İstəyirsiniz ki,sizə elə kəsləri tanıtdırım ki, onların ata-anası insanların ən üstünüdür?”

Dedilər: “Bəli, ya Rəsuləllah!”

Həzrət buyurdu: “Onlar Həsən və Hüseyndir ki, atası Əli ibni əbi Talib, anası isə dünya xanımlarının başçısı Fatimədir.”1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin