İmam hüseyniN (ələyhissalam)


ÇINQIL DAŞLARIN TOZA ÇEVRİLMƏSİ



Yüklə 0,77 Mb.
səhifə25/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

ÇINQIL DAŞLARIN TOZA ÇEVRİLMƏSİ


Bilikli alimlərdən sayılan, həmçinin Tövrat və İncillə çox yaxından tanış olan Ümmü Səlim adında bir qadın Həzrət Muhəmmədin (sallallahu ələyhi və alihi və səlləm), möminlərin əmiri Həzrət Əlinin (ələyhissalam) və Həzrət Həsənin (ələyhissalam) möcüzələrini müşahidə etdikdən sonra nəhayət İmam Hüseynin (ələyhissalam) xidmətinə yetişir.

Özü bu barədə deyir: “İmam Hüseynin (ələyhissalam) yanına gəlib O Həzrətin asimani kitablarda qeyd olunmuş bir sıra sifət və nişanələrini müşahidə etdim. Kiçik yaşlı uşaq olduğu üçün O Həzrətdən hansı möcüzə və imamət nişanəsini mənə göstərməsi barədə düşünürdüm. Nəhayət məscidin qırağında əyləşmiş İmama yaxınlaşıb soruşdum: “Sən kimsən?”

O buyurdu: “Sənin axtardığın adam, ey Ümmü Səlim! Mən Allahın vəsilərinin xəlifəsiyəm. Mən doqquz hidayətçi İmamların atasıyam. Mən qardaşım İmam Həsən Müctəbanın canişini və xəlifəsi, O da atam Əli ibni əbi Talibin canişini, atam da Allah Elçisinin canişinidir.”

Ümmü Səlim deyir: “Mən hələ uşaq olan İmamın sözlərindən çox təəccübləndim. Ona dedim ki, buyurduqlarınıza bir dəlil varmı?”

Həzrət buyurdu: “Yerdən bir neçə balaca daş yığıb mənə ver!”

Bir neçə balaca daş yığıb Həzrətə təhvil verdim. O, həmin daşları ovucları arasında biri-birinə sürtərək toz halına saldı. Onları xəmir şəklinə salıb bir barmağını içinə basdıqda barmaq izini gördüm.

Sonra mənə buyurdu: “Ey Ümmü Səlim! Ora diqqətlə bax gör, nə görürsən?”

Barmaq izinin yerinə diqqətlə nəzər yetirdikdə səmavi kitablarda sıra ilə yazılmış mübarək adları - Muhəmməd, Əli, Həsən, Hüseyn və Onun doqquz övladlarnı (ələyhimussalam) - müşahidə etdim. Belə ki, heyrət məni bürüdü və özü-özümə dedim: “Necə də əzəmətli və qiymətli nişanələr mənim üçün aşkar oldu.”

Sonra İmama ərz etdim: “Ey mənim mövlam, əgər mümkündürsə, mənim üçün başqa bir nişanə göstərin.”

İmam Hüseyn (ələyhissalam) təbəssüm edərək ayağa qalx və əllərini asimana tərəf uzatdı. Birdən O Həzrət sanki gürz və sütun şəklində asimanları yarıb gözümdən itdi. Mən fəryad etməyə başladım. Nəhayət bihuş olub yerə yıxıldım. Bir az sonra özümə gəldikdə gözlərimi açıb İmam Hüseynin (ələyhissalam) bir dəstə yasəmən gülünü mənim üzümə toxundurduğunu hiss etdim. Soruşdum: “Ey mənim ağam! Bəs Sizin vəsi və canişininiz kimdir?”

Buyurdu: “Mənim və dünyadan getmiş əzizlərimin etdiyi nişanələri göstərən kəs.”

Bu hadisədən neçə illər keçməsinə baxmayaraq həmin gülün ətrini hələ də duyuram.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin