İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə26/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

BİR ANDA SAÇIN AĞARMASI


Bir nəfər İmam Hüseynin (ələyhissalam) yanına gəlib dedi: “Xahiş edirəm, Öz fəzilətiniz haqqında mənə danışasız.”

Həzrət buyurdu: “Sənin buna dözümün çatmaz.”

Həmin kişi israr edib dedi: “Döərəm, gücüm çatar.”

İmam Hüseyn (ələyhissalam) ona bir hədis söylədi. Həzrətin sözü tamam olmamış kişinin saçı-saqqalı ağardı və hədisi unutdu.

Sonra İmam Hüseyn (ələyhissalam) buyurdu: “Allah ona rəhm eləsin, bildim ki, o, artıq söylədiyim hədisi unutdu.”1

Başqa bir rəvayətdə belə nəql olunur: “Bir neçə nəfər İmam Hüseynin (ələyhissalam) yanına gəlib dedilər: “Ey Əba Əbdillah! Xahiş edirik, Allah-təalanın Sizə əta etdiyi fəzilət barəsində bizə danışasınız.”

Həzrət buyurdu: “Sizin bunu eşitməyə taqətiniz çatmaz.”

Onlar dedilər:”Nə üçün çatmaz? Siz buyurun, bizim taqətimiz çatar.”

Belə olduqda İmam Hüseyn (ələyhissalam) buyurdu: “Əgər düz deyirsinizsə, sizdən ikisi kənara çəkilib gözləsin və mən birinizə bu barədə danışım. Onun söylədiyim sözlərə taqəti çatsa, onda hər ikinizə həmin söhbəti nəql edərəm.”

Sonra onlardan ikisi kənara çəkilib gözləməyə başladılar. İmam Hüseyn (ələyhissalam) birinə nə isə söyləməyə başladı. Çox keçmədi ki, həmin şəxsi heyrət bürüdü və gic kimi oldu. Yerindən qalxıb oranı tərk etdi. Dostları ona yaxınlaşıb işin nə yerdə olduğunu xəbər almaq və ona bir neçə sual verməyə başladılar. Lakin o, elə hey öz dostlarının üzünə baxır və heç bir kəlmə danışmırdı. Nəhayət hamısı dağılışdı.2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin