İmam hüseyniN (ələyhissalam)


HƏZRƏT ƏLİNİN (ələyhissalam) KƏRBƏLADAN KEÇMƏSİ



Yüklə 0,77 Mb.
səhifə32/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

HƏZRƏT ƏLİNİN (ələyhissalam) KƏRBƏLADAN KEÇMƏSİ


İbni Abbas rəvayət edir: “Əli ibni əbi Talib (ələyhiməssalam) Siffeyn müharibəsinə hərəkət edən zaman mən də onunla idim. Orada Fərat çayı yerləşən “Neynava” çölünə çatdıqda uca səslə məndən soruşdu: “Ey ibni Abbas, buranı tanıyırsanmı?”

Cavab verdim: “Bəli!”

Buyurdu: “Əgər mənim qədər tanısaydın, göz yaşı axıtmamış buradan ötməzdin.”

Həzrət bunu deyib o qədər ağladı ki, göz yaşları mübarək saqqalını isladıb sinəsinə axmağa başladı. Biz də dözə bilməyib Ona qoşulduq və ağlamağa başladıq.

Sonra Həzrət “ah” çəkərək əlavə etdi: “Biz hara, Əbu Süfyan hara?! Biz hara, şeytan qrupu və küfr əhli hara?! Ey Əba Əbdillah! Allah sənə səbr və dözüm əta etsin! Onlardan sənə yetişən atana da yetişəcəkdir.”

Daha sonra Həzrət dəstəmaz almaq üçün su istədi. Namaz qıldıqdan sonra İmam Hüseyn (ələyhissalam) barəsində buyurduğu sözlərini yenə də təkrar etdi. Bir az gözünün yuxusunu alıb istirahət etdikdən sonra ayıldı və buyurdu: “Ey Abbas!”

Ərz etdim: “Mən burdayam.”

Buyurdu: “Yuxuda gördüyümü sənə söyləyimmi?”

Cavab verdim: “Bəli, yəqin ki, yaxşı və şirin biri yuxu görmüsüz.”

Həzrət buyurdu: “Yuxuda gördüm ki, sifət və geyimləri ağ olan bir dəstə insan asimandan yer üzünə enməkdədirlər. Onlar əllərinə ağ bayraq tutmuş, bellərinə isə ağ və parıldayan qılınc taxmışdılar. Onlar həmin bu torpağın ətrafına bir xətt çəkməyə başladılar. Sonra burdakı xurma ağaclarının yarpaq və budaqlarının kəsilməsini və yer üzünün sanki təzə qan ilə dolub dalğalandığını müşahidə etdim. Ürəyimin və bədənimin parçası olan Hüseyn həmin qan dalğaları arasında boğulmaqda idi. O, fəryad edir və bir kəsi köməyə çağırırdı. Lakin dadına yetişən yox idi. Nəhayət yer üzünə enmiş ağ rəngə bürünmüş insanlar ona dedilər: “Ey Peyğəmbər xanədanı! Dözümlü və səbrli olun! Siz insanların ən pisinin əli ilə qətlə yetiriləcəksiniz. Ey Əba Əbdillah! Behişt sizin intizarınızdadır.”

Sonra onlar mənə baş sağlığı verib dedilər: “Müjdə olsun Sizə! Həqiqətən Allah-təala Qiyamət günü Onu Sizin gözünüzü işıqlandıran bir nur qərar verəcəkdir.”

Bu zaman yuxudan ayıldım. Canım Onun əlində olan Allaha and olsun ki, Həzrət Əbulqasim Muhəmməd (sallallahu ələyhi və alihi və səlləm) mənə xəbər vermişdir ki, sitəmkar və zalım camaatla döyüşə getdiyim zaman bu yuxunu görəcəyəm. Bu yer “Kərb”1 və “bəla”dan2 ibarətdir. Belə ki, burada Hüseyn və on yeddi nəfər Fatimə övladlarından dəfn olunacaqdır. Bu torpağın adı “Kərbəla”dır. Bu ad asimanlarda Məkkə, Mədinə və Beytul Müqəddəs kimi yad olunur.

Sonra əlavə etdi: “Ey ibni Abbas! Bu ətraflarda sarı zəfəran rənginə çalan ahu peyinlərini axtar!”

Mən də onları axtarmağa başladım. Peyinləri bir yerdə cəm olmuş halda tapdıqda Əmirəlmömininə xəbər verdim. Həzrət buyurdu: “Allah və Onun elçisi düz buyurmuşlar.”

İmam yerindən qalxıb sürətlə bizə tərəf gəlib onları yerdən qaldırdı. İylədikdən sonra buyurdu: “Ey ibni Abbas! Bunların nə olduğunu bilirsənmi? Bu peyinləri İsa ibni Məryəm iyləmiş və belə dua etmişdir: “İlahi! İmam Hüseynin (ələyhissalam) atası bu peyinləri iyləyib ürəyi təskinlik tapsın deyə bunları həmişə saf və çürüməmiş halda saxla.”

Həzrət Əli (ələyhissalam) sözünə belə davam etdi: “Ey İsa ibni Məryəmin Pərvərdigarı! Hüseynin qatillərinə, onun üstünə hücum çəkənlərə, onun düşmənlərinə kömək edənlərə və onu yalqız buraxanlara Öz bərəkətini nazil etmə.”

O Həzrət bunu deyib ağlamağa başladı. Biz də Onunla bərabər göz yaşı axıtdıq. Nəhayət Həzrət o qədər ağladı kı, bihuş oldu. Bir müddətdən sonra ayıldı, ahu peyinlərini özü ilə götürdü və mənə də onlardan üstümdə saxlamağı tapşırdı və buyurdu: “Bunların təzə qana bulaşdığını gördüyün zaman bil ki, bu məkanda artıq Əba Əbdillahil Hüseyn qətlə yetirilmişdir.”

İbni Abbas deyir: “Mən onları həmişə üstümdə saxlayır və qoruyurdum. Bir gün yuxudan oyanıb həmin peyinlərin qana bulaşdığını gördüm. Oturub ağlamağa başladım və öz-özümə dedim: Hüseyn (ələyhissalam) qətlə yetirildi.”

Bu hadisə zöhr azanın vaxtı ilə üst-üstə düşürdü. Şəhəri qaranlıq bürümüşdü. Yavaş-yavaş zülmətə bürünən günəş görünməyə başladı. Sanki şəhərin divarları qana bulaşmışdı. Birdən qeybdən bu nidanın gəldiyini eşitdim: “Ey Peyğəmbər ailəsi! Dözümlü və səbirli olun ki, əziz övladınız qətlə yetirildi. Əmin olan ruh ağlar halda nazil oldu.”

Sonra həmin nidadan ağlamaq səsi eşidildi. Mən də ağlamağa başladım.

Bir müddət keçəndən sonra İmam Hüseynlə (ələyhissalam) Kərbəla hadisəsində olanlar mənə bildirdilər ki, həmin gün sənin eşitdiyini biz də döyüş meydanında eşidirdik.

Bu səsin Xızır Peyğəmbərin (ələyhissalam) olduğunu düşündük.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin