İmam hüseyniN (ələyhissalam)


HƏZRƏT ZƏKƏRİYYANIN (ələyhissalam) ƏZADARLIĞI



Yüklə 0,77 Mb.
səhifə39/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

HƏZRƏT ZƏKƏRİYYANIN (ələyhissalam) ƏZADARLIĞI


Zəkəriyya Peyğəmbər (ələyhissalam) Allah-təaladan beş müqəddəs adların ona öyrətməsini istədi. Uca Allah bu adları təlim etmək üçün Cəbrayıl mələyi (ələyhissalam) onun yanına göndərdi. Həzrət Zəkəriyya (ələyhissalam) Muhəmməd, Əli, Fatimə, Həsənin (ələyhimussalam) mübarək adlarını dilinə gətirdikdə qəmginliyi və pərişanlığı aradan getdi. Lakin imam Hüseynin (ələyhissalam) mübarək adı dilindən cari olduqda istər-istəməz boğazı tutuldu və ürəyi kövrəldi. O, buna təəccüb edib Allah-təaladan soruşdu: “İlahi! Nə üçün dörd müqəddəs nurun mübarək adlarını dilimə gətirdikdə qəm-qüssədən uzaqlaşıb aramlıq tapır, amma Hüseynin (ələyhissalam) mübarək adını zikr etdikdə isə gözlərim yaşla dolur, ürəyim sızıldayır və vücudumu qəm-qüssə bürüyür?”

Allah-təala Kərbəlada baş verəcək böyük və dərdli hadisəni onun üçün açıqladı. Sonra “Məryəm” surəsinin birincici ayəsində gələn “muqəttəə”1 hərflərin mənasını belə izah etdi: “Kəf”-Kərbəla diyarına, “hə” - Peyğəmbər xanədanının həlakətinə və əsir düşməsinə, “yə”-zalım və qaniçən Yezidə, “əyn”-Hüseynin ətəşinə2, “sad”-isə onun haqq yolunda heyrətedici səbr və dözümünə işarədir.”

Həzrət Zəkəriyya (ələyhissalam) bu böyük müsibəti eşidəndən sonra məscidin qapısını bağlıdı və üç gün oradan bayıra çıxmadı. O, bu müddətdə İmam Hüseyn (ələyhissalam) üçün yas qurdu və O Həzrət üçün əzadarlıq edib mərsiyəni oxumağa başladı:

“Pərvərdigara! Ən üstün məxluqun olan Həzrət Muhəmmədə (sallallahu ələyhi və alihi və səlləm) övladının şəhadətini nəsib edirsənmi? Ona bu ürək yandırıcı müsibəti göndərirsənmi? Əli və Fatiməyə (ələyhiməssalam) bu müsibət libasını geyindirirsənmi? Bu ağır müsibətin əzab-əziyyətini onlara nazil edirsənmi?”

Sonra belə bir dua etdi: “İlahi! Mənə bir oğul nəsib et və onu qocalığımda gözümün nuru qərar ver. Əgər onu mənə əta etsən, məni ona məhəbbətli et. Belə ki, ən sevimli bəndən Həzrət Muhəmmədə (sallallahu ələyhi və alihi və səlləm) bu qəmli faciəni nəsib etdiyin üçün mənim də övladıma o faciə kimi şəhadət nəsib et.”

Nəhayət Allah-təala onun duasını qəbul edib Yəhya (ələyhissalam) adında bir övlad əta etdi və sonralar o da şəhadət şərbətini içdi.1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin