İmam Hüseyn (ələyhissalam) Mədinədən hərəkət etdiyi zaman müsəlman cinlərdən təşkil olunmuş bir dəstə zahir oldu və Həzrətin xidmətinə yetişib dedilər: “Ey bizim ağamız! Biz Sizin şiələrinizdən və dostlarınızdanıq. Sizinlə düşmənçilik edənləri bir anda məhv etmək üçün bizə əmr edin.”
İmam (ələyhissalam) onlara dua edib buyurdu: “Məgər Allah-təalanın Quranda cəddimə nazil etdiyi bu ayəni oxumamısınız? Uca Allah buyurur:
أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ
»Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır.«1
Sonra İmam (ələyhissalam) sözlərinə davam edərək buyurdu: “Əgər mən hərəkət etməyib evdə otursam, bu insanlar nə ilə imtahan olunacaqlar? Hansı şəxslər Kərbəlada mənim şəhadətə yetişdiyim məkana sakin olacaqlar? Belə ki, Allah-təala dünyanı yaratdığı ilk gündən həmin torpağı müqəddəs qərar verdi və onu şərəfləndirdi. Ora əmin-amanlıq, bizim şiələrin bu dünya və Axirətdə pənah yeridir.
İndi isə qayıdın və şəhadətə yetişdiyim gün Kərbəlaya gəlin! Həmin gün düşmənlər Əhli-beytimi əsir tutaraq işgəncəyə məruz qoyar və mənim başımı bədənimdən ayırıb zalım Yezidin hüzuruna apararlar.”
Cinlər dedi: “Ey Allahın sevimlisi! Əgər Sizə itaət etmək bizə vacib olmasaydı, düşmənləriniz sizin yolunuzu kəsməmişdən qabaq onları qətlə yetirərdik.”
İmam Hüseyn (ələyhissalam) buyurdu: “Allaha and olsun ki, bizim gücümüz və qüdrətimiz sizinkindən çoxdur. Lakin biz istəyirik ki, Allahın höccətini yaranmışlar üzərində tamam edib Onun qəza-qədərini yerinə yetirək.”2
Dostları ilə paylaş: |