Zəhəbi İsa ibni Harisdən nəql edir: “Hüseyn (ələyhissalam) şəhadətə çatandan sonra yeddi gün dalbadal əsr namazı vaxtı görürdük ki, evin divarlarına saçan günəşin nuru o qədər qırmızı rəngə çalırdı ki, həmin nur sanki qırmızı çadırlara bənzəyirdi. Həmçinin göydəki ulduzların dəfələrlə bir-birilə toqquşmasını müşahidə edirdik.”1
Ubeydullah ibni Ziyadın saray qoruqçularından biri deyir: “İmam Hüseynin (ələyhissalam) kəsilmiş başını ibni Ziyadın qarşısına qoyanda sarayın divarlarından qan axdığını müşahidə etdim.”2