BİTKİNİN KÜLƏ DÖNMƏSİ
Yezid ibni Əbi Ziyad deyir: “Mənim on dörd yaşım olanda Hüseyn ibni Əli (ələyhiməssalam) şəhid oldu. O zaman vərs1 bitkisi külə çevrildi və göy üzü qırmızı rəngə boyandı. Düşmən qoşunu bir dəvəni kəsdikdən sonra onun ətindən alov püskürməyə başladı.”2
İbni Əyəynə babasından belə nəql edir: “İmam Hüseyn (ələyhissalam) şəhid olan zaman vərs bitkisi külə döndüyünü və heyvanları kəsərkən ətlərindən alov püskürdüyünü müşahidə edirdim.”3
Yenə də ibni Əyəynə babasından nəql edir: “Bir nəfər vərs bitkisini yığıb apararkən qərara gəldi ki, İmam Hüseynə (ələyhissalam) qarşı döyüşə getsin. Bu fikirdə ikən həmin bitkinin külə çevrildiyini gördü.”4
Dostları ilə paylaş: |