İmam hüseyniN (ələyhissalam)


ƏL VƏ SİNƏYƏ ATƏŞİN TƏSİRSİZLİYİ



Yüklə 0,77 Mb.
səhifə64/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   60   61   62   63   64   65   66   67   ...   79

ƏL VƏ SİNƏYƏ ATƏŞİN TƏSİRSİZLİYİ


Mərhum seyyid Cəlil Hindistan səfərində olduğu müddət ərzində gördüyü qəribə bir əhvalatı belə yad edir:

“Büdpərəstlərdən olan bazar tacirlərinin bəzisi Seyyiduş-şuhədaya (ələyhissalam) möhkəm etiqad bəslədikləri üçün hər il qazanclarının müəyyən miqdarını O Həzrətin yolunda sərf edirlər. Belə ki, onlar şiələrin vasitəsi ilə Aşura günü şərbət və dondurma hazırlayıb əzadarlıq edənlərə paylayırlar. Onların özləri də həmin mərasimlərdə ürəkdən iştirak edirlər.

Həmin büdpərəstlərdən biri hər il məhərrəmlikdə iştirak edən şiələrə qoşulub sinə vurarmış. Nəhayət o, vəfat edəndə onun yaxınları öz məzhəbinin adət-ənənəsinə görə cəzədi atəşin içinə atıb yandırırlar. Cəsəd yanıb külə döndükdən sonra aradakılar qəribə bir mənzərənin şahidi olurlar. Dəmiri belə əridən atəşin həmin cəsədin əl və sinəsinə heç bir təsir etmədiyini görüb heyrətlənirlər.

Bir sıra araşdırmadan sonra məlum olur ki, İmam Hüseynin (ələyhissalam) əza məclisində iştirak etmək onun əl və sinəsinin yanıb külə dönməsindən qorumuşdur. Nəhayət mərhumun qohumları bədəndən ayrılmış o iki tikəni müsəlmanların qəbiristanlığına gətirib deyirlər: “Bu iki bədən üzvü sizin Hüseyninizin kəramətidir. Alın bunları basdırın!”

Bəli, Həzrət İbrahimə (ələyhissalam) atəşi gülüstan edən Allah-təala, İmam Hüseynə (ələyhissalam) xatir əl və sinəni atəşdən qorudu.1


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin