İmam hüseyniN (ələyhissalam)


KƏRBƏLA TÜRBƏTİ BEHİŞT TORPAĞINDANDIR



Yüklə 0,77 Mb.
səhifə68/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

KƏRBƏLA TÜRBƏTİ BEHİŞT TORPAĞINDANDIR


Kərbəla torpağının müqəddəs olması və bu torpağın fəziləti barəsində bir çox hədislər mövcuddur. Hətta təzə dünyaya gəlmiş körpəyə belə ana südü verilməmişdən qabaq bu torpaqdan bir miqdar verilməsi tövsiyə olunur.

Qəlbləri aramlaşdırıb təsəlli verən hekayətlərdən biri də Fazil Dərbəndinin “Əsrar” kitabındakı qeyd olunan maraqlı bir hadisədir: “Səfəvi padşahlarından birinin dövründə Fransadan bir şəxs səfir ünvanında İsfahana gəlmişdi. O, zamanın məşhur riyaziyyatçısı, münəccimi, həmçinin qəribə elmlər üzrə mütəxəssisi idi.

Həmin səfir qəribə elmlər vasitəsi ilə bəzi sirrləri kəşf edirdi. İsfahana gəlməkdə əsas məqsədi isə İslam dininin haqq, yaxud batil olması üzərində təhqiqat aparması idi.

Bir gün padşah şəhərin alimlərini bir yerə toplayıb onlardan Fransalı səfirə tutarlı bir cavab verməsini istədi. Səfiri həmin məclisə dəvət etdikdən sonra “Feyz” ləqəbi ilə tanınmış məşhur alim mərhum axund molla Muhsin Kaşani həmin səfirə üz tutub buyurdu: “Adətən hər bir ölkənin padşahı öz səfirliyi üçün alim və bilikli bir şəxsi seçər. Necə oldu ki, padşahınız sizi seçib göndərdi?”

Səfir mərhum Kaşaninin sözündən narahar olub dedi: “Mən özümü alimlərin ən biliklsi hesab edirəm. Məni nadan xitab edirsən?”

Feyz Kaşani buyurdu: “Əgər dediyin kimidirsə, de görüm əlimin içindəki nədir?”

Səfir bir qədər fikirləşdikdən sonra rəngi saraldı və tər, alnını bürüdü: “Bir saat davam edən bu vəziyyətdən sonra mərhum Kaşani gülümsəyərək buyurdu: “Axır ki, bu kiçik məsələni həll edə bilmədin.”

Səfir dedi: “Məsih və anasına and olsun ki, sənin əlində behişt torpağı olduğunu başa düşdüm. Lakin bu torpağın sənin əlində olması məni çox təəccübləndirir. Bu vaxt ərzində isə behişt torpağının sənin əlində hardan keçməsi barədə düşünürdüm.”

Mərhum Kaşani buyurdu: “Ola bilsin ki, istifadə etdiyin elmin hesablamalarında səhvə yol vermisən.”

Səfir dedi: “Xeyr, ola bilməz. Mənim elmi hasablamalarım və istifadə etdiyim qaydalar düzdür. Amma de görüm bu torpağı necə ələ gətirmisən?”

Mərhum Kaşani: “Sən bu sualı verməklə İslam dininin haqq olduğunu təsdiqlədin, çünki əlimdəki torpaq Kərbəla torpağıdır. Digər bir tərəfdən isə İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) haqq olmasını qəbul etdin, çünki O Həzrət buyurmuşdur: “Kərbəla Behiştin bir güşəsidir. Belə ki, dediyim sözləri Allah-təaladan və Onun Peyğəmbərindən (salləllahu ələyhi və alihi və səlləm) başqa heç kim bunları camaata çatdıra bilməz.”

Bu dəlilləri eşidən səfir dönüb müsəlman oldu.”1



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin