Aşura günü məlun Şimr Həzrət Hüseynin (ələyhissalam) mübarək başını nizəyə keçirib ətrafa baxırdı. Diqqət edib Həzrət Ümmü Gülsümün ona nəzər etdiyini gördükdə, o məlun xanıma hücum edib bir qılınc zərbəsi endirdi. Belə ki, çadranın altı al-qana boyandı.
Bu zaman İmamın (ələyhissalam) mübarək başı “Rum” surəsinin 10-cu ayəsini tilavət etməyə başladı:
ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاؤُوا السُّوأَى أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِؤُون
»Sonra pis iş görənlərin aqibəti daha acınacaqlı oldu. Çünki onlar Allahın ayələrini məsxərə etdilər.« 2
Dostları ilə paylaş: |