İmam Baqir əleyhissəlamın İmaməti dövründə Mö’təzilə Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar fəaliyyət göstərirdilər. İmam Baqir (əleyhissəlam) bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını “söküb-dağıdır” əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq.
Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam (əleyhissəlam) onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: “Bu xaricilərə (dindən çıxmışlara) de ki nə üçün Əmirəl-mö’minindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam (əleyhissəlam) əlavə edib buyurdu: “Onlar deyəcəklər ki o Allahın dinində münsif tə’yin etdi. Onlara de ki Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi tə’yin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki buyurur: