1. Təfsir kitabı;
2. Nadir məsələlər kitabı;
3. Fəzilətlər kitabı;
4. Cəməl (döyüşü) kitabı;
5. Siffeyn (döyüşü) kitabı;
6. Nəhrəvan (döyüşü) kitabı;
7. Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın məqtəl kitabı;
8. İmam Hüseyn əleyhissəlamın məqtəl kitabı.53
Ömər ibn Əbdüləzizin ölümündən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlir. O çox əyyaş kefcil laqeyd bir adam olub əxlaqi və dini qayda-qanunlara əsla riayət etmirdi. Buna görə də, onun hakimiyyət dövrü Bəni-Üməyyənin hakimiyyətdə olduğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İslam tarixində heç bir fəth zəfər və parlaq bir hadisə baş verməmişdir.
Yezid ibn Əbdülməlik Ömər ibn Əbdüləzizin hakimiyyəti dövründə vəliəhd olduğundan əsl simasını dəyişib adi şəkil almış və bu yolla camaatın fikrini özünə cəlb etmişdi. Bu baxımdan da, onun hakimiyyətinin ilkin çağları xüsusilə də, onun keçmiş xəlifənin yolunu davam etdirəcəyi və’dəsini verdikdən sonra camaat onu razılıqla qarşılamışdır. Bu və’də (keçmiş xəlifənin yolunun davam etdiriləcəyi və’dəsi) Ömər ibn Əbdüləzizin dövründə (az da olsa) haqq-ədalət ləzzətini dadanlar üçün bir ümid müjdəsi idi. Ancaq çox çəkmədi ki bu intizar ümidsizliyə çevrildi. Çünki onun hakimiyyətə gəldiyi bir neçə gündən sonra proqram dəyişdi və bütün və’dələr boşa çıxdı.
Dostları ilə paylaş: |