İmam məHdİ (Ə) barəSİNDƏ TƏHQİqat



Yüklə 1,19 Mb.
səhifə11/50
tarix01.01.2022
ölçüsü1,19 Mb.
#105257
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
İslami dəlil: İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən məlum olur ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyha salamın övladlarından, İmam Hüseyn əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır.

Şiə imamları Məhdi əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa səy göstərirdilər ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql olunmasının düzgünlüyünü aydınlaşdırır.

O cümlədən, Peyğəmbər öz canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mənanı çatdıran müxtəlif sözlərlə rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvyaətlərin sayı 270-dən çoxdur və hamısı da şiə və sünnülərin mötəbər və məşhur kitablarında nəql olunmuşdur. Buxari, Müslüm Səhih kitablarında, Termezi, Əbu Davud və Əhməd öz Müsnəd kitablarında, Hakim Səhiheynə yazdığı Müstədrək kitabında bu hədisləri qeyd etmişlər.

Bu hədisləri sayan adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil tapsaq, şübhəsiz qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir həqiqəti aydınlaşdırır.

Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: Məndən sonra canişinlərim 12 nəfərdirlər. Bunu buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə ilə xaricdə reallaşır.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin