İmam məHdİ (Ə) barəSİNDƏ TƏHQİqat


HƏZRƏT MƏHDİ (əleyhissalam)-IN REAL HƏYATDA YAŞAYAN İNSAN OLMASINA İMAN



Yüklə 1,19 Mb.
səhifə10/50
tarix01.01.2022
ölçüsü1,19 Mb.
#105257
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

HƏZRƏT MƏHDİ (əleyhissalam)-IN REAL HƏYATDA YAŞAYAN İNSAN OLMASINA İMAN


Dördüncü sualda bu məsələ irəli çəkilirdi ki, İmam Məhdi (əleyhissalam)-ın uzun ömrünü və sair xüsusiyyətlərinin mümkünlüyünü qəbul etdiyimizi fərz etsək də belə, onda bu işlərin sadəcə mümkünlüyü heç də kafi dəlil və qənaətbəxş deyildir. Biz Həzrət Məhdi (əleyhissalam)-ın hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik? Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim 12-ci İmamın varlığını etiraf etməyimiz üçün kifayətdirmi? Həzrət Məhdi (əleyhissalam)-a olan məsələlərdə bütün qəribə xüsusiyyətlər və qeyri-adi hallarla yanaşı, necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur və heç də fərz oluna bilməz ki, bir sıra ruhi şəraitlər üst-üstə yığılaraq onu camaatdan çoxunun qəlbinə nüfuz etdirmiş ola.

Cavabda deyirik ki, Məhdi (əleyhissalam)-ın intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı daha yüksək səviyyədə dəyişdirmək təbiri böyük Peyğəmbər və Əhli-beyt İmamlarından bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər təkid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq hədis rəvayət olunmuşdur.18 Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq olduğunu görərik.19 Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar: Birincisi islami, digəri isə elmi dəlil;

İslami dəlil ilə intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır.




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin