İmam məHdİ (Ə) barəSİNDƏ TƏHQİqat



Yüklə 1,19 Mb.
səhifə12/50
tarix01.01.2022
ölçüsü1,19 Mb.
#105257
1   ...   8   9   10   11   12   13   14   15   ...   50
Elmi dəlil: Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli, kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə idi.

Camaat bu dövrdə həzrətin etibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları arasında dörd nəfər naibliyə təyin olunmuşdular. O dörd nəfər mötəbərlikdə və dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi:



1-Osman ibni Səid Əmri

2-Məhəmməd ibni Osman ibni Səid Əmri

3-Əbul Qasim Hüseyn ibni Ruh

4-Əbul Həsən Əli ibni Səmri

Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bəzən şifahi, bəzən isə yazılı halda möminlərə çatdırırdılar.

Beləliklə öz İmamlarının görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı elan oldu. Kiçik qeybətdən böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır.

Kiçik qeybətdən böyük qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və onları qiymətləndirsə, başa düşəcəkdir ki, Məhdi əleyhissalam camaatla bir müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki, bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və əməllərində heç bir ziddiyyət görünməmişdir.

Doğrudan da əgər bunlar yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır.

Keçmiş zamanlardan işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhis-salam)-ın yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə edərək öz tərəfdlarlarının etimadını cəlb edə bilməsini qəbul edə bilmir. Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün xüsusiyyətləri ilə mümkün edir.




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin