Dördüncü mərhələdə isə inkarolunmaz şəkildə qəbul edirik ki, üçüncü mərhələdə irəli sürülən fərziyyə düzgündür. Yəni, bu kainatı hikmət sahibi olan bir Allah yaratmışdır.
Beşinci mərhələ: Bu üstün nəzəriyyə ilə üçüncü mərhələdə bəyan olunan zəif ehtimal arasında bir rabitə bərqərar etdikdə görürük ki, hökmən qəbul etməyə məcbur olduğumuz təsadüfi hadisələrin sayı nə qədər çoxalsa, üçüncü mərhələdə irəli sürülən ehtimallar da bir o qədər zəif olacaqdırTəbiidir ki, bu ehtimalın zəiflik dərəcəsi elə bir həddədir ki, hər bir elmi qanunda istinad olunan üçüncü mərhələnin ehtimallarından da çox olur. Çünki, burada və bu fərziyyənin üçüncü mərhələsində təsadüfi hesab olunan işlərin sayı, o qəbildən olan hallardan qat-qat çoxdur və təbiidir ki, belə bir ehtimal aradan getməli olur.32
Beləliklə belə bir qəti nəticə alırıq: varlıq aləmində mövcud olan bütün nəzm və tədbirin əsər-əlaməti hikmətli Yaradanın varlığını göstərir.
Qurani-kərimdə buyurulur:
Biz öz qüdrət və hikmət nişanələrimizi asimanlarda və bəndələrin özündə tam şəkildə aşkar edəcəyik ki, Allahın haqq olduğu aydın və aşkar olsun. Allahın bütün aləm varlıqlarına şahid olması kifayət qədər dəlil deyildirmi?!33
Həqiqətən asimanların və Yerin yaradı-lışında, gecə və gündüzün bir-birini əvəz etməsində, su üzərində insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən yerə su nazil edərək onu ölü vəziyyətdən sonra dirildərək müxtəlif bitki və heyvanları yaradıb vücuda gətirməsində, həmçinin küləklərin hər tərəfdən əsməsində və yerlə göy arasında asılı vəziyyətdə qalan buludlarda əql sahibləri üçün Yaradanın qüdrət və elminə aşkar dəlillər vardır.34
Dəfələrlə yaradılışın möhkəm quruluşlu nizamına əql nəzərilə bax. Onda hər hansı süstlük və xələl tapa bilərsənmi? Yenidən bəsirət gözünü aç, zəlil və yorğun halda sənə doğru qayıdar.35
Dostları ilə paylaş: |