İmam məHdİ (Ə) barəSİNDƏ TƏHQİqat



Yüklə 1,19 Mb.
səhifə4/50
tarix01.01.2022
ölçüsü1,19 Mb.
#105257
1   2   3   4   5   6   7   8   9   ...   50
Həmçinin soruşurlar:

Əgər bu rəhbər insanların nicatı üçün lazımi ləyaqətə malikdirsə, onda bu qədər uzun intizar nə üçündür?

Məgər dünyada baş verən bütün bu zülmlər və faciəli hadisələr onun ədaləti bərqərar etməsi üçün zuhur etməsinə kifayət deyildirmi?
Həmçinin deyirlər:

Fərz edək ki, belə bir işin baş verməsinin mümkünlüyünü qəbul etdik, onda yenə də sual yaranır ki, Məhdi (əleyhissalam)-ın varlığının gerçəkləşməsini necə qəbul edə bilərik? Məgər insan tutarlı elmi və dini dəlil olmadan belə bir fərziyyələrin düzlüyünə inana bilərmi? Sadəcə bir neçə hədis və rəvayətin nəql olunması bizi bu fərziyyəni qəbul etməyə vadar edə bilərmi?

Həmçinin, vədə verilən gündə Məhdi (əleyhissalam)-ın rolu barəsində belə sual verirlər: necə ola bilər ki, bir fərd dünyanın hər bir yerini dəyişdirə biləcək belə böyük və qətiyyətli rolu öhdəsinə ala bilsin? Bir nəfər nə qədər böyük olsa belə, təklikdə tarixi qura və ya onu yeni, təzə mərhələyə daxil edə bilməz. Çünki hər hansı bir tarixi hərəkatın əsas qüvvələri tənha o cəmiyyətdə yeni zəminələr və mövcud təzadların səbəbi ilə inkişaf edir və həmin şəxsin əzəməti də o zəminələrdən qaynaqlanır.
Soruşurlar:

O hansı təfəkkür üslubudur ki, onun möhtəvasında böyük və əsaslı dəyişikliklər, ədalətin yenilməz qələbəsi, zülm və sitəmin varlığı ilə birgə bir fərdin əli ilə həll edilməsi mümkün hesab edilsin. Halbuki zalımların nüfuz və qüdrətləri həddindən artıq çoxdur və onların ixtiyarında dünyanı məhv etmək üçün son dərəcə qüdrətli bir texnologiya vardır. Habelə, hərbi və siyasi qüdrət səhnələrində çox vəhşətli mövqelərə çatmışlar.

Qeyd olunan məsələlər Məhdi (əleyhissalam) barəsində insanların zehnində yaranan suallardır ki, müxtəlif şəkillərdə bəyan olunur. Bu suallardan həqiqi məqsəd təkcə ideoloqi yön deyildir. Ruhi bir mənbədən qaynaqlanan bu məsələləri dünyaya hakim olan gerçəkliklərdən doğan hisslər, yaxud əsaslı dəyişikliklər yaranması üçün fürsətlərin yararsız olduğu adlandırmaq olar.

Təbii olaraq mövcud vəziyyətlərdən yaranan bu hisslər zamanın keçməsi ilə bir-birinin ardınca gəlməkdə və bu əqidə barəsində olan şəkk-şübhəni daha da artırmaqdadır. Hətta məğlubiyyət və bacarıqsızlıq ruhiyyəsi işi o yerə çatdırmışdır ki, insanlar dünyada əsaslı islahatın yaranacağını onun tarix boyu baş verən bütün zülmlərdən boşalacağını, ona yeni qüvvə bəxş edəiləcəyini ondan sonra haqq-ədalət və düzlük bünövrələrinin qurulacağını çox çətin təsəvvür edirlər. Bu işin təsəvvür olunmasının çətinliyi insanın öz şəkk-şübhələrini təkrar suallar şəkildə aşkar etməsinə və bu məsələni inkar etmək qərarına gəlməsinə səbəb olur.

İndi biz qeyd olunan sualları araşdırırıq və onların hər birinin üzərində bir qədər fikirləşməyi qarşıya məqsəd qoyuruq.
1


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin