Ey Peyğəmbər! Sən, Musaya nübüvvət məqamı və ilahi fərmanlar əta etdiyimiz zaman qərb tərəfdə50 deyildin. Lakin Biz müxtəlif ümmət və qəbilələr yaratdıq, onlar uzun ömür sürdülər. Sən Mədyən51 əhlinin arasında deyildin ki, Bizim ayələrimizi onlara tilavət edəsən. Lakin biz peyğəmbərləri risalət üçün göndərdik. Və Biz nida etdiyimiz zaman sən Tur dağının yanında deyildin, lakin Bizim vəhyimiz - Musa və sair peyğəmbərlərin qissələri barəsindəki vəhyimiz - Allahın mərhəmətinin tələbinə görə sənə gəldi. Bu, ona görə idi ki, səndən əvvəl ilahi əzabdan qorxudan peyğəmbərlərin gəlmədiyi qövmü Allahdan qorxudasan, bəlkə özlərinə gələlər.52
Hər bir mühəqqiqi heyrətləndirən məsələ budur ki, Quranın bəyan etdiyi tarixi hadisələr heç vaxt – hətta bu mətləblərin Ərəbistan yarımadasında Peyğəmbərin zahir olduğu dövrdə rəvac tapdığını fərz etsək də belə – Əhdeyn (Tovrat və İncil) kitablarının mətləblərinin üzündən köçürülə bilməzdi. Çünki o kitabların üzünün köçrülməsi yalnız onun dastanlarındakı mənfi yönlərə malik olan almaq, istəmək, əta etmək və s. kimi şeyləri göstərirdi. Halbuki, Qurani-kərim keçmiş ümmətlərin sərgüzəştlərini bəyan edərkən əksər hallarda müsbət yönləri bəyan edir. Yəni onların mətləblərini islah edib normal hala salmaqdan əlavə, peyğəmbərlərin şərhi-halını bəyan edərkən insanın əqli, tovhid fitrəti və sağlam dini dünyagörüşü ilə uyğun olmayan məsələləri ayırıb təmizləyirdi.
4-Qurani-kərimin bəyan üslubu insanı son dərəcə heyrətə gətirən gözəllikdə, söz üslubu və məharətin yeni səpgisində elə yüksək bir həddə idi ki, hətta onun vəhy olmasına etiqad bəsləməyənlərin nəzərində belə, Quran, Ərəbistan tarixinin iki mərhələsini bir-birindən ayırırdı və bu söz üslubu böyük bir mədəni-inqilabi dəyişikliyin bünövrəsini qoymuşdu.
Quran ayələrini Peyğəmbərdən eşidən ərəblər hiss edirdilər ki, onun dili ümumiyyətlə onların ünsiyyətdə olduqları gözəl bəyan tərzi və həmişə ünsiyyətdə olduqları təbirlərlə yanaşı olaraq kamalın son həddinə çatmışdır və onların bəyanlarına əsla oxşamır. Hətta onların söz ustalarından biri53 Quran ayələrini eşidərkən dedi: Allaha and olsun! Mən elə kəlam eşitmişəm ki, nə cinlərin, nə də insanların kəlam növündən deyildir. Onda çox şirinlik və söz gözəlliyi vardır, əvvəli də, axırı da çox dolğun mənalıdır. Onun özü ən böyük bir sərmayədir, heç nə ondan üstün ola bilməz. Şübhəsiz, o, öz ardınca çoxlu müsbət nəticələr gətirəcəkdir.
Onlar heç vaxt özlərinə icazə vermirdilər ki, Quranı öyrənsinlər. Çünki onun öz batinlərində və hissiyyatlarında buraxacağı qəribə və nüfuzlu təsirindən qorxur və Quranın onların əqidə üsullarını dəyişəcəyindən çəkinirdilər. Bunların hamısı Quranın üslubunun onların arasında olan üsullardan möcüzəli dərəcədə üstün olmasını göstərir və sübut edir ki, Quran dili, onların arasında mövcud olan və tədriclə inkişaf etmiş olan söz üslubundan tamamilə fərqlənir.
Ərəblər Quranın vaxtaşırı mübarizə tələb etmək üslubu (buna təhəddi deyilir) qarşısında həmişə aciz qalır və təslim olurdlar. Peyğəmbəri Əkrəm onları əvvəlcə Quranın oxşarı olan bir kitab gətirməkdə aciz olduqlarını bəyan etdi. İkinci dəfə hətta on dənə surə belə gətirməkdə aciz olduqlarını təkidlə bəyan etdi. Üçüncü dəfə isə onları, Qurani-kərimin bir surəsinə oxşar olan surə gətirmək üçün mübarizəyə tələb etdi.
Peyğəmbər bu kəlamları elə bir cəmiyyətdə təkrar edirdi ki, heç bir hünər və peşəni nitq söyləmək qədər yaxşı tanımırdılar və nitq söyləmək müsabiqəsindən başqa bir şeylə məharət tapmamışdılar. Onlar yeni risalət nurunu söndürmək və onunla mübarizə aparmaq üçün həddindən artıq hərisliklə çalışırdılar. Lakin onlar, Quranın mədəniyyət və ədəb üsulunun onların öz hünər və söz üslublarından üstün olmasına qəlbən iman gətirib inandıqlarına görə, Quranın təkrar təhəddilərinə (mübariz tələb etmək) baxmayaraq onunla mübarizəyə qalxa bilmədilər.
Qəribə burasındadır ki, insan həyatının bütün yönlərini əhatə edən və eləcə də misilsiz ədəbi xəzinə olan bu Quranı onlara elə bir şəxs gətirmişdi ki, özü 40 il ərzində onların arasında yaşamış, hətta bir dəfə də olsun belə, onların şer və ədəbiyyat müsabiqələrində, söz üslubunu bəyan edən çıxışlarında iştirak etməmişdi.
Qeyd olunanlar İslam Peyğəmbərinin bütün bəşəriyyətə və insaniyyətə təqdim etdiyi risalətin xüsusiyyətlərinin bir qismi idi.
Burada üçüncü mərhələyə çatırıq. Yəni biz bəşər cəmiyyətlərində aparılan elmi müşahidələr əsasında sübut etməliyik ki, bu risalət və ilahi vəzifə, ikinci mərhələdə araşdırdığımız xüsusiyyətlərlə belə, son dərəcə təəccüblü və birinci mərhələdə qeyd olunan amil və şəraitlərin səthindən çox-çox yüksəkdədir. Cəmiyyət tarixində çoxlu insanlar olmuşdur ki, ictimaiyyət səhnəsində parlayaraq onu müəyyən mərhələyə qədər irəli apara bilmişlər. Lakin burada, (Peyğəmbərin isbat olunmasında) mövcud olan müxtəlif təfavütlərə görə onun oxşarı ilə qarşılaşmırıq. Çünki:
Bir tərəfdən burada irəliyə doğru bir addım atmaq və tədriclə getmək əvəzinə, insan həyatının bütün sahələrini əhatə edən, onu inqilabi şəkildə, bütün dəyərlərdə və insan həyatının bütün sahələri ilə əlaqədar olan məfhumlarda kamala çatdıran sıçrayışlı bir təkamül görür və dərk edirik ki, qəbilə üsul-idarəsinin hakim olduğu bir cəmiyyət Peyğəmbəri Əkrəmin əli ilə, qısa müddət ərzində iman üfüqlərinə pərvaz etdirilir, bütün dünya cəmiyyətləri yeganə bir etiqada malik olur, bütpərəst cəmiyyəti kökündən dəyişərək əsl tovhid üfüqlərinə çatır, bütün tovhid dinlərini islah edir, onlara qarışmış xurafatları və əyintiləri təmizləyir və nəhayət elə bir cəmiyyət onun risaləti sayəsində tamamilə mənəviyyatla dolu olan yeni bir cəmiyyətə çevrilərək mənəvi cəhətdən inkişafa doğru gedir. Bu da bütün dünyanı öz nüfuzu və şüası altına alan bir mədəniyyətdən söz açır.
Digər tərəfdən də bilirik ki, cəmiyyətin hər bir sahəsini əhatə edən dəyişikliklər hiss olunan amillərin nəticəsi olarsa, onda heç bir müqəddiməsi və müqəddimati mərhələlərlə rabitəsi olmadan, o cəmiyyətdə baş verən siyasi cərəyanlardan ayrı halda vücuda gəlib tədrici olaraq inkişaf edə bilməz və mənəvi-ideoloqi baxımdan genişlənə bilməz. Yalnız o cəmiyyətin daxilində bu müqəddimati işlər baş verdikdən sonra layiqli bir rəhbər yaranıb rəhbərlik məsuliyyətini öhdəsinə alar və məhz bu zaman cəmiyyətin tələbinə uyğun olaraq onlara rəhbərlik edə bilər.
İctimai dəyişik və islahatlarda aparılan tətbiqi mütaliələr də göstərir ki, baş verən hər bir dəyişiklik ilk əvvəldə fikri dəyişiklikdən, özü də cəmiyyət fəzasında pərakəndə vəziyyətdə olan qığılcımlardan başlanır və tədrici olaraq fikri-ideoloqi bir cərəyan şəklini alır. Get-gedə onun əlamət və nişanələri formalaşır və öz daxilində rəhbərlik təşkilatını yaradır. Hətta bəzən cəmiyyətin rəsmi şəkildə qəbul etdiyi cəhətin müqabilində həmin cəmiyyətin cüzi göstəricisi kimi başqa bir cəhət də səhnədə zahir olur, bu iki cərəyanın ziddiyyəti nəticəsində ilkin cərəyan qüvvətlənib genişlənir, nəhayət cəmiyyətdəki vəziyyətə hakim olur.
Amma bütün bunların əksinə olaraq, İslam tarixində gördüyümüz kimi, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) tarixi cərəyanlardan heç birinin nümayəndəsi deyildi, onun təqdim etdiyi təfəkkür, dəyər və ideoloqi anlayışların mənşəyi ondan əvvəl elə onun böyüyüb boya-başa çatdığı bir cəmiyyətdə mövcud olmamışdı. Hətta həzrəti Peyğəmbər və müsəlmanlardan bir qrup seçmə şəxslərin vasitəsi ilə yaradılan cərəyanlar da risalətin gedişatında öz-özünə yaranan bir məsələ deyildi ki, onun əsasında cəmiyyəti idarə etsin, əksinə onu təkcə Peyğəmbərin özü və onun risaləti yaratmışdı.
Buradan məlum olur ki, Peyğəmbərlə müsəlmanların gətirdiyi şeylərin hər biri arasında olan fərq, bir amil ilə digər amillər arasındakı cərəyan kimi nəzərə çarpan fərqlər deyildi; əksinə, buradakı fərq çox köklü və əndazədən artıq bir fərqdir. Bu özü göstərir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu cərəyanın bir hissəsi deyildi, əksinə, yeni cərəyan onun varlığının bir hissəsi idi.
Digər bir nəzərdən baxdıqda isə, tarix sübut edir ki, yeni bir cərəyanın ideoloqi, əqidəvi və ictimai rəhbərliyi, müəyyən ictimai-ideoloqi dəyişikliklər əsnasında vahid bir əsasda təmərküzləşsə, o əsas və mehvər həmin məsuliyyətlərə mütənasib olaraq elm və qüdrətdən bəhrələnməlidir. Bu xüsusiyyətlər də labüd olaraq onda olan məlum metod və üslublara uyğun olaraq gerçəkləşməlidir. Şübhəsiz, ardıcıl və vaxtaşırı məşqlər onu formalaşdırıb həmin cərəyanın rəhbərlik məqamına çatdırır.
Amma bütün bu deyilənlərin əksinə olaraq, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) müsəlmanlara ideoloqi, fikri və ictimai rəhbərliyi təkbaşına öhdəsinə aldı, halbuki, mədəni-maarif cəhətindən onu zaman formalaşdırmamışdı, eləcə də bu rəhbərlik məqamı üçün azacıq belə təcrübəyə malik deyildi. Həmçinin, (həmin vaxta qədər) yazıb-oxumağı bacarmırdı, öz əsrinin mədəniyyətindən və keçmiş dinlərdən də bir şey bilmirdi.
Qeyd olunanlara diqqət yetirməklə dördüncü mərhələdə bu vəziyyəti ağlasığan və məqbul tərzdə izah edə biləcək yeganə təfsirə çatırıq: O da hiss olunan amil və şəraitlərin fövqündə dayanan əlavə bir amilin fərz olunmasıdır. Bu əlavə amil vəhy və nübüvvətdən ibarətdir və insanın düz yola hidayət olunmasında ilahi mərhəmətin göstəricisi sayılır:
Və beləliklə, Biz öz ruhumuzu, öz fərmanımız ilə vəhy üçün sənə göndərdik. Sənə vəhy gəlməzdən qabaq, kitabın nə olduğunu, iman və şəriətin hansı olduğunu bilmirdin. Lakin Biz o kitabı və şəriəti bir nur qərar verdik. Bəndələrimizdən hər birini istəsək, o nurun vasitəsi ilə hidayət edərik. İndi sən insanları düz yola hidayət edəcəksən.54
Dostları ilə paylaş: |