İmam məHdİ (Ə) barəSİNDƏ TƏHQİqat



Yüklə 1,19 Mb.
səhifə49/50
tarix01.01.2022
ölçüsü1,19 Mb.
#105257
1   ...   42   43   44   45   46   47   48   49   50

DİGƏR AMİLLƏRİN TƏSİRİ


Qeyd etmək lazımdır ki, risalətin təbii və hiss olunan amillərlə deyil, vəhy və qeybi yardımların vasitəsilə izah edilməsi həmin təbii amil və səbəbləri mütləq şəkildə inkar etmək mənasına deyildir. Çünki, təbii amil və şəraitlər varlıq dünyasının sabit ictimai qanunlarına əsasən təsirli sayılır. Lakin onların təsiri yalnız hadisələrin cərəyan etmə axarlarının enişli-yoxuşlu yollarındadır. Ola bilsin ki, həmin amillər risalət işinin inkişaf və müvəffəqiyyətinə də səbəb olsun, yaxud onun genişlənməsinə mane olsun. Risalət möhtəva baxımından ilahi bir həqiqət olub maddi amillərin, səbəb və şəraitlərin fövqündə dayanır. Amma əməli olaraq öz ardıcıl hərəkətinə başlayıb dəyişiklik axarlarında qərarlaşanda mümkündür ki, ətraf mühitə hakim olan amil və şəraitlərin təsiri altına düşsün.

Buna əsasən, bəziləri belə deyə bilər: Ərəb cəmiyyətinin pərakəndəlik və zavala uğramaq qarşısında keçirdiyi həqarət hisləri, eləcə də onların öz allahlarına, onların da ən məşhuru olan iki bütə qəzəbləndikləri zaman sınmasını, ac olduqları zaman isə onu yemələrini55 görmələri çox acınacaqlı bir hiss idi, bu da onları yeni risalətə doğru yönəltmişdi. Yaxud ərəb cəmiyyətindəki səfalətdə yaşayanların və məhrum təbəqənin sələmçilər və istismarçıların zülmündən cana doymuşdular, digər tərəfdən isə Peyğəmbər, ədalət bayrağı qaldıraraq sələmçiliyin kökünü kəsməsi onları, bu yeni hərəkata arxa durmalarına təşviq etmişdi.

Yaxud qəbilə və tayfa səviyyəsində olan təəssüblər islam risalətinin irəliləyişində özünə məxsus rol ifa etmişdir. (Yəni məntəqə səviyyəsində olan təəssüblərə Qüreyş qəbilələri arasında mövcud olan rəqabət və təzadları misal göstərmək olar. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də Qüreyş qəbiləsinə mənsub olduğu üçün bu qəbilənin malik olduğu qüdrət və əzəmət onu düşmənləri müqabilində himayə edirdi. Qövm səviyyəsində olan təəssüblərə gəldikdə isə, Ərəbistan yarımadasının cənub nahiyələrində yaşayan ərəblər şimalda yaşayan ərəblərə qarşı təəssüb hissi keçirirdilər.)

Yaxud da deyilə bilər ki, o dövrün böyük dövlətləri olan İran və Roma imperiyasına hakim kəsilən mürəkkəb və böhranlı siyasi şərait Ərəbistan yarımadasında baş verən hadisələr qarşısında dərhal qərara gəlmələrinə mane olduğundan, Ərəbistandakı yeni hərəkatı boğa bilməmişdilər. Əgər bu kimi iradlar tutulsa, onları düzgün mətləb, bəzən də qəbul olunası bir söz saymaq olar. Amma bizim sözümüzün canı budur ki, bu kimi amillər, baş verən zahiri cərəyan və hadisələrə müvəqqəti olaraq qaneedici cavab ola bilər, lakin risalətin özünü izah etməkdə doğrudan da aciz qalırlar

.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin