2) “Yer üzündə zəif düşüb əzilənlərə ne’mət verib mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri hakimi etmək istəyirik.”137
“Məhdi (əleyhissəlam) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (əleyhissəlam) Məhdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.138
Ələvilərdən olub Abbasi xəlifəsi Mə’muna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cə’fər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy “Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.139
Dostları ilə paylaş: |