3) “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla arxayınçılıqla əvəz edəcəyini və’d buyurmuşdur.”140
Mərhum Təbərsi bu ayənin təfsirində deyir: “Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Məhdi (əleyhissəlam) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: “And olsun Allaha ki, onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada haqq-ədaləti bərpa edəcək” - deyə buyurmuşdur.”
Təbərsi daha sonra əlavə edib deyir: “Bu mə’na qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan da rəvayət olunmuşdur.”141
Dostları ilə paylaş: |