İmam məHDİ ƏleyhiSSƏlamin həyati


İmamın qeyb dövründə olmasının faydaları



Yüklə 0,92 Mb.
səhifə33/37
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#8891
1   ...   29   30   31   32   33   34   35   36   37

İmamın qeyb dövründə olmasının faydaları


İndi ki, Həzrət Məhdi (əleyhissəlam) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz lap yerinə düşər. Sual budur ki, İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?

Nəzərə almaq lazımdır ki, İmamın qeybdə olması heç də o demək deyildir ki, o Həzrətin vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında, cəmiyyət içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin namə’lum şəkildə. Namə’lum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır.142 İmam Sadiq (əleyhissəlam) buyurardı: “Bizim Qaimimizin iki dəfə qeybəti olacaq. Onlardan birində o, həcc mərasimində hazır olacaqdır. O, insanları görür, insanlar isə onu görmürlər.143

Həzrətin həcc mərasimində iştirakı onun təbii, adi ömür sürməyinə dəlalət edir. Belə düşünülür ki, İmam Sadiqin (ə) sözündəki xalqın onu görə bilməməsindəki məqsədi onu tanıya, təbii baxışla ayırd və seçə bilməmələri nəzərdə tutulmuşdur.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin