İmam məHDİ ƏleyhiSSƏlamin həyati



Yüklə 0,92 Mb.
səhifə34/37
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#8891
1   ...   29   30   31   32   33   34   35   36   37

Gizli Günəş


Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki, hətta Həzrət Məhdi (əleyhissəlam) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alih), istərsə də İmamlar Həzrət Məhdi (əleyhissəlam) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:

1) İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) “Şiələr Həzrət Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: “Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki, günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.”144

2) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”145

3) Həzrət Məhdi əleyhissəlamın özü də bu məsələ üzərində çox tə’kid etmişdir. O Həzrət İshaq ibn Yə’qubun146 yazdığı suala cavab verərək buyurmuşdur: “Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.”147 Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.

Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə verməsi, güllərin açılması kimi işlərdə tə’siri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mə’nəvi şüasının da bir sıra tə’sirləri vardır ki, tə’lim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin tə’sirlərdən bir neçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin