İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati


Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti



Yüklə 0,52 Mb.
səhifə6/6
tarix21.10.2017
ölçüsü0,52 Mb.
#8731
1   2   3   4   5   6

Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti


İmam Cavad əleyhissəlamın söhbətləri elmi mübahisələri böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini istər şiə olsun istərsə də sünni, heyran qoymuş onlar İmam əleyhissəlamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: “O elm təqva zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi.”41

İbn Həcər Heytəmi yazır: “O, yaşının az olmasına baxmayaraq, elm bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi.”42

Şəbəlnəci deyir: “Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi.”43

Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavad əleyhissəlamı bu cür yad etmişlər: “Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm hikmət ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi.”44



Əli əleyhissəlamın ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavad əleyhissəlamı camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: “Onlar alim zahid ibadətlə məşğul olan şücaətli səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri (əleyhissəlam)) Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam)) Əli ibn Musa (İmam Riza (əleyhissəlam)) Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) Əli ibn Hüseyn (İmam Səccad (əleyhissəlam)) Hüseyn ibn Əli (İmam Hüseyn (əleyhissəlam)) və Əli ibn Əbutalib (Həzrət Əli (əleyhissəlam)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır.”45

Hiylə əsasında qurulmuş nikah


İmam Riza əleyhissəlamın həyatından bəhs edərkən qeyd etdik ki, Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də, İmam Riza əleyhissəlama güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən hakimiyyəti Abbasilərdən alıb Ələvilərə verəcəyi ehtimalından çox narahat olduqlarından, ona qarşı çıxmağa başlayırlar. Ancaq İmam Riza (əleyhissəlam) Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Riza əleyhissəlama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki camaat onun bu cinayətindən xəbər tutmasın. O, öz cinayətinin üstünü örtmək məqsədilə əzadarlıq edib özünü narahat qələmə verirdi. Ancaq bu qədər səylərə baxmayaraq, nəhayət bütün Ələvilərə məlum olur ki İmam əleyhissəlamın qatili məhz Məmunun özüdür. Onlar bu hadisədən çox narahat olaraq qəzəblənirlər. Hakimiyyətini bir daha təhlükə qarşısında görən Məmun bu dəfə yeni bir hiyləyə əl atır. İmam Cavad əleyhissəlamla dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki öz qızını o Həzrətə ərə verməklə İmam Riza əleyhissəlama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi İmam Cavad əleyhissəlamla olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o hicrətin iki yüz dördüncü ili yəni İmam Riza əleyhissəlamın şəhadətindən düz bir il sonra İmam Cavad əleyhissəlamı Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasındakı elmi mübahisə məclisində (əlbəttə bu məclis o Həzrətin Bağdada gəlməsindən bir neçə il sonra olmuşdur) öz qızı Ümmul-Fəzli o Həzrətə nişanlayır. Qeyd edirlər ki, bu hadisə İraqın Təkrit şəhərində 215-ci hicri ilində baş vermişdir.46

Məmunun məqsədi


Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Bir az diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik:

1. Öz qızını İmamın evinə göndərməklə o Həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. (Məmunun qızı üzərinə düşən “xəbərçilik” vəzifəsini layiqincəsinə yerinə yetirirdi. Tarix də buna şahiddir.)

2. Bu nikah Məmunun xam fikrincə, guya İmam Cavad əleyhissəlamı onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o Həzrəti eyş-işrətə kef-əyləncəyə cəlb edəcək, beləliklə, İmam Cavad əleyhissəlamın müqəddəsliyi aradan gedər və Məmun də, o Həzrətin ismət və İmamət məqamını camaatın gözündə aşağı salaraq onu xar edər.

3. Bu nikahla Məmun Ələvilərin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alar və onlarda özünə qarşı məhəbbət yaradar.47

4. Məmunun dördüncü məqsədi avam camaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: “Mən qızımı ona görə (İmam) Cavad əleyhissəlama ərə verdim ki qoy qızımın ondan uşağı olsun və mən Peyğəmbərlə (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamın nəslindən olan bir uşağın babası olum. Ancaq xoşbəxtlikdən Məmunun bu hiyləsi baş tutmur. Çünki onun qızının heç vaxt uşağı olmur.48 İmam Cavad əleyhissəlamın isə bütün uşaqları başqa arvaddan olmuşdur.

Bunlar Məmunun bu nikahdan güddüyü məqsədlər olmuşdur. İndi gəlin görək, nəyə görə İmam Cavad (əleyhissəlam) bu nikaha razılıq verir?

İmam Cavad (əleyhissəlam) heç bir şəkk-şübhə olmadan Məmunun bu kimi işlərdən güddüyü əsl məqsədindən xəbərdar olduğu halda digər tərəfdən də, o Həzrət, əziz atası İmam Riza əleyhissəlamı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda, belə başa düşürük ki o Həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir. Çünki bu nikah İmam Cavad əleyhissəlamın məsləhəti ilə deyil yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir. Belə də düşünmək olar ki İmamın sarayla əlaqədə olmasında məqsədi, o Həzrətin Mötəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmam əleyhissəlamın dostlarının və eləcə də, şiə başçılarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eynilə Əli ibn Yəqtinin şiələrin mənafeyini qorumaq məqsədilə Harun ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: “Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki artıq İmam (əleyhissəlam) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: “Hüseyn Peyğəmbər (səlləllahu əleyhi və alih) şəhərində (Mədinədə) bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır.”49

Buna görə də, İmam Cavad (əleyhissəlam) Bağdadda qalmayıb həyat yoldaşı Ümmul-Fəzllə birlikdə Mədinəyə qayıdır və hicrətin iki yüz iyirminci ilinə qədər orada yaşamışdır.


Vəkillik əlaqə vasitəsi kimi


İmam Cavad (əleyhissəlam) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O Həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmam əleyhissəlamın nümayəndələri bir çox şəhərlərdə o cümlədən, Əhvaz Həmədan Sistan Bost50 Rey Bəsrə, Vasit Bağdad və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad (əleyhissəlam) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş Nuh ibn Dərrac isə bir müddət Bağdadın sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavad əleyhissəlama xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.51

İmam Cavad əleyhissəlamın yaşının az olmasından danışarkən qeyd etmişdik ki Əli ibn Əsbat o Həzrətlə görüşü zamanı İmamın simasını yaxşı yadda saxlayıb Misirə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə, diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki o Həzrətin Misirdə də, şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd ibn Məhəmməd ibn Əşəs Əhməd ibn Səhl Hüseyn ibn Əli Misri və İsmayıl ibn Musa əl-Kazim kimi Kufə hədisçilərinin Misirə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur.52 Mərhum Kuleyni qeyd edir ki İmam Cavad (əleyhissəlam) Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavad əleyhissəlamın dostlarından olan həmin şəhər valisi İmam əleyhissəlamın bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir.53


İmam Cavad əleyhissəlamın elmi məktəbi


Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamın dövründə şərait çox yaxşı olmuş buna görə də, İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavad əleyhissəlamdan başlayaraq İmam Həsən Əsgəri əleyhissəlamın dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş buna görə də, onların şagirdlərinin sayı İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli “İmam Cavad əleyhissəlamın yüz on nəfərə yaxın şagirdi olmuş54 və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki İmam Cavad əleyhissəlamın bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti Zəkəriyya ibn Adəm Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki İmam Cavad əleyhissəlamdan hədis söyləyən şəxslər təkcə şiələr olmamış eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir.55 Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi “Məalimül-itrətit-tahir”56 adlı kitabında eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavad əleyhissəlamdan çoxlu hədislər rəvayət etmişlər.57

İmam Cavad əleyhissəlamın şəhadəti


Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”

Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət, o öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir.58 İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.59



1 Üsuli-kafi, c.1, səh.492.

2 Üsuli-kafi, c.1, səh.315, 492.

3 İsbatül-vəsiyyət, səh.209.

4 Biharül-ənvar, c.50, səh.15.

5 Üsuli-kafi, c.1, səh.492.

6 Əl-İrşad, səh. 319.

7 Biharül-ənvar, c.50, səh.20.

8 Fürui-kafi, c.6, səh.361.

9 Əl-İrşad, səh.318.

10 Üsuli-kafi, c.1, səh.320.

11 Kəşfül-ğümmə, c.3, səh.316.

12 Əl-İmamül-Cavad minəl-məhdi iləl-ləhd, səh.337.

13 Üsuli-kafi, c.1, səh.322.

14 “Məryəm” surəsi, ayə12.

15 Üsuli-kafi, c.1, səh.382.

16 “Məryəm” surəsi, ayə 30-32.

17 “Yusif” surəsi, ayə 22.

18 “Məryəm” surəsi, ayə 12.

19 “Miratül Üqul”, Məclisi, c. 4, səh. 250.

20 Üsuli-kafi, c.1, səh.322, 384.

21 Əl-İrşad, səh.318.

22 Dəlailül-imamət, səh.204.

1 Biharül-ənvar, c.50, səh.98-100.

23 İmam Cavad (əleyhissəlam), səh.27-29.

24 Məmunun dövründə adlı-sanlı alim olmuşdur.

25 Ümrə və təməttö həccin növləridir.

26 Biharül-ənvar, c.50, səh.75-76.

27 Biharül-ənvar, c.50, səh.77.

28 Biharül-ənvar, c.50, səh.78.

29 Onun ləqəbi Əbu Cəfər olmuş və hədis söyləyən idi.

30 “Maidə” surəsi, ayə 6.

31 “Maidə” surəsi, ayə 6.

32 “Əl-Cinn” surəsi, ayə 18; Məcməül-bəyan, c.10, səh.440.

33 Doqquzuncu İmam Həzrət Cavad (əleyhissəlam), səh.26-29; Məcməül-bəyan, c. 10, səh. 372; Təfsiri-Əyyaşi (təshih və təliq), c. 1, səh. 320; Əl-bürhan fi təfsiril-Quran, c. 1, səh. 471; Vəsailüş-şiə, c. 18, səh. 490 (oğurluq babları, 4). Şəriət baxımından əlin kəsilmə həddinin təyini ilə bağlı sünnü və şiə alimlərinin nəzər və fətvalarını bilmək üçün “Əs-səhih min siyrətin-Nəbiyyil-əzəm” kitabının c. 4, səh. 103-ə müraciət edin.

34 Əllamə Əmini “Əl-Qədir” kitabının 5-ci cildinin 321-ci səhifəsində yazır: Bu hədis yalan və saxtadır. Onu Məhəmməd ibn Babşaz özündən uydurmuşdur.

35 “Qaf” surəsi, ayə 16.

36 Əllamə Əmini bu hədisin yalan olmasını “Əl-Qədir”də qeyd etmişdir. c.5, səh.319.

37 “Əhzab” surəsi, ayə 7.

38 “Həcc” surəsi, ayə 75.

39 “Ənfal” surəsi, ayə 33.

40 Ehticac, c.2, səh.247–248; Biharül-ənvar, c.50, səh.80.

41 Təzkirətül-xəvass, səh.359.

42 Əs-səvaiqül-mühriqə, səh.205.

43 Nurul-əbsar, səh.161.

44 Əl-İrşad, səh.319.

45 İmam Cavad əleyhissəlamın siyasi həyatına bir baxış, səh.106.

46 “Bağdad”, Əbülfəzl Əhməd ibn Əbu Tahir Katib, səh. 142-143.

47 Doqquzuncu İmam Həzrət Cavad (əleyhissəlam), səh.38.

48 Tarixi-Yəqubi, c.3, səh.189.

49 Əl-Xəracu vəl-cəraih, c.1, səh.344.

50 Bost Sistan vilayətinin şəhərlərindən biri olmuşdur.

51 On ikinci imamın qeybə çəkilməsinin siyasi tarixi, səh.79.

52 Yenə orada, səh.78.

53 Fürui-kafi, c.5, səh.111.

54 Rical (Şeyx Tusi), səh.397-409.

55 Tarixi-Bağdad, c.3, səh.54-55.

56 Əyanuş-şiə, c.2, səh.35.

57 İbn Şəhraşub, c.4, səh.384.

58 Təfsiri-Əyyaşi, c.1, səh.320.

59 Əl-İrşad, səh.326.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin