İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati



Yüklə 0,52 Mb.
səhifə15/18
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#53650
1   ...   10   11   12   13   14   15   16   17   18
3. Bu nikahla Məmun Ələvilərin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alar və onlarda özünə qarşı məhəbbət yaradar.47

4. Məmunun dördüncü məqsədi avam camaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: “Mən qızımı ona görə (İmam) Cavad əleyhissəlama ərə verdim ki qoy qızımın ondan uşağı olsun və mən Peyğəmbərlə (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamın nəslindən olan bir uşağın babası olum. Ancaq xoşbəxtlikdən Məmunun bu hiyləsi baş tutmur. Çünki onun qızının heç vaxt uşağı olmur.48 İmam Cavad əleyhissəlamın isə bütün uşaqları başqa arvaddan olmuşdur.

Bunlar Məmunun bu nikahdan güddüyü məqsədlər olmuşdur. İndi gəlin görək, nəyə görə İmam Cavad (əleyhissəlam) bu nikaha razılıq verir?

İmam Cavad (əleyhissəlam) heç bir şəkk-şübhə olmadan Məmunun bu kimi işlərdən güddüyü əsl məqsədindən xəbərdar olduğu halda digər tərəfdən də, o Həzrət, əziz atası İmam Riza əleyhissəlamı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda, belə başa düşürük ki o Həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir. Çünki bu nikah İmam Cavad əleyhissəlamın məsləhəti ilə deyil yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir. Belə də düşünmək olar ki İmamın sarayla əlaqədə olmasında məqsədi, o Həzrətin Mötəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmam əleyhissəlamın dostlarının və eləcə də, şiə başçılarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eynilə Əli ibn Yəqtinin şiələrin mənafeyini qorumaq məqsədilə Harun ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: “Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki artıq İmam (əleyhissəlam) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: “Hüseyn Peyğəmbər (səlləllahu əleyhi və alih) şəhərində (Mədinədə) bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır.”49

Buna görə də, İmam Cavad (əleyhissəlam) Bağdadda qalmayıb həyat yoldaşı Ümmul-Fəzllə birlikdə Mədinəyə qayıdır və hicrətin iki yüz iyirminci ilinə qədər orada yaşamışdır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin