İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati


Bu barədə İmamların buyuruqları



Yüklə 0,52 Mb.
səhifə4/18
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#53650
1   2   3   4   5   6   7   8   9   ...   18

Bu barədə İmamların buyuruqları


İmamların həyatını mütaliə etdikdə məlum olur ki bu məsələ İmamların xüsusən, İmam Cavad əleyhissəlamın öz dövründə də, daima müzakirə mərkəzinə çevrilmiş onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:

1. İmam Riza (əleyhissəlam) və İmam Cavad əleyhissəlamın səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavad əleyhissəlamın hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt İmam Cavad (əleyhissəlam) mənimlə üz-üzə əyləşib buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın imamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yusif (əleyhissəlam) barədə buyurur ki Yusif gəncliyinin ən yetkin dövrünə çatdıqda, ona hikmət peyğəmbərlik elm verdik17 Həzrət Yəhya (əleyhissəlam) barədə buyurur ki Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik verdik.1819

İmam Riza əleyhissəlamın səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda İmam Riza əleyhissəlamın hüzurunda idik. Orada olanlardan biri İmam əleyhissəlama dedi ki ey mənim ağam (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə biz sizdən sonra kimə müraciət edək? O Həzrət buyurdu: “Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs İmam Cavad əleyhissəlamın yaşının az olduğunu bildirdi. İmam Riza (əleyhissəlam) buyurdu: “Allah-taala Həzrət İsa əleyhissəlamı Cavaddan da kiçik yaşlarında Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”20

İmam Riza (əleyhissəlam) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”21


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin