Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Bir az diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik:
1. Öz qızını İmamın evinə göndərməklə o Həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. (Məmunun qızı üzərinə düşən “xəbərçilik” vəzifəsini layiqincəsinə yerinə yetirirdi. Tarix də buna şahiddir.)
2. Bu nikah Məmunun xam fikrincə, guya İmam Cavad əleyhissəlamı onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o Həzrəti eyş-işrətə kef-əyləncəyə cəlb edəcək, beləliklə, İmam Cavad əleyhissəlamın müqəddəsliyi aradan gedər və Məmun də, o Həzrətin ismət və İmamət məqamını camaatın gözündə aşağı salaraq onu xar edər.