İmam Cavad (əleyhissəlam) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O Həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmam əleyhissəlamın nümayəndələri bir çox şəhərlərdə o cümlədən, Əhvaz Həmədan Sistan Bost50 Rey Bəsrə, Vasit Bağdad və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad (əleyhissəlam) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş Nuh ibn Dərrac isə bir müddət Bağdadın sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavad əleyhissəlama xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.51
İmam Cavad əleyhissəlamın yaşının az olmasından danışarkən qeyd etmişdik ki Əli ibn Əsbat o Həzrətlə görüşü zamanı İmamın simasını yaxşı yadda saxlayıb Misirə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə, diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki o Həzrətin Misirdə də, şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd ibn Məhəmməd ibn Əşəs Əhməd ibn Səhl Hüseyn ibn Əli Misri və İsmayıl ibn Musa əl-Kazim kimi Kufə hədisçilərinin Misirə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur.52 Mərhum Kuleyni qeyd edir ki İmam Cavad (əleyhissəlam) Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavad əleyhissəlamın dostlarından olan həmin şəhər valisi İmam əleyhissəlamın bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir.53
Dostları ilə paylaş: |