Bu barədə İmamların buyuruqları
İmamların həyatını mütaliə etdikdə məlum olur ki bu məsələ İmamların xüsusən, İmam Cavad əleyhissəlamın öz dövründə də, daima müzakirə mərkəzinə çevrilmiş onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:
1. İmam Riza (əleyhissəlam) və İmam Cavad əleyhissəlamın səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavad əleyhissəlamın hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt İmam Cavad (əleyhissəlam) mənimlə üz-üzə əyləşib buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın imamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yusif (əleyhissəlam) barədə buyurur ki Yusif gəncliyinin ən yetkin dövrünə çatdıqda, ona hikmət peyğəmbərlik və elm verdik17 Həzrət Yəhya (əleyhissəlam) barədə buyurur ki Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik verdik.18”19
İmam Riza əleyhissəlamın səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda İmam Riza əleyhissəlamın hüzurunda idik. Orada olanlardan biri İmam əleyhissəlama dedi ki ey mənim ağam (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə biz sizdən sonra kimə müraciət edək? O Həzrət buyurdu: “Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs İmam Cavad əleyhissəlamın yaşının az olduğunu bildirdi. İmam Riza (əleyhissəlam) buyurdu: “Allah-taala Həzrət İsa əleyhissəlamı Cavaddan da kiçik yaşlarında Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”20
İmam Riza (əleyhissəlam) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”21
Dostları ilə paylaş: |