İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati



Yüklə 0,52 Mb.
səhifə9/18
tarix04.01.2022
ölçüsü0,52 Mb.
#53650
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

Baş qazı heyran qalır


(İmam Cavad əleyhissəlamın bu sözündən sonra) Məmun deyir: “Afərin ey Cavad! Allah sənə xeyir versin! İndi yaxşı olar ki Yəhya ibn Əksəm sənə sual verdiyi kimi sən də ona bir sual verəsən.” İmam Cavad (əleyhissəlam) Yəhyaya buyurur: “Soruşum?” Yəhya deyir: “Başına dönüm ixtiyar sahibi sizsiniz əgər bilsəm cavabını verərəm bilməsəm də sizdən öyrənərəm.” İmam Cavad (əleyhissəlam) buyurur: “Mənə de görüm, necə olur ki bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur ancaq elə ki, günəş çıxır həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur amma axşam olduqda isə yenə halal olur. Gecə yarısı olcaq qadın kişiyə haram olur dan yeri söküləndə, yenə qadın halal olur? Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur?” Yəhya ibn Əksəm deyir: “Allaha and olsun ki mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə onun cavabından bizi xəbərdar edin.” İmam Cavad (əleyhissəlam) buyurdu: “Bu qadın bir kişinin kənizi olub sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur elə ki günəş çıxır həmin kişi kənizi sahibindən alır beləliklə də, kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir o da artıq, kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar (qanuni nikahlarını özlərinə haram) edir buna görə də, qadın ona haram olur axşam vaxtı isə ziharın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olcaq ona təlaq verir (onu boşayır) və qadın ona haram olur dan yeri söküldükdə isə təlaqını geri götürür və beləliklə də, qadın ona halal olur.”28

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin