Имам мусеји-казим әЛЕЈҺиссәламын һӘЈаты


Təhlükəli və gizli bir tapşırıq



Yüklə 0,78 Mb.
səhifə6/6
tarix22.10.2017
ölçüsü0,78 Mb.
#10444
1   2   3   4   5   6

Təhlükəli və gizli bir tapşırıq


Əli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazim əleyhissəlamın hüzuruna göndərir bə’zi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: “İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazim əleyhissəlama çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın.” Həmin iki nəfər deyir: “Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. “Bətnür-rəhmə” adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: “Bunlar sizin məktubların cavabıdır.” Biz ona dedik ki azuqəmiz qurtarıb əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alih) (qəbrini) ziyarət edər həm də yol üçün azuqə tədarük görərdik. O bizə buyurdu: “Qalan azuqənizi mənə göstərin.” Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: “Bu sizi Kufəyə qədər görər.” O bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: “Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alih) gördünüz indi isə Allahın pənahı altında geri qayıdın.”67

Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi


Şübhəsiz ki müştərək bir məqsəd daşıyan hər hansı bir cəmiyyətin öz işlərini irəli aparmaq üçün öz qüvvələrini səfərbər etməkdə maddi imkanata ehtiyacı var. Maddi imkanat olmadıqda, həmin cəmiyyətin bütün işləri və fəaliyyəti dayanmalı olur. Bir qayda olaraq şiələrin də öz müqəddəs məqsədlərini həyata keçirmək üçün bir sıra maddi imkanata ehtiyacları var idi. Müxtəlif vaxtlarda xüsusilə, onların mübariz qüvvələri daima iqtisadi çətinlik içərisində olmuş dövrün hökuməti onların qüvvələrini zəiflətmək üçün müxtəlif vasitələrlə onları iqtisadi çətinliklərə mə’ruz qoymuşdular. Bu barədə siyasi məqsəd daşıyan və məqsədi də Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi vəziyyətini zəiflətmək olan Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox başqa nümunələr də vardır. Onlardan biri də, Müaviyənin şiələrə xüsusilə də, Bəni-Haşimə qarşı yürütdüyü siyasətdir. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan öz vəliəhdi Yezid üçün bey’ət almaq istərkən işlətdiyi taktikalardan biri - Mədinəyə səfəri zamanı Bəni-Haşim qəbiləsindən olanlara beytül-maldan heç bir ödənc verməməsi olmuşdur. Bu işdə məqsədi də, o olmuşdur ki bəlkə bu yolla o Həzrəti çətinliyə salıb bey’ət etməyə məcbur etsin.68

Başqa bir nümunə Əbu Cə’fər Mənsurun camaatı iqtisadi çətinlikdə saxlaması idi. Mənsur aclıq və iqtisadi blokada siyasətini yürütmüş və məqsədi bu olmuşdur ki qoy camaat həmişə ac olub ona tabe olsun və ancaq öz qarınlarını doyuzdurmaq fikrində olub digər böyük ictimai məsələlər barədə düşünməyə macalları olmasın. O bir dəfə sarayın yaxın adamlarının hüzurunda camaatı ac saxlamaqdan güddüyü məqsədi kobud bir ifadə ilə açıqlayaraq demişdir: “Bədəvi ərəblər öz məsəllərində yaxşı demişlər ki öz itini həmişə ac saxla ki qoy çörək ardınca sənin arxanca düşsün.” Bu iqtisadi çətinlik daha çox şiələr səmtinə yönəldilmişdi. Çünki onlar xəlifələrə qarşı mübarizədə camaata rəhbərlik etmişlər. Harun da xəlifə olduğu müddət ərzində bu planı həyata keçirməkdə ləngimirdi. Çünki o müsəlmanların beytül-malını ələ keçirib onu öz eyş-işrəti kefi yolunda xərcləməklə şiələri öz qanuni hüquqlarından məhrum etmiş və beləliklə də, onların qüvvələrini zəiflətmişdir.

Müxaliflərinin şiələrin əleyhinə mübarizə aparmalarına baxmayaraq, Harun ər-Rəşidin hüzurunda öz e’timadını doğruldaraq, böyük İslam məmləkətində vəzir vəzifəsinə tə’yin olunmuş İmam Kazim əleyhissəlamın vəfalı və səmimi dostu Əli ibn Yəqtin bu məsələni çox yaxşı başa düşərək əlində olan imkandan istifadə etməklə şiələrə kömək və onları himayə etmək sahəsində əlindən gələni əsirgəmirdi. Xüsusən, şiələrin iqtisadi vəziyyətinin dirçəlməsində və öz malının xümsünü (onun malının xümsü nəzərə çarpacaq miqdarda olur bə’zi vaxtlar hətta yüz min dinardan üç yüz min dinara qədər çatırdı)69 İmam Kazim əleyhissəlama göndərməkdə çox sə’y edirdi. Bu da mə’lumdur ki xüms həqiqətdə İslam hökumətinin büdcəsini tə’min edən əsas amildir.

Əli ibn Yəqtinin oğlu deyir: “İmam Kazim əleyhissəlama nə lazım olurdusa yaxud hər hansı bir çətin işi irəli çıxırdısa atama məktub yazırdı ki “mənim üçün filan şeyi al yaxud mənim üçün filan işi həll et. Özü də bu işi Hişam ibn Həkəmin əli ilə düzəlt.” Hişamın əli ilə düzəldilməsi lazım olan işlər yalnız mühüm və əsas işlər olurdu.”70

İmam Kazim (əleyhissəlam) İraqa səfər edərkən Əli ibn Yəqtin öz vəziyyətindən o Həzrətə şikayət edib dedi: “Mənim vəziyyətimi görürsən? (Görürsən necə bir sarayda və hansı camaatla işləyirəm?)” İmam Kazim (əleyhissəlam) buyurdu: “Allah zalımlar arasında öz sevimli bəndələrindən qərar verərək onların vasitəsilə yaxşı bəndələrini himayə edir. Sən də həmin sevimli bəndələrdən birisən.”71

Bir dəfə Əli ibn Yəqtin Bəni-Abbas xəlifələri ilə işləyib-işləməməsi barədə İmam Kazim əleyhissəlamla məsləhətləşdikdə, o Həzrət buyurmuşdur: “Əgər bu işi görməyə məcbursansa onda şiələrin malından muğayat ol.” Əli ibn Yəqtin İmam əleyhissəlamın sözü ilə razılaşdı. O, Həzrətin bu sözünə əsaslanaraq şiələrdən dövlət vergilərini alır lakin gizlicə yenidən onların özlərinə qaytarırdı.72 Səbəbi də bu idi ki Harunun hökuməti elə bir hökumət deyildi ki onun qayda-qanunlarına əməl etmək müsəlmanlara vacib olsun. Allah tərəfindən tə’yin olunmuş əsl rəhbər və hakim İmam Kazim (əleyhissəlam) idi Əli ibn Yəqtin də onun əmrilə şiələrin malını özlərinə qaytarırdı.


Həcc naibləri


Tarixdə Əli ibn Yəqtin üçün fəxr sayıla bilən məsələlərdən biri də budur ki o hər il neçə nəfəri öz tərəfindən vəkil edib həcc ziyarətinə göndərirdi. O bu iş üçün onların hər birinə on min dirhəmdən iyirmi min dirhəmə qədər pul verirdi.73 Onun vəkil tutduğu həcc naiblərinin sayı hər il yüz əlli bə’zi vaxtlar isə iki yüz əlli və hətta üç yüz nəfərə çatırdı.74

Əli ibn Yəqtinin bu işi İslam dinində həcc ziyarətinin özünəməxsus fəzilət və əhəmiyyət kəsb etməsi və şübhəsiz, onun son dərəcə iman və təqva sahibi olması ilə əlaqədardır. Lakin bu naiblərin nəzərə çarpacaq dərəcədəki sayını və eləcə də, Əli ibn Yəqtinin onlara külli miqdarda naiblik haqqı verməsini nəzər aldıqda məsələ bir az da geniş təhlil olunur. Əgər onun ildə həcc ziyarəti üçün tutduğu vəkillərin sayını orta hesabla məsələn, iki yüz nəfər onlara verdiyi pulun miqdarını isə orta hesabla məsələn, on min dirhəm götürsək ümumilikdə (cəmisi) ildə iki milyon dirhəm pul alınır. Digər tərəfdən də, ildə ödənilən bu məbləğ təbii ki Əli ibn Yəqtinin illik gəlirindən, zəkat xüms və digər müstəhəb sədəqə və hədiyyələri çıxdıqdan sonra yerdə qalan məbləğin bir qismini təşkil edirmiş. Bu təxmini hesabla bu qədər məbləği (həcc naiblərinin haqqını) ödəmək üçün gör Əli ibn Yəqtinin (illik) gəliri nə qədər olmalıdır?

Şiə alimlərindən ilk dəfə olaraq deyəsən, mərhum Şeyx Bəhayi bu məsələyə diqqət yetirmişdir. O bu məsələnin incəliyini bu cür izah edir: “Güman edirəm ki İmam Kazim (əleyhissəlam) Əli ibn Yəqtinə müsəlmanların beytül-malından istifadə etməyə icazə vermiş o da öz növbəsində bu puldan şiələrə həcc ziyarəti üçün naiblik haqqı verərək müxaliflər üçün e’tiraz yeri qoymurdu.75 Deməli həcc ziyarətinə naib göndərmək əslində qabaqcadan hazırlanmış bir iş olmuş və Əli ibn Yəqtin bu işi ilə şiələrin iqtisadi vəziyyətini dirçəldirmiş.”

Həcc naibləri arasında İmam Kazim əleyhissəlamın dostlarından və yerli hökumətin müxaliflərindən olan Əbdürrəhman ibn Həccac və Abdullah ibn Yəhya Kahili kimi şiələrin böyük adlı-sanlı şəxslərinin olması bu məsələni bir daha təsdiq edir.76

Əli ibn Yəqtinin bu hərəkətində nəzərə çarpan digər bir məsələ də, onun şiələri xüsusən də, onların tanınmış şəxslərini həcc mərasiminə göndərməsidir. Bu yolla o şiənin əsl həqiqətini tanıtmağa və onların digər məzhəblərlə münazirə edərək şiə mədəniyyətini nümayiş etdirməsi üçün şərait yaradırdı.

Bu paltarı saxla!


Əli ibn Yəqtin göstərdiyi bu xidmətləri nəticəsində həmişə İmam Kazim əleyhissəlamın razılığını cəlb etmiş onun əsirgənilməz himayəsində olmuş və o Həzrətin tədbiri sayəsində dəfələrlə qəti təhlükədən nicat tapmışdır. Həmin təhlükələrdən biri belə olmuşdur:

Bir dəfə Harun ər-Rəşid hədiyyə olaraq Əli ibn Yəqtinə bir neçə paltar (xələt) bağışlamışdı. Paltarların arasında xəlifələrə məxsus olan qara rəngli zərlə bəzədilmş xəzdərili bir paltar da var idi. Əli ibn Yəqtin həmin bahalı paltar da daxil olmaqla onların çoxunu İmam Kazim əleyhissəlama bağışlayır üstəlik həmişəki kimi malının xümsünü çıxıb o Həzrət üçün göndərir. İmam Kazim (əleyhissəlam) həmin bahalı paltardan başqa bütün pulları və paltarları qəbul edir. Əli ibn Yəqtinə də bir məktub yazıb bildirir ki bu paltarı özündə saxla və heç kəsə vermə çünki bir vaxt sənin üçün irəli çıxacaq hadisədə o sənə lazım olacaq. Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın həmin paltarı nə üçün geri qaytardığını başa düşə bilmir lakin onu (İmamın buyurduğu kimi) qoruyub saxlayır. Necə olursa bir gün o öz xadimlərindən birini işini layiqincə yerinə yetirmədiyi üçün işdən çıxarır. Əli ibn Yəqtinin İmam Kazim əleyhissəlamla əlaqə saxladığını onun o Həzrət üçün pul və sair hədiyyələr göndərməsindən xəbərdar olan bu xadim Harunun yanına gedərək Əli ibn Yəqtindən şikayətlənib deyir: “O (Əli ibn Yəqtin) Musa ibn Cə’fəri (İmam Kazim (əleyhissəlam)) İmam kimi tanıyır və hər il öz malının xümsünü ona göndərir.” Sonra da paltarların hədiyyə göndərilməsini sübut gətirib dedi: “Xəlifənin filan tarixdə ona bağışladığı xüsusi paltarı da, Musa ibn Cə’fər əleyhissəlama bağışlayıb.” Harun bu xəbəri eşitdikdə, bərk qəzəblənib dedi: “Gərək bu məsələni araşdıram. Əgər dediklərin doğru olarsa onun qanını tökəcəyəm.” Sonra Əli ibn Yəqtini çağırtdırıb həmin paltar barədə soruşdu. Əli ibn Yəqtin dedi: “Onu bir boğçaya qoyub indiyə qədər saxlamışam.” Harun dedi: “Onu dərhal bura gətir!” Əli ibn Yəqtin xadimlərdən birini tez evə göndərib deyir: “Bizə get gözətçidən filan otağın açarını alıb həmin otağı aç sonra da orada olan filan sandığı aç və onun içindəki boğçanı üstündə olan möhürlə birlikdə bura gətir.” Çox çəkmir ki xadim həmin paltarı üstündəki möhürlə birlikdə gətirib Harunun qarşısına qoyur. Harun əmr edir ki möhürü açsınlar. Boğça açıldıqda, Harun görür ki öz verdiyi paltar qatlanmış halda saxlanılmışdır. Harunun qəzəbi soyuduqdan sonra Əli ibn Yəqtinə deyir: “Bundan sonra səndən şikayət edən heç bir şəxsin sözünə inanmayacağam.” Sonra əmr verir ki Əliyə dəyərli və qiymətli hədiyyə verib şikayətçini möhkəmcə tənbeh etsinlər.77


İslam dövləti təşkil etmək arzusunda


Harun bilirdi ki İmam Kazim (əleyhissəlam) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim əleyhissəlamla Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən həm də Harunun çirkin məqsədlərindən xəbər verir:

“Bir gün Harun (bəlkə də, İmam Kazim əleyhissəlamın arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (əleyhissəlam) buyurur: “Bir şərtlə Fədəyi qəbul edərəm ki onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan.” Harun soruşdu: “Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm əsla onu qaytarmazsan.” Harun tə’kid edib and içdi ki mütləq onu qaytaracaq. İmam Kazim (əleyhissəlam) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür tə’yin etdi: “Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər digər tərəfdən də, Afrikadan tutmuş Ərməniyyə və Xəzər dənizinə kimi uzanır.” Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: “Belə olan halda bizə bir şey qalmır ki!” İmam Kazim (əleyhissəlam) buyurdu: “Bilirdim ki qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim.”78 İmam Kazim (əleyhissəlam) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alih) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən.



Bu söhbət İmam Kazim əleyhissəlamın ali məqsədlərindən xəbər verir.

Beytül-malın toplanması


Zahiri hakimiyyət və qüdrət Harunun əlində olsa da, o yalnız camaatın “cisminə” “quru bədəni”nə hakimlik edirdi. Qəlblərdə isə heç bir yeri yox idi. Qəlblərə hakim durmaq ancaq İmam Kazim əleyhissəlama məxsus idi. O Həzrətin ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar öz malının xümsünü eləcə də, beytül-mala mənsub olan digər vergiləri o Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də xəbərsiz deyildi. Çünki o öz casusları vasitəsilə geniş İslam dövlətinin o tərəf-bu tərəfindən müsəlmanların İslam vergilərinin İmam Kazim əleyhissəlama göndərməsi xəbərini əldə edirdi. Casuslar deyirdilər ki göndərilən bu vergilər o qədər olurdu ki İmam Kazim (əleyhissəlam) bunları toplamaq üçün beytül-mal sandıqı hazırlamışdı.79


1 Tarixül-xüləfa, səh.259.

1 Üsuli-kafi, c. 1, səh. 310-311; Biharül-ənvar, c. 47, səh. 3; E`lamül-vəra, səh. 299.

2 İrşad, səh. 304-306; Biharül-ənvar, c. 47, səh. 253. c. 48, səh. 16-17.

3 Əl-ənvarül-bəhiyyə, səh.170.

4 Müxtəsəri-tarixil-ərəb, səh.209.

5 Kazim ərəb dilində “qəzəbini boğan” deməkdir.

6 Əs-səvaiqül-mühriqə, səh.203.

7 Tarixi-Yə’qubi, c.3, səh.132.

9 Tarixül xüləfa, səh.277.

10 Əl-Kamilu fit-tarix, c.6, səh.73.

11 Həyatül-imam Musa ibn Cə’fər (əleyhissəlam), c.1, səh.436.

12 Tarixi-Yə’qubi, c.3, səh.137.

13 Həyatül-imam Musa ibn Cə’fər (əleyhissəlam) c.1, səh.442.

14 Əl-Kamilu fit-tarix, c.6, səh.84.

15 “Ə’raf” surəsi, ayə 33.

16 “Bəqərə” surəsi, ayə 219.

17 Ola bilsin Məhdinin bu cür deməkdən məqsədi bu olub ki, Bəni–Haşimlə Bəni–Abbas arasındakı qohumluq nəticəsində imam Kazim əleyhissəlamın bu elmi onun üçün də fəxrdir.

18 Əl-Furu’u min əl-kafi, c.6, səh.406. Sünnilər şiələri rafizi adlandırdığı üçün Məhdi də Əli ibn Yəqtinə belə deyir.

19 Mürucuz-zəhəb, c.3, səh.324.

20 Yenə orada, səh.325.

21 Tarixül-xüləfa, səh.279.

22 Əl-Kamilu fit-tarix, c.6, səh.102.

23 Əl-Əğani, c.5, səh.160.

24 Əl-Əğani, c.5. səh.163.

25 Əl-Əğani, c.5.

26 Tarixi-Yə’qubi, c.3, səh.142.

27 Hüseyn İmam Həsən əleyhissəlamın nəvələrindən olub Məkkədən altı mil aralıda yerləşən Fəxx məntəqəsində Abbasi xəlifəsinin qoşunu ilə mübarizədə öldürüldüyü üçün Fəxx şəhidi, yaxud Fəxx sahibi ləqəbi ilə məşhur olmuşdur.

28 Tarixül-üməmi vəl-mülük, c.10, səH.25.

29 Məqatilüt-talibin, səh.285.

30 Əl-Kamilu fit-tarix. c.6, səh.93.

31 Biharül-ənvar, c.48, səh.165.

32 Biharül-ənvar, c.48. səh.169.

33 Biharül-ənvar, c.48. səh.151.

34 Əs-Səvaiqül-mühriqə, səh.204.

35 Əl-İrşad, səh.298.

36 “Ən’am” surəsi, ayə 84-85.

37 Nurul-əbsar, səh.149.

38 Biharül-ənvar, c.48. səh.127.

39 “Ə’raf” surəsi, ayə 146.

40 Biharül-ənvar, c.48, səh.138.

41 Simaların digər tərəfi, səh.31.

42 İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.162.

43 İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.173.

44 İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.163.

45 İslamda vaizlərin rolu, səh.39.

46 Əhməd Əmin bu hissəni Əl-Əğani kitabından (c.5. səh.241) sitat gətirmişdir.

47 Zühəl-İslam, c.1, səh.112-113.

48 Zühəl-İslam, c.2, səh.162-163.

49 İslam mədəniyyətinin tarixi, c.4. səh.242.

50 İslamda vaizlərin rolu, səh.55.

51 Məqatilüt-talibin, səh.308.

52 Mizanül-e’tidal fi nəqdir-rical, c.3, səh.278.

53 Zühəl-İslam, c.2, səh.203.

54 Yenə orada, səh.204.

55 Həyatül-imam Musa ibn Cə’fər, c.2, səh.100. Bu haqda “Əl-bəramikə fi xilalil-xilafə” kitabına müraciə edin.

56 Zühəl-İslam, c.1, səh.204.

57 Həyatül-imam Musa ibn Cə’fər, c.2, səh.100.

58 Tarixül-xüləfa, səh.291.

1 Əl-Bidayətu vən-nihayə, c.10, səh.216.

59 Əl-Fihrist, səh.234.

60 Əl-Fihrist, səh.234.

61 Fihristi-əsmai-müsənnifiş-şiə, səh.195.

62 Əl-Fihrist, səh.234.

63 Qamusur-rical, c.7, səh.90.

64 İxtiyari-mə’rifətir-rical, səh.433.

65 Biharül-ənvar, c.48, səh.158.

66 Biharül-ənvar, c.48, səh.136.

67 İxtiyari-mə’rifətir-rical, səh.436-437.

68 Əl-Kamilu fit-tarix, c.3, səh.551.

69 İxtiyari-mə’rifətir-rical, səh.434.

70 Yenə orada, səh.269.

71 Yenə orada, səh.433.

72 Biharül-ənvar, c.48. səh.158.

73 İxtiyari-mə’rifətir-rical, səh.434.

74 İxtiyari-mə’rifətir-rical, səh.434, 437.

75 Tənqihül-məqal, c.2, səh.317.

76 İxtiyari-mə’rifətir-rical, səh.435.

77 Əl-İrşad, səh.293.

78 Təzkirətul huffaz, səh.350.

79 Biharül ənvar, c.48, səh.232.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin