Azyaşlı İmam
İmam Cavad (əleyhissəlam) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?
Bu sallara cavab vermək üçün nəzərə almaq lazımdır ki düzdür insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən İmamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.
Qurani-Kərim Həzrət Yəhya əleyhissəlamın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq peyğəmbərlik verdik.”2
Bəzi təfsirçilər qeyd etdiyimiz ayədə “hikmət” sözünü istedad və bilik mənasına bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər. İkinci versiyanı “Üsuli-kafi” kitabında olan hədislər də təsdiq edir. O hədislərdən biri də, İmam Baqir əleyhissəlamın qeyd etdiyimiz ayədəki “hikmət” sözünü Həzrət Yəhya əleyhissəlamın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək bu cür buyurmasıdır: “Həzrət Zəkəriyya əleyhissəlamın vəfatından sonra oğlu Yəhya (əleyhissəlam) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda “Ey Yəhya! Kitabdan bərk yapış! Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et! Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq peyğəmbərlik verdik” - deyərək buyurmasıdır.”1
Uşağın dil açıb danışması üçün bilirik ki təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki Həzrət İsa (əleyhissəlam) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə olarkən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki, bu cür danışmaq özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsa əleyhissəlamın sözlərini bu cür açıqlamışdır: “Allahdan bir möcüzə olaraq körpə İsa (əleyhissəlam) dilə gəlib dedi: “Mən həqiqətən Allahın quluyam bəndəsiyəm. O mənə kitab İncil verdi özümü də Peyğəmbər etdi. O harada oluramsa olum məni mübarək həmişə hamıya xeyir verən dini hökmləri öyrədən etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi heç kəsə qarşı zülmkar asi dikbaş eləmədi.”2
Qeyd olunanlardan belə nəticəyə gəlirik ki İmamlardan qabaq da, digər mömin insanlar bu İlahi nemətdən bəhrələnmiş və bu təkcə İmamlara xas bir şey olmamışdır.
Bu barədə İmamların buyuruqları
İmamların həyatını mütaliə etdikdə məlum olur ki bu məsələ İmamların xüsusən, İmam Cavad əleyhissəlamın öz dövründə də, daima müzakirə mərkəzinə çevrilmiş onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:
1. İmam Riza (əleyhissəlam) və İmam Cavad əleyhissəlamın səhabələrindən olmuş Əli ibn Əsbat deyir: “Bir gün İmam Cavad əleyhissəlamın hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt İmam Cavad (əleyhissəlam) mənimlə üz-üzə əyləşib buyurdu: “Ey Əli ibn Əsbat! Allah-taalanın imamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yusif (əleyhissəlam) barədə buyurur ki Yusif gəncliyinin ən yetkin dövrünə çatdıqda, ona hikmət peyğəmbərlik və elm verdik3 Həzrət Yəhya (əleyhissəlam) barədə buyurur ki Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik verdik.4”5
İmam Riza əleyhissəlamın səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda İmam Riza əleyhissəlamın hüzurunda idik. Orada olanlardan biri İmam əleyhissəlama dedi ki ey mənim ağam (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə biz sizdən sonra kimə müraciət edək? O Həzrət buyurdu: “Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs İmam Cavad əleyhissəlamın yaşının az olduğunu bildirdi. İmam Riza (əleyhissəlam) buyurdu: “Allah-taala Həzrət İsa əleyhissəlamı Cavaddan da kiçik yaşlarında Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”1
İmam Riza (əleyhissəlam) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: “Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”2
Dostları ilə paylaş: |