Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə10/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   6   7   8   9   10   11   12   13   ...   111

İBRƏTAMİZ BAXIŞ


İmam Səccad (əleyhissəlam) buyurur: «Baxmalı şeylərdən ibrət almaq lazımdır. Çünki, göz ibrətlərə tərəf açılmış qapıdır. İnsanın baxış növlərindən biri də onun ibrət almasına səbəb olan ibrətamiz baxışıdır. Belə baxışın insana faydası var. Harun İmam Rza (əleyhissəlam)-a yazır: Qısa bəyanla mənə moizə et! zrət cavabında yazır: Elə bir şey yoxdur ki, sənin zün ona düşsün və səndən ötrü onda ibrət və nəsit olmasın5

Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) buyurur:



«İbrət türməli şeylər çoxdur. Lakin, ibrət türən azdır6 Başqa hədisdə Həzrət buyurur:

«r kim ibrət zü ilə baxsa, zü açılar. r kimin zü açılsa, anlayar, r kim də anlasa, elm və bilik dərəcəsinə yüksələr

Rəvayətlərdən birində nəql olunur ki, Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) Mədain şəhərindən keçəndə, Kəsranın yerdə qalan əsərlərini müşahidə edir. Onun qalaları uçub yerə yapışmaq üzrə idi. Həzrətin əshabından birisi, şair ibni Yə`fur Yəməninin yazdığı şe᾿ri xatırlayır:

«Küləklər onların yerdə qalan əşyalarının üzərindən əsirlər. (onların qəsrlərindən küləyin səsindən başqa bir şey qulağa dəymir). Sanki hamısının və᾿də olunmuş yerləri var və hamısı o yerə gediblər

Əmirəl-mö᾿minin Əli (əleyhissəlam) buyurur: Nəyə rə bu ayələri tilavət etmirsiniz?

«Onlar özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub getdilər, neçə-neçə əkinlər, gözəl yerlər, möhtəşəm qəsrlər və zövq aldıqları neçə-neçə ne᾿mətləri (tərk etdilər). Onları belə cəzalandırdıq və sərvətlərinə, mülklərinə başqalarını varis etdik. Bunlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.»1

Bu ayələr, bütün zülm və zillətlərdən sonra hökumətinin axırda İsrail övladlarının əlinə düşüb, özlərinin isə dəryada qərq olmasına aiddir. Onları heç bir qüvvə xilas edə bilmədi. Bəli! Belə bir baxış, aqil insanların ondan dərs aldığı ən ibrətamiz bir baxışdır.


İMAM ƏLİYYƏ- NƏQİ ( ƏLEYHİSSALAM) VƏ XƏLİFƏ MÜTƏVƏKKİL


Tarixçi Məs᾿udi yazır: Mütəvəkkilin mə᾿murları İmam Əliyyən-Nəqinin (əleyhissəlam) evinə tökülüb, axtarışdan bir şey tapmadıqlarını Mütəvəkkilə xəbər verdilər. O, məclisdə şərab içib məst olmuşdu. Göstəriş verir ki, İmamı öz evindən onun yanına gətirsinlər. Həzrəti gətirirlər. O, İmama (əleyhissəlam) ehtiram göstərib yanında otuzdurur, ona şərab camını təklif edir. Həzrət buyurur: Şərab, heç vaxt mənim canıma və ətimə daxil olmayıb. Məni üzürlü hesab et. Mütəvəkkil dedi: Mənə şe᾿r oxu! Həzrət buyurdu: Mənim şe᾿rlə o qədər də ünsiyyətim yoxdur. O israr edir. Həzrət bu məzmunda şe᾿r buyurur:

"Bir müddət uca qəsrlərdə yaşadılar, onların qorunması özlərinin əsgərlərinin boynunda idi. Lakin, uca qüllələr, onlara fayda vermədi. Azad və izzətlə yaşadıqları qalalardan endilər, qəbir çökəkliklərində məskun oldular. Necə də pis yerə düşdülər. Nida edən, onların dəfnindən sonra car çəkdi: Onların tacları və zinətləri və qol bağları hara getdi? Gülər üzlər necə oldu? Unuduldular və itdilər. Bu vaxt qəbirdən bir səs ucalır: O üzlər qurd-quşlara yem oldular. Çox günləri yeyib-içdilər. Halbuki, günlərin birində özləri yeyilmiş olub, xırdalandılar.1

Mütəvəkkil bu şe᾿ri eşitcək elə göz yaşları tökdü ki, nəql olunduğuna görə şərab camını yerə vurur.

Bəli! Budur ibrətamiz baxış! Çox heyif ki, Mütəvəkkilə fayda vermədi. Mühəddis Qumi «Səfinətül-bihar» kitabında İmam Sadiqdən (əleyhissəlam) Yerusəlim əhvalatını belə nəql edir ki, buyurur:

«Həzrət Davud, mənzilindən çölə çıxır və Zəburdan tilavət edirdi. Quşlar və heyvanlar da onunla birlikdə həmavaz olurlar. Cizqil adlı bir abidin ibadət etdiyi dağın yanından keçirdi. Cizqilə dedi: Mənə burdan keçməyə icazə verirsənmi? Abid dedi: Xeyr! Davud ağladı. Allah abidə nida göndərir ki, Davuda əziyyət etmə. Ona görə də abid, Davuda öz yanında yer verir. Davud ondan soruşur: İndiyə kimi günah etməyi qərara almısanmı? Cavab verdi: Xeyr! Yenə buyurdu: Heç əməllərində qürrələnmisənmi? Xeyr! – deyə cavab verdi. Soruşdu: Heç dünyaya meyl etmisənmi? Cavab verdi: Bəli! Soruşdu: Belə halda özünü dünya meylindən necə qurtarırsan? Cavab verir: Bu gördüyün dərəyə gedirəm. O vaxt abid, Davud peyğəmbəri dərəyə aparır. O yerdə dəmir bir taxta görürlər. Bu taxtaya baş sümüyü yapışdırılmışdı. Kənarında isə belə yazılı lövhə nəsb olunmuşdu:



«Bu Yerusəlimin başının skeletidir. Min il kumətlik etdi. Min şəhəri abad etdi. Min cavan qızla evləndi. Axırı bura çatdı ki, torpaq mənzili və qurd-quşlala ünsiyyətdə oldu. r kim məni rsə, dünyaya aldanmaz1 Budur ibrətamiz baxışlar.

GÖZÜN QURULUŞU


Göz, iki qisimdən təşkil olunub. Birinci, cüz᾿i hissələr, ikinci, göz yumrusu. Cüz᾿i hissələr bunlardır:

Hədəqə, kiprik, gözün üst qapağı, qaş, göz yumrusunu hərlədən əzələlər.



1. zün dəqəsi: Çoxlu xırda sümüklər birləşib, gözün lətif və sirli kürəsi üçün möhkəm bir sandıqça əmələ gətiriblər. Göz onun içərisində məhfuzdur. Belə bir həssas mövcuddan ötrü möhkəm qutu lazımdır. Adı çəkilən sümüklər, yuxarı qisimdən alının sümüyünə, aşağıdan, yanaq sümüyünə, xaricdən gicgah sümüyünə, daxildən isə burun sümüyünə yaxın yerə birləşmişdir.

Gözün kürəsinin və başqa lətif əzalarının bu sandıqçada kamil qərar tutub, rahat məhfuz olunmasından ötrü sandıqçanın içi axıcı qabiliyyəti olan piyli maddə ilə dolmuşdur. Gözün hədəqəsi, pərdə vasitəsilə iki qismə bölünür. Qabaq hissə, gözün kürəsinin yeri, arxa qismətdə isə təsvirləri zehnə çatdıran görmə-əsəb sistemləri ilə doludur. Həmçinin, hiss əsəb sistemləri, göz kürəsini hərlədən, gözə qan çatdıran qan damarları da bu qismətdə yerləşir.



2. Pərdə. Gözün önündə iki zərif və möhkəm pərdə asılmışdır. Bu pərdələr, gözün lətif səhifəsini soyuq və istidən və s. şeylərdən qoruyur. Yuxu və təhlükə zamanı tamamilə bir-biri ilə birləşir. Bununla da, gözə qarşı ehtimal olunan hər hansı bir təhlükə aradan gedir. Həmçinin, nurun gözə gəlməsini də orta səviyyədə saxlayır.

Adi halda, göz pərdələri hər dəqiqədə, bir neçə dəfə bir-birinə birləşməklə, gözün yuxarı qismətində olan vəzilərdən göz yaşını vücuda gətirir. Bu suyu, göz səhifəsinə axıdaraq onu yuyub həmişə təzə və yaşlı saxlamaqla gözün fəaliyyətini asanlaşdırır. Göz yaşının gəlməsi, gözə iki cəhətdən lazımlı və faydalıdır. Birinci: Gözün səhifəsini yuyub, hava və toz-torpağın ora daxil olub göz səhifəsinin çirklənməsinin qarşısını alır.

Digəri budur ki, bu mayenin zidd-üfunət xasiyyəti olduğuna görə göz kürəsinin sağlam qalmasında böyük rolu vardır.

3. Kipriklər. Göz örtüklərinin ucunda, münəzzəm şəkildə düzülmüş toz-torpağın gözə girməsinə mane olur. Şiddətli nur müqabilində müqavimət göstərir və onun şiddətindən azaldır. Göz qapaqlarının yanında vəzilər var ki, göz qapaqlarını və kiprikləri yaxşı şəkildə saxlamaqdan ötrü maye ixrac edirlər. Bununla da, gözün suyu adi halda öz-özünə gözə tökülmür, həmçinin, göz qapaqlarının bir-birinə birləşdiyi vaxt insana əziyyət etməməsinə də tə`siri var.

4. zü rəkətə tirən əzələlər. Gözün əşyalardan asan və sür`ətlə şəkil götürməsinə görə və göz kürəsi çoxlu hərəkətləri ilə bu həyati vəzifəni yerinə yetirməkdən ötrü altı əzələ onun ətrafını tutmuşdur. Bununla da gözün müxtəlif cəhətlərə, yə`ni yuxarıya, aşağıya, sağa və sola, daxilə və xaricə hərəkətləri tə`min olunur.

5. Qaş. Gözlərin yuxarı pərdəsinin yuxarısında, münəzzəm şəkildə tüklər dəstəsi bitmiş, gözəllik əlamətindən əlavə, tərin gözün içinə düşməsinin də qarşısını alır. Həmçinin, nurun, xüsusilə yuxarı tərəfdən gözə düşən nurun şiddətini azaldıb orta səviyyədə olmasına çox böyük tə`sir edir.

GÖZ KÜRƏSİNİN TƏBƏQƏLƏRİ


Göz təbəqələri xaricdən daxilə tərəf üç dəri ilə vücuda gəlmişdir:

1. SƏLBİYYƏ


Bu, gözün bütün qismətini örtmüş möhkəm və ağ bir pərdədir. Bu pərdə çox zərif olub, qalınlığı bir millimetrdən çox olmur. Nisbətən çox möhkəmdir. Ona görə də gözün kürəsini qorumaq vəzifəsindən çox asanlıqla gəlir.

Şəkilçəkən aparatın qarşıda dairəvi xırda gözlüyü və həssas şüşəsi olub, onun daxilində qərar tutduğu kimi, gözün də möhkəm bir cildi var ki, daxilində çox zərif və həssas bir əza yerləşir. Bu pərdədən görünən miqdar, həmin gözün ağıdır. Həmçinin, qarşı tərəfdə bu ağlıq, bir qədər irəli çıxmış nazik və şəffafdır. Bununla da, bu qismət “səlbiyyə" pərdəsinin doqquzda biri qədərdir. Elmi termində ona, “qərniyyə "deyilir. “Səlbiyyə”nin arxasında, gözün kürəsinə daxil olan görmə əsəb sistemi qərar tutur. Bu zərif pərdə tibbi terminlərdə “göz qabı" adlanır. O qədər möhkəmdir ki, yalnız, bıçaqla möhkəm vurmaqla parə ola bilər. Həkimlər cərrahiyyə zamanı burda iti bıçaqdan istifadə edirlər.


2. MÜŞƏYMİYYƏ


O, nazik və zərif bir pərdə olub “səlbiyyə" örtüyünün daxilini tamamilə örtür. Çoxlu damarları var. Onun əssas vəzifəsi gözün qidalanmasını tə`min etməkdir. Uşaqlıq pərdəsinə oxşar olduğuna görə ona “müşəymiyyə" deyirlər.

Bu pərdənin ön qisməti, “ənbiyyə"adlanır. Surət və rənginə görə fərqlidir. Yə`ni, surət cəhətdən enli və uzundur. Belə bir şəkildə olması səbəb olur ki, gözün bu qisməti “zülaliyyə"adlı maye ilə dolu olsun. Rəng cəhətdən çox vaxt qara olur. Bu da gözün qarasını təşkil edir. Bə`zilərində yaşıl və göy vücuda kimi gözə dəyir. "Ənbiyyə" qismətinin ortasında təxminən, 3-6 millimetrdə olan “mərdumək" adlı deşik vardır. Bu deşiyin ağzının genişliyi nurun müqabilində az və çox olması ilə fərqlənir. Yə`ni, nur nə qədər şiddətli olsa, ağız yığılır və nə qədər zəif olsa, ağız genişlənir. Özü tənzimlənən bu əməllə, nurun gözə hansı miqdarda daxil olması müəyyənləşir. Əslində, fotoaparatın diafraqması kimidir. Fərq budur ki, bu əməl, gözdə öz-özünə tənzim olunur. Əllə tənzimləməyə ehtiyac yoxdur. Bu deşik, ona görə “mərdumək" adlanır ki, iki nəfər bir-birinin müqabilində durduqda, gözlərinin içində bir-birinin şəkillərini görürlər. İnsanda “mərdumək" girdə olub, həmişə qaradır. Çünki, onun arxasında qaranlıq mühit var. Lakin, heyvanlarda müxtəlif rənglərdədir.


3. ŞƏBƏKİYYƏ


"Şəbəkiyyə", “müşəymiyyə" pərdəsinin arasında olub, lətif və həssasdır. Pəncərəyə oxşar olduğuna görə ona bu adı veriblər. Şəbəkiyyə, əsəb pərdəsidir. Yə`ni, görmə əsəb sistemlərinin ardına birləşib və məğzə bağlıdır. Arxa qismətində, iki müşəxxəs nöqtə var. Birincisi, gözün görmə əsəb sistemlərinin daxil olduğu kor nöqtə, ikincisi, sarı rəngli “sarı ləkə"adlı yumurtavari nöqtə. Əşyaların şəkli əvvəlcə bu nöqtənin üzərində öz əksini tapıb sonradan oradan məğzə ötürülür.

GÖZÜN KÜRƏSİNİN ŞƏFFAF MÜHİTLƏRİ


Gözün kürəsinin bir neçə qisməti var ki, nur ordan keçib nəticədə, cismlərin şəklini şəbəkiyyədə olan sarı ləkənin üzərinə salır. Bu mərhələlər aşağıdakılardan ibarətdir:

1. ZÜLALİYYƏ


Qərniyyə və ənbiyyə arasındakı fəza təxminən, 3-4 millimetr həcmində olub, maye və zülalla doludur. Ona görə də bu qismətə zülaliyyə deyilir.

Bildiyimiz kimi işıq qanunlarından biri odur ki, işıq, nazik mühitdən qalın mühitə keçdikdə dəyişir. Bu dəyişikliyə “nurun sınması" deyilir. Həmin qanuna əsasən, həcmi az olan yerdə olan nur, belə bir nisbətən qalın yerə düşdükdə, yə`ni, zülalın içinə düşdükdə, “işıq sınması" alınır. Bu da şəklin şəbəkiyyəyə verilməsini hazırlayır.


2. CİLDİYYƏ


Gözün qarası adlanan bu üzv, camid və şəffaf olub, adi mikroskoplara oxşayır. 1,4 millimetr olmaqla, gözün ikinci pərdəsinin, yə`ni, ənbiyyə pərdəsinin arxasında qərar tutmuşdur. Mərkəzi qisməti ətraf tərəflərdən möhkəmdir. Üzünü şəffaf pərdə örtmüşdür. Həmçinin, ətrafında onun şəklinin dəyişməsinə səbəb olan əzələlər yerləşmişdir.

Bu üzvün, gözə düşən işığın sınması və cisimlərin şəklini sarı ləkənin üzərinə verməsində mühüm rolu vardır. Çünki, bütün şəkillər müəyyən bir nöqtəyə düşməlidir. Başqa tərəfdən bilirik ki, bütün cismlər gözün qarası ilə eyni fasilədə olmayıb əksinə, bə`ziləri yaxın, bə`ziləri isə uzaqdırlar. Bu halətdə gözün qarası, cisimlərin yaxın və uzaqlığını tənzimləyib uyğun şəkildə şəbəkiyyəyə ötürür. Uyğunlaşdırmaq adlanan bu əməl, asanlıq və qəribə sür`ətlə baş verir.


3. ZÜCACİYYƏ


Şəffaf maddə olub, gözün kürəsinin içini tam şəkildə doldurur. Gözün qarasının arxasında yerləşir. Hər tərəfdən şəffaf dəri ilə örtülmüşdür. Bu üzvün də işi, işığın sınması və cisimləri uyğun şəkildə sarı şəbəkiyyəyə verməsidir.

GÖZÜN ŞƏKİL ÇƏKƏN APARATLA OXŞARLIĞI


Fiziki cəhətdən şəkil çəkənlə göz arasında oxşarlıq vardır. Şəkil çəkəndə, təsvir ölçülər vasitəsilə lentin üzərinə cəm olunur. Gözün bə`zi əzaları da ölçü kimi əşyaların təsvirini sarı şəbəkiyyə üzərinə cəmləşdirir.

Şəkil çəkən aparatda, ölçü vasitələrini irəli və geri verməklə dəyişmək olar və bununla təsviri aydın salmaq olar. Gözdə də, pərdələrdə dəyişiklik etməklə təsviri şəbəkiyyə üzərinə aydın salmaq olur.

Aparatın diafraqması və gözün ənbiyyə hissəsi, nurun şiddətinin tənzimlənməsində müştərəkdirlər. Nəhayət, istər şəkil çəkəndə, istərsə də gözdə, əşyanın şəkli düşür. Məğz, qismən gözə düşmüş şəkli düzəldib, nəticədə, əşyanı olduğu kimi görməkdə bizə kömək edir.

GÖZÜN FİZİOLOJİ QURULUŞU


Görmək üçün əşyaların şəkli gözün şəbəkiyyə qismətinə düşür. Bu da gözün görməklik sisteminin hərəkətə gəlməsinə səbəb olur. Əsəb dalğası, görmək əsəb sistemləri vasitəsilə məğzə yetişir və orada dərk olunur. Nurun tənzim olunması, refleks vasitəsilə olur. Bu refleks, nurun şiddəti və əşyanın fasiləsinə nisbət gözün xırda mexanizmini kiçik və böyük edir. Çox işıqda göz mexanizmi xırda, az işıqda isə böyük olur.

GÖZ XƏSTƏLİKLƏRİ


Təbii halda əşyaların təsviri gözün şəbəkiyyəsinin üzərinə düşür. Bə`zən əşyanın təsviri şəbəkiyyənin üzərinə düz düşmür. Qabaq yaxud, arxa qismətə düşür. Əgər əşyanın təsviri şəbəkiyyənin əvvəlinə düşərsə, göz yaxın görən və əgər onun arxasına düşərsə göz uzaq görən olur.

Bə`zi göz xəstəliklərindən: Mirvarid suyu, ratarakt, kədurət qərniyyə, göz vərəmi və s. adlarını qeyd etmək olar.


GÖZÜN YAXIN GÖRƏNLİYİ


Göz, o vaxt yaxın görən olur ki, qərniyyə və göz qarası ilə fasilə, adi haldan çox və ya göz qarası ilə göz şəbəkiyyəsindəki fasilə, təbii haldan çox olmuş olsun. Yaxud, göz qarasının qüdrəti həddən çox olmuş olsun. Bu cür hallarda, əşyanın təsviri göz şəbəkiyyəsindən qabaqda görünür.

UZAQ GÖRƏNLİK


Uzaq görənlik, o halətdir ki, yaxın görməkliyin əksinə olsun. Yə`ni, qərniyyə təbəqəsinin fasiləsi, gözün qarası ilə az olsun. Yaxud, gözün qarasında zəiflik olsun. Bu zaman əşyaların təsviri şəbəkiyyə sisteminin arxasında qərar tutur. Yaşlı halda çox vaxt göz, uzaq görən olur. Ona görə də bu eybi, "göz qocalığı" adlandırırlar. Göz qocalığında göz getdikcə öz qüvvəsini əldən verir və şəbəkiyyə üzərində təsvirləri cəmləşdirməyə qüdrəti olmur. Təxminən, bir metrə yaxın məsafədən əşyanın şəkli göz şəbəkiyyəsinə uyğun şəkildə düşmür. Beləliklə, göz qocalığında əşyanı bir metrdən az məsafədə görmək olur. Ondan uzağı görməkdən ötrü, münasib vasitədən kömək almaq lazımdır.1

Gözün fiziki quruluşu ilə tanış olduqdan sonra indi də onun şər`i dəyərinə diqqət edək.


GÖZÜN ŞƏR`İ CƏHƏTDƏN DƏYƏRİ


İmam Xomeyni özünün "Təhrirul-vəsilə" kitabında yazır:

“İki gözün qanbahası, insanın tam qanbahası qədərdir. Onların hər birisi, tam qanbahasının yarısıdır. Bu məsələdə fərq etmir ki, gözü torlu görən olsa və ya gözü çəp olub, iki-iki görən olsa, balaca göz olsa, gecə yaxşı görüb gündüz kor olsa, gecə kor olsa, gözü xəstə olsa, bütün bunlar qanbahasında sağlam göz hökmündədir.

Əgər qaranlıqda, onun gözündə ağlıq olsa və bu ağlıq görmə qabiliyyətinə zərər yetirməsə, tam qan bahası var. Əgər bu hal görməkliyə tə`sir etsə, o qədər də qan bahasından əskilir. Bu o haldadır ki, müəyyən olunmaq qabiliyyəti olsun. Əgər müəyyən oluna bilməsə, onda "ərş"var. Yə`ni, sağlam və eybli gözlə fərqi hesablanmalıdır.”1

“Məbani təkmilətil-minhac"kitabında, qan bahası barəsində yazır:

“İki gözün qan bahası, insanın qan bahasıdır."Bu cümlənin izahında yazır: Əshab arasında bu məsələdə ixtilaf yoxdur. Bəlkə də, Şeyx Tusi və İbni Zöhrə, şiə alimlərindən qeyriləri arasında da ixtilaf olmadığını iddia etmişdirlər. “Məmalik" kitabında bu məsələdə “icma"iddiası olunmuşdur. O cümlədən rəvayətlərdən sənəd kimi Əbdullah İbni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

İnsanın bədənində r nə tdürsə, r biri üçün insanın qanbahasının yarısı qədərdir.”

Sonra cümləni, göz haqqında bu cümlə ilə davam etdirir:

Onların r birisində, insanın yarım qanbahası qədərdir. Bunda, sağlam və qeyri-sağlam zün arasında fərq yoxdur.”

Ayətullahil-uzma Gülpayiqani, bir qızın gözünün kor olması sualına cavabında buyurur:

Qadının bir zünün qanbahası, kamil bir qadının qan bahasının yarısı qədərdir.”2

Bəli! İnsanın iki gözünün dəyəri, bütün bədəninin dəyəri qədərdir.


  1. Yüklə 21,47 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin