İSLAM PEYĞƏMBƏRİNİN (S) MƏKKƏNİN FƏTHİNDƏKİ ƏFVİ
Hicrətin səkkizinci ilində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Məkkəni nizami cəhətdən mühasirəyə aldıqda, "Məscidül-Hərama" gəlib, “Həcərül-Əsvədi" öpür və bu ayəni oxuyur:
"Haq gəldi, batil getdi. Həqiqətən, batil gedəsidir!" Göstəriş verir ki, bütün bütləri sındırsınlar. Sonra "La ilahə illəllah vəhədhu lə şərikə ləh "– şüarını oxuyur. Məkkə əhlinə xitab edərək buyurur: "Özünüz barəsində nə deyirsiniz? Nə fikirləşirsiniz?" Dedilər: “Xeyir söz deyirik. Sizin barənizdə yaxşı gümandayıq. Kərim qardaş və kərim qardaş oğlu ki, indi qalibsən!"
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Mən bu gün sizə qardaşım Yusifin dediyini deyirəm: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir!“1 Sonra buyurur: Sizin hamınızı intiqamdan azad etdim!
İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) tam qüdrəti var idi ki, Məkkə əhlini etdikləri cinayətlərə görə tamamilə məhv etsin. Lakin, bir neçə nəfər ağır cinayətə mürtəkib olan şəxslərdən başqa hamını azad edir.2 Bu barədə əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:
"Tam qüdrət olan yerdə, əfvin fəzilət və dəyəri zühur edir! "3
Həzərət həmin mətləbə işarə edir ki, bağışlamaq o yerdə ünvanlanır ki, tərəfin intiqam almağa tam qüdrəti olmuş olsun. Yoxsa, intiqama qüdrəti olmayanın bağışlamaqdan başqa çarəsi yoxdur. Həzrət başqa cümlədə buyurur:
“Ən yaxşı əfv, o əfvdir ki, qüdrət və qüvvədən sərçeşşə alsın! “4
"Nəhcül-Bəlağə “də qısa kəlmələr qismətində buyurur:
"Düşməninə qələbə çalarkən əfv və bağışlamağı, qələbə ne`mətinə şükür qərar ver! “5
Bəli! Azad insanların böyük ruhiyyələri belə tələb edir ki, intiqam almağa tam qüdrət və qüvvələri olan halda, igidlik və mərdliklə qarşı tərəfi bağışlayıb onda batini dönüş yaratsınlar.
49. MİLLƏTİN HAQQI
وَأمّا حَقُّ أَهْلِ مِلَّتِكَ عَامَّةً فَإضْمَارُ السَّلامَةِ وَنشْرِ جَنَاحِ الرَّحْمَةِ وَالرِّفْقِ بمُسِيئِهمْ وَتأَلُّفُهُمْ وَاسْتِصْلاحُهُمْ وَشُكْرُ مُحْسِنِهِمْ إلَى نفْسِهِ وَإلَيْكَ، فَإنَّ إحْسَانهُ إلَى نفْسِهِ إحْسَانهُ إلَيكَ إذا كَفَّ عَنْكَ أَذاهُ وَكَفَاكَ مَئونتَهُ وَحَبَسَ عَنكَ نفْسَهُ فَعَمِّهِمْ جَمِيعًا بدَعْوَتِكَ وَانصُرْهُمْ جَمِيعاً بنُصْرَتِكَ وَأَنزَلتَهُمْ جَمِيعاً مِنْكَ مَنَازِلَهُمْ، كَبيرَهُمْ بمَنْزِلَةِ الْوَالِدِ وَصَغِيرَهُمْ
بمَنْزِلَةِ الْوَلَدِ وَأَوْسَطَهُمْ بمَنْزِلَةِ الأَخِ. فَمَنْ أَتاكَ تَعَاهَدْتَه بلُطْفٍ وَرَحْمَةٍ. وَصِلْ أَخَاكَ بمَا يَجِبُ لِلأَخِ عَلَى أَخِيهِ.
“Ümumiyyətlə, millətinin sənin boynunda haqqı odur ki, qəlbinin dərinləyində onların səlamətçiliyini istə, rəhmət və mərhəmət qanadını onlara aç. Pisləri ilə güzəştlə rəftar edib, onlarla ünsiyyətdə ol və islah olmalarını istə. Onlara, özlərinə və sənə yaxşılıq etdiklərinə görə təşəkkür et. Onların özlərinə yaxşılığı, sənə yaxşılığı kimidir. Çünki, sənə əziyyət verməkdən çəkinib, zəhmətə salmayıblar. Onların hamısına dua et. Öz köməkliyinlə, onların hamısına köməklik göstər. Hər birinə özünə görə məqamına ehtiram et. Onların böyüklərini öz atan, kiçiklərini öz övladın kimi tanı. Orta yaşlılarını öz qardaşın bil. Hansı yanına gəlsə, ondan rəhmət və mərhəmətlə əhvalını soruş. Qardaşınla qardaş hüququ kimi rəftar et! "
Dostları ilə paylaş: |