AYAĞIN HAQQI
وَأَمَّا حَقُّ رِجْلَيْكَ فَأَنْ لا تَمْشِي بهِمَا إلَى مَا لا يَحِلُّ لَكَ وَلا تَجْعَلْهُمَا مَطِيَّتَكَ فِي الطَّرِيقِ الْمُسْتَخِفَّةِ بأَهْلِهَا فِيهَا فَإنَّهَا حَامِلَتُكَ وَسَالِكَةٌ بكَ مَسْلَكَ الدِّينِ وَالسَّبْقُ لَكَ، وَلا قُوَّةَ إلا بالله.
“İki ayağının haqqı odur ki, onlarla, sənə rəva olmayan yerlərə qədəm götürmə. Onlarla, yol gedənin abır-həyasını aradan aparacağı yerə getmə. Çünki, onlar səni həml edirlər və səni dinə tərəf aparırlar. Sənin qarşıya getməyinə səbəb olurlar. Allahdan başqa heç bir güc-qüvvə yoxdur!”1
Qur`ani-Kərimdə, "ricl" (ayaq) kəlməsi çox işlənib. Buyurur: “Ayağınla qədəm at və yol yeri.”2
"Ricl" sözünün cəm şəkli, "ərcul" vəznində olur. "Ə`raf" surəsinin 195-ci ayəsində buyurur: "Məgər onların yeriyən ayaqları var?"
Həmçinin, Qur`anda, yol yeriyərkən iki ayaq arasındakı fasilə mə`nasını bildirən "xutvə" və qədəm mə`nasında olan “xətvə" kəlməsindən istifadə edib. Birinci kəlmənin cəm şəkli, “xutuvat”, ikinci kəlmənin cəm şəkli isə "xətəvat" kimi işlənilir.3 Qur`an buyurur:
“Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir.”4
Şeytanın izinə düşmək, ona tabe olmaq deməkdir. Yə`ni, Şeytanın vəsvəsə və dəğdəğələrnə tabe olmaq. Həqiqətdə, yol getməkdə tabeçilik odur ki, tabe olan, ayağını tabe olunanın ayaq izinin yerinə qoysun və onun kimi yol getsin. Bu kəlmə (xutuvat), cəm şəklində Qur`anda beş yerdə gəlmişdir: Bəqərə surəsi, 168-208-ci ayələr; Nur surəsi, 21-ci ayə; Ən`am surəsi, 142-ci ayə. Bütün bunlarda məqsəd, insanın öz həyatında, Şeytanın həva-həvəslərinə tabe olmayıb, Peyğəmbərlər vasitəsi ilə nişan verilmiş doğru, düzgün və məntiqi yolla getmələrinə təşviqdir.1
ALLAHIN XALİS BƏNDƏLƏRİ NECƏ YOL GEDİRLƏR?
Allah-taala "Furqan" surəsində, xüsusi bəndələrdən (ibadur-rəhman) on iki xüsusiyyət zikr edir və onlardan birincisi belə bəndələrin yol getməsidir. Buyurur:
“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzərlər.”2
MƏSDƏRİN İŞ GÖRƏN MƏ`NASINDA İŞLƏNMƏSİ BURADA TƏ`KİD ÜÇÜNDÜR
Yə`ni, sanki onlar eyni təmkin və təvazökardırlar.3 Bəli! Allahın xalis bəndələrinin ilk xüsusiyyəti, təkəbbür, qurur və özbaşınalığı inkar edib, insanın bütün əməllərində hətta, yol yeriməyində də təvazökarlıq izhar etməsidir. Çünki, əxlaqi xüsusiyyətlər həmişə özünü insanın əməlləri, sözləri və hərəkətləri arasında nişan verir.
ALLAHIN BU MÖVZUDA PEYĞƏMBƏRƏ MÜHÜM GÖSTƏRİŞİ
Allah-taalanın, Peyğəmbərə göndərdiyi mühüm göstərişlərdən biri budur ki: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki, sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.”4
Bu ayə işarə edir ki, məğrur təkəbbürçülər yol yeriyərkən ayaqlarını yerə möhkəm vururlar. Bununla da, əhalini öz yol yeriməkliklərindən agah edirlər. Başlarını yuxarı tuturlar ki, öz üstünlüklərini başqalarına göstərsinlər. Qur`an belə şəxsə buyurur: Sən ki, ayağını yerə vurursan, yeri yara bilərsənmi? Sən bu böyük yer üzündə zərrəyə bənzəyirsən. Başını niyə yuxarı tutursan, məgər başın dağlara çatarmı? Öz boyunu ən azı bir neçə santimetr ucalda bilərsənmi?
Bə`zi şəxslərin belə hala düşmələrinin səbəbi odur ki, özlərini unudub, təkəbbürlük bəlasına mübtəla olublar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan maraqlı bir hədisdə oxuyuruq:
"Günlərin birində küçədən keçirmiş. Bir nəfər dəli özünün gülünc əməlləri ilə əhalinin diqqətini özünə cəlb etmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əhalini özlərini anmağa də`vət edib buyurdu: Əsl dəlinin kim olduğunu sizə tanıtdırımmı? Hamı sakit olub bütün vücudları ilə qulaq asırdılar. Buyurur: O kəs ki, həmişə o tərəf bu tərəfinə baxa-baxa, təkəbbür və qürurla yol gedər. Çiyni ilə ətraflarını hərəkətə gətirər. (Özündən başqasını görməz və fikri özündən yuxarı olmaz) O kəs ki, əhalinin ondan xeyir iş baş verməsinə ümidi yoxdur və şərrindən də amanda deyillər. Əsl dəli, odur. Amma bu gördüyünüz, təkcə bir xəstədir.”1
Yol yeriyərkən təvazökarlıq bu demək deyil ki, yorğun, yavaş-yavaş qədəm atasan. Əksinə, təvazökarlıqla yanaşı, addımlarını möhkəm, ciddi və qətiyyətlə atmalısan!
İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-NİN YOL YERİMƏSİ
"Məkarimul-Əxlaq" kitabında, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yol getməsi"barəsində xüsusi ünvanda bəhs olunub. Orada rəvayətlərdən birində oxuyuruq:
“Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, tələsik olmayan halda sür`ətlə qədəm götürərdi. Sanki, üzü aşağı yol gedirdi. Ondan əvvəl və ondan sonra belə yol yeriyən görmədim.”2
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səhabələrindən biri nəql edir: “Mən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən sür`ətlə yol gedən görmədim. Sanki, yer ayağının altında cəm olmuşdu. Biz zəhmətlə özümüzü ona yetirirdik. O isə əhəmiyyət vermirdi.”1
İbni Əbbas nəql edir: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, yol getməsi nə halsız və tənbəllər kimi nə də aciz və natəvanlar kimi idi.2
LOĞMANIN YOL GETMƏK BARƏSİNDƏKİ VƏSİYYƏTİ
"Loğman" surəsində, Loğmanın oğluna etdiyi sifarişlər içində gələn cümlələrdən biri budur:
“Yer üzündə qürurla yol getmə. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.”3
Sonrakı ayədə yol yeriməyin qaydasını bəyan edir: “Yerişində müvazinəti gözlə (nə çox yeyin, nə də çox asta get).”4
Hədislərdən birində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur, buyurur:
“Hər kim yer üzündə qürur və təkəbbürlə yol gedərsə, yer, yerin altındakılar və yerin üzərində olanların hamısı ona lə`nət deyərlər.”
Şeyx Səduqun "Əmali" kitabında, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in "nəhy etdikləri" bölməsində nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) məğrurcasına və təkəbbürcəsinə yol getməyi nəhy edib, buyurur: Hər kim libas geyinib onunla təkəbbürlənsə, Allah-taala onu Cəhənnəmin kənarındakı yerin təkinə atar və Qarunun yoldaşı olar. Çünki, (insanlar arasında) ilk qürur və təkəbbürün əsasını qoyan o olmuşdur. Allah, onu evi ilə birlikdə yerə batırıb həlak edər.5
Həmçinin, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə oxuyuruq:
“Allah, imanı insanın əzalarına vacib edib, onların arasında bölmüşdür. O cümlədən, insanın ayaqlarına günaha tərəf getməməyi və Allahın razılığı yolunda qədəm götürməyi vacib etmişdir.”1
QİYAMƏTDƏ ŞAHİDLƏR
Allah-taala Qur`ani-Kərimdə buyurur:
“Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində, onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.”2
"Nur" surəsinin 24-cü ayəsində oxuyuruq:
“Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”
Əzaların necə danışması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyyələr var:
1. Allah-taala, o gün hər bir əzada şüur, dərk və söz danışmaq qüdrəti yaradacaq. Onların hamısı doğru danışacaq. Heç bir təəccüb yeri də yoxdur! Bu qüdrəti, dil adlı bir tikə ətdə yaradan, başqa əzalarda da yarada bilər.
2. Onların şüur və dərki olmayacaq. Lakin, Allah onları danışmağa məcbur edəcək. Əslində, əzalar danışığın zühur etdiyi yer olacaq. Allahın əmri ilə həqiqətləri aşkar edəcələr.
3. Hər bir insanın əzaları, ömrü boyu etdiyi əməllərin tə`sirini özündə saxlayacaqdır. Çünki, bu kainatda heç bir əməl məhv olub birdəfəlik aradan getmir. Bu tə`sirlərin zühuru, onların şəhadəti mə`nasındadır. Bu ifadə, gündəlik danışıq və ədəbiyyatçıların sözündə də çox işlənilir. Məsələn deyirlər: “Gözün sənin yuxusuzluğuna şəhadət verir.”3
Şair demişkən: “Rəngi-rüxsarın, batini sirrindən xəbər verir!”
MÖ`MİNLƏRİN HACƏTLƏRİNİ YERİNƏ YETİRMƏK YOLUNDA QƏDƏM ATAQ!
İmam Səccad (əleyhissalam) ayağın haqqı barəsində buyurur: Ayağınla haram olunmuş yerlərə getmə və sənin alçalıb abır-həyanın getməyinə səbəb olan yolda qədəm götürmə. Çünki, bunlar insanın qiymətsiz olmasına səbəb olar. Əgər özümüzə qiymət vermək istəyiriksə, Allahın mö`min bəndələrinin hacətlərini yerinə yetirmək yolunda qədəm götürək.
İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
"Hər mö`min, mö`min qardaşının hacətini yerinə yetirmək yolunda qədəm götürsə, Allah-taala onun hər bir addımına görə bir ehsan yazar və bir günahını pozar. Bu da onu uca məqama qaldırar! "
"Məkarimul-Əxlaq" kitabının nəql etdiyinə görə İmam Səccad (əleyhissalam) buyurur:
“Ayağınla Siratın körpüsündə duracaqsan. Bax ki, ayağın titrəməsin və səni atəşə atmasın!”
İNSANLARIN CƏHƏNNƏMƏ DAXİL OLMASI
Allah-taala, “Məryəm" surəsinin 71-72-ci ayələrində bu mövzuda belə buyurur:
“Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə daxil olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada diz üstə çökmüş halda saxlayacağıq.”
Bu iki ayənin təfsirində, təfsirçilər arasında müxtəlif fikirlər var. Yə`ni, ayədə Cəhənnəmə daxil olmaqdan məqsəd nədir? Bə`zi müfəssirlər mö`təqiddirlər ki, Cəhənnəmə daxil olmaq, yaxşı və pis insanların Cəhənnəmə yaxınlaşması və onun üzərində durması mə`nasındadır. Sonra yaxşılar azad olub, pislər Cəhənnəmə düşəcəklər. Bu mə`nanı “Qəsəs"surəsində Musa (əleyhissalam) barəsində olan ayə ilə istidlal edirlər. Buyurur:
"Musa, Mədyən kənarındakı bir quyuya çatanda"“1
Əksər müfəssirlərin onu ixtiyar etdikləri ikinci təfsir odur ki, “Cəhənnəmə daxil olmaq”, ona yaxınlaşmaq mə`nasında deyildir. Bəlkə də, həmin Cəhənnəmə girmək mə`nasındadır. Əslində bütün insanlar Cəhənnəmə daxil olacaqlar. Lakin, mö`minlər nicat tapıb, müşriklər, uyğunluqları olduğuna görə atəşdə qalacaqlar. Bu sözü, ayənin sonundakı : “Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada dizi üstə çökmüş halda saxlayacağıq.”-ifadələri tamamilə təsdiq edir. Bundan əlavə, ayənin təfsiri haqqında gələn rəvayətlər də həmin mə`nanı təsdiqləyir.
O cümlədən, Cabir ibni Abdullah Ənsaridən belə nəql olunur ki: “Bir nəfər bu ayənin mə`nası barəsində ondan soruşur. Cabir iki barmağı ilə iki qulağına işarə edib buyurdu: Bu iki qulağımla İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu mətləbi eşitmişəm. Əgər yalan deyirəmsə, hər ikisi kar olsun! İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Ayədəki "varid"sözü , "daxil olmaq" mə`nasındadır.
Atəş, İbrahim peyğəmbərə olduğu kimi mö`minlər üçün də bu zaman soyuq və sağlam olacaq. O vaxta kimi ki, atəş və ya Cəhənnəm (Cabir tərəddüdlə deyir) soyuqdan fəryad çəkəcək. Sonra Allah pərhizkarlara nicat verib, zalimləri zəlilcəsinə atəş içində saxlayacaq.”1
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən başqa hədisdə oxuyuruq:
“Qiyamət günündə atəş, mö`min şəxsə deyəcək: Məndən tez keç ki, nurun mənim şö`ləmi söndürür.”2
Bu mə`naya, Siratın körpüsü barəsində rəvayətlərdəki, Cəhənnəmin üstündən çəkildiyini, tükdən nazik və şəmşirdən iti olacağı da şahidlik edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan bir hədisdə oxuyuruq, buyurur: "İnsanların hamısı Cəhənnəmə daxil olacaq. Sonra əməllərinin hesabına görə oradan çölə çıxacaqlar. Bə`ziləri işıq kimi, sonra ondan az sür`ətli külək kimi, bə`ziləri şiddətli qaçan kimi, bə`ziləri səvar olub yol gedən kimi, bə`ziləri tez-tez gedən şəxs kimi, bə`ziləri də adi halda yol gedən kimi atəşdən xaricə çıxacaq.3
AYAĞIN XİLQƏTİ VƏ FİZİKİ QURULUŞU
Beldən aşağı insanın bədəni, bud və baldır və ayaqdan təşkil olunmuşdur. Bel, insanın bütün aşağı qisməti ilə yuxarı qismətini bir-birinə bağlayır. Bel, oturacaq sümüyünün axırı, iki tərəfdə və qarşıdakı sümükdən təşkildir.
Arxadakı sümüklər qabaq sümüklərlə bir-birinə bağlanır. Bu sümüklər öz aralarında çökəklik yaradır və buna "long" çökəkliyi deyilir. Kəmərbəndə birləşən sümüklər ümumilikdə üç sümükdən ibarətdir: Oturacaq sümüyü, qabaq sümüklər, vərək sümükləri.
BUD SÜMÜYÜ
Bu sümük, təklikdə budun bənd sümüyünü təşkil edir. Yuxarı tərəfdən oturacaq sümüyü, aşağı tərəfdən isə baldır sümüyü ilə birləşmişdir. Bilmək lazımdır ki, bud sümüyü ayaq üstə durarkən daxilə tərəf təmayülli olur. Qadınlarda oturacağın geniş olduğuna görə bu sümüyün daxilə tərəf əyilməsi daha çoxdur.
Bud sümüyü, bədənin uzun sümüklərindən olub, bir tikədən və iki sonluqdan ibarətdir. Bud sümüyünün quruluşu üçbucağa oxşar və üç tərəflidir. Bud sümüyünün yuxarı tərəfinin özü iki qismətdən ibarətdir: Baş və boyun tərəf.
Bud sümüyünün baş qisməti, saf və kürəvi şəkildədir. Yuxarı, daxil və qarşı tərəf istiqamətindədir. Eni təxminən, 5sm. həddindədir. Bud sümüyünün baş tərəfi möhkəm xətlə oturacaq çökəkliyinə bağlıdır. Bu yolla, qan damarları bud sümüyünə gedir. Yaşlı şəxslərdə əgər bu bağlılıq pozulsa, ola bilsin qan çatışmamazlığı üzündən bud sümüyünün baş tərəfi aradan getsin. Boğaz qisməti nazik sümük olub, bud sümüyünün baş sümüyü özünə birləşdirir.
Bud sümüyünün aşağı sonluğu geniş şəkildə olub, aşağıdan baldır sümüyü ilə birləşir. Bu oynağa, diz oynağı deyilir. Diz sümüyünün quruluşu geniş olub, daxilində əsəb sistemi və damarlar yerləşir.
DİZ SÜMÜYÜ
Diz sümüyü, dairəvi şəkildə bədəndə olan ən böyük üçbucağa oxşar sümükdür. Bu sümük dizin qabağa əyilməsinə mane olur və diz oynağına bitişikdir.
AYAĞIN BALDIR SÜMÜKLƏRİ
Ayağın baldır sümükləri, iki uzun sümükdən təşkil olunmuşdur. Biri daxili tərəfdə, ikincisi isə xarici tərəfdə yerləşir. Bu iki sümük, yuxarı və aşağı qismətlərdə oynaq vasitəsi ilə bir-birinə birləşmişdir. Ancaq, qalan yerlərdə bir-birindən ayrıdırlar.
BALDIR SÜMÜYÜNÜN QALINLIĞI
Baldır sümüyünün qalınlığını bu şəkildə təsəvvür etmək olar ki, iki sonluq tərəfi olan sümükdən ibarətdir. Bu sümüyün qalınlığı o birisinə nisbətən çoxdur. İki çıxıntısı var. Yuxarı tərəfdən bud sümüyünün sonuna bitişik, aşağı tərəfdən isə ayağın oynağına bağlıdır.
BALDIR SÜMÜYÜNÜN NAZİK QİSMƏTİ
Bu sümük də nazik və uzundur. Baldır sümüyünün xarici tərəfində yerləşir. Bir quruluşu və iki başı var. Yuxarı baş qisməti, bud sümüyünə birləşmir. Lakin, o biri qalın sümüyün yuxarı tərəfi bud sümüyü ilə birləşir.
AYAQ SÜMÜKLƏRİ
Ayağın bənd sümükləri üç qismətdən təşkil olunmuşdur: 1-Ayağın oynaq sümükləri; 2-Ayağın alt sümükləri; 3-Ayağın barmaq sümükləri.
1. OYNAQ SÜMÜKLƏRİ
Ayağın oynaq sümükləri yeddi sümükdən ibarətdir. Bunların hamısı iki sırada qərar tutmuşdur. Aşağı qisməti iki qab və oturacaq sümüyüdür. Qabaq qismətində isə beş kiçik sümük var. Burada baldır sümüyünə birləşmiş qab sümüyünün quruluşunu zikr edirik.
QAB SÜMÜYÜ
Bu qısa sümük, yuxarıdan baldır sümüyünə, aşağıdan oynaq sümüyünə, qarşı tərəfdən isə ayaq oturacaq sümüyünə birləşmişdir.
Bu qısa sümük təklikdə ayaq çıxıntısını təşkil edir və qab sümüyünün altında yerləşir.
2. AYAĞIN ALTININ QÖVSÜ
Ayağın altının sümükləri tərtiblə düzülməklə ayağın altında əyrilik əmələ gətirmişdir. Yə`ni, ayağın altı, adi halətdə oturacaqlı deyil, bəlkə də qövsvari olub, ayağın altının orta tərəfi, ayağın arxa və qarşı tərəfindən yuxarıda qərar tutmuşdur. Bu qövslər ayağın eni və uzunu istiqamətindədirlər.
Onların məcmuəsi, ayaq üstə durarkən sıxıntıya düzümlü olub, yol gedərkən isə fənər şəklinə düşür. Bu qövslərin azalması elə bir halətə səbəb olur ki, ona ayağın taxtı deyilir.
3. AYAĞIN BARMAQ SÜMÜKLƏRİ
Ayağın barmaq bəndinin sümükləri əl sümüklərindən bir az qısadır. İki ayaq baş barmağı, ən uzundurlar. Hər barmağın üç bəndi var. Ayaq barmaqlarının sümükləri, əl sümüklərinin əksinə olaraq daxildən xaricə tərəf sayılır. Bu tərtiblə, birincidən beşinciyə qədər ayaq barmağı adlanır. Başqa sözlə desək, ayağın baş barmağını birinci barmaq adlandırırlar.
AYAĞIN ŞƏRİƏTDƏ DƏYƏRİ
Ayağın fiziki quruluşunu öyrəndikdən sonra, onun fiqhi dəyəri və şəriətdəki hökmü barədə bəhs edək. İmam Səccad (əleyhissalam) bu böyük ne`mət barəsində, ayağın işlərinin əxlaqi cəhətlərini xatırlatdı. Amma, insanın hərəkət və yol getməsinə səbəb olan bu üzvün nə qədər dəyəri var?
"Təkmilətül-minhac" kitabında belə yazılır:
“İnsanın iki ayağının kəsilməsi, tam bir insanın qanbahası qədərdir. Hər bir ayağın qanbahası isə insanın qanbahasının yarısı qədərdir. Bu işdə heç fərq yoxdur ki, ayaq oynaqdan, baldırdan yaxud, dizdən kəsilmiş olsun.”1
Ayaq barmaqlarının hamısının kəsilməsi də insanın tam qan bahası qədərdir. "Müxtəsərün-Nafe" kitabından oxuyuruq:
"İki ayağın kəsilməsi tam insanın qan bahası qədərdir. Onların hər birinin kəsilməsi isə insanın tam qan bahasının yarısına bərabərdir. İki ayağın həddi, ayağın baldırdan ayrılması yeridir. Ayağın barmaqlarının da hökmü, əlin barmaqlarının hökmündədir. (Necə ki, sonrakı bəhsdə gələcək.)
Dostları ilə paylaş: |