Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə18/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

HƏCCİN HAQQI



وَأَمَّا حَقُّ الحَجّ أَنْ تَعْلَمَ أَنّه وِفادةٌ إلى رَبّكَ، و فِرارٌ إليه من ذُنوبكَ وفيهِ قبولُ تَوبتِكَ وقَضاءُ الفَرضِ الَّذي أوجَبَه الله عَليك.

Həccin haqqı odur ki, biləsən, həcc Allaha tərəf seyrdir. nahlarından qaçıb Ona sarı gedirsən. Həcc vasitəsilə tövbən qəbul olur və Allahın sənə vacib etdiyivacib"əməli yerinə yetirirsən!”1

“Həcc" kəlməsi ərəbcədən əslində, “qəsd" mə`nasındadır. Ona görə də yola “məhəccə"deyilir. Çünki, insanı öz qəsdinə yetirir. Dəlilə və sənədə də “höccət" deyirlər. Çünki, mübahisədə “məqsədi" aydınlaşdırır. Lakin, İslamda olan bu xüsusi mərasimə “həcc" deyilməsi ona görədir ki, bu mərasimdə iştirak etmək üçün hərəkət edərkən “Allahın evini ziyarət etməyi" qəsd edirlər.

KƏ`BƏ, İLK EV


Qur`ani Kərim, “Ali İmran" surəsində buyurur:qiqətən, insanlar üçün ilk bina olunan ev (mə`bəd) Məkkədəki evdir ki, şübsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan r bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (h kəsə) möhtac deyildir!”2

Bu ev, ilk tövhid evi olub, yer üzündə ilk qurulmuş ibadət evidir. Ondan əvvəl heç bir mərkəzdə cəm şəklində Allaha pərəstiş olunmamışdır. İslam tarixi mənbələrindən mə`lum olur ki, Kə`bə evi ilk dəfə Adəm (əleyhissalam)-ın əli ilə tikilmişdir. Sonra Nuhun tufanında zədələnir və İbrahimin əli ilə təzədən bina olunur. İbrahimin, bu müqəddəs evi təzədən bina eləməsinin dəlili, Qur`anda İbrahimin dilindən deyilən bu sözlərdir. Buyurur:

Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə`zisini Sənin Beytül-ramının yanında, əkin bitməz bir vadidə sakin etdim.”1

Bu ayə şəhadət verir ki, İbrahim, körpə uşaqı və Hacərlə bu yerə daxil olarkən, Kə`bədən burada yalnız, əsər-əlamət varmış. Həmçinin, “Bəqərə" surəsinin 127-ci ayəsində oxuyuruq, buyurur:

Onu da yadına sal ki, İbrahim və İsmail Kə`bənin bünövrəsini ucaltdıqları zaman: Ey Rəbbimiz! Bu xeyirli işi Bizdən qəbul et! Sən doğrudan da (hər şeyi) eşidən və bilənsən! - deyə dua etdilər.”

Ayədən mə`lum olur ki, Kə`bənin əsası varmış. İbrahim və İsmail yalnız, Kə`bənin əsasını yuxarı hörürlər.

Həmçinin, həmin mətləb, əmirəl-mö`minin Əli (əleyhissalam)-ın “Qasiə" xütbəsində də aydın olur, buyurur:

Məgər rmürsünüz ki, pak və münəzzəh Allah, Adəmdən əvvəl və aləmin sonuna qədər insanları nə zərər və nə də xeyir verən daşlarla imtahan edir. Allah, o evi (Kə`bəni) rmətli və əziz edir. Sonra Adəmə və övladlarına stəriş verir ki, o evə tərəf üz tutsunlar.”2

Bütün bu ayələr və Əli (əleyhissalam)-ın bəyanından sonra bu məşhur tarix qəbul olunur. Kə`bə evi əvvəlcə, Adəmin əli ilə tikilir. Nuhun tufanında dağılır, sonradan isə İbrahimin əli ilə təzədən bina olunur.

KƏ`BƏNİN ÜSTÜNLÜKLƏRİ


Əvvəlcədən qeyd etdiyimiz kimi Qur`ani-Kərim aşkarcasına təsdiq edir ki, Kə`bə ilk tövhid evidir. İndi də bu evin üstünlüklərinə işarə edək:

1. “Mübarəkdir." Yə`ni, mə`nəvi və maddi cəhətdən çox bərəkətli və faydalıdır. Mə`nəvi cəhətdən, onun sayəsində həcc mərasimində vücuda gələn İlahi cazibələr, vəhdət, birlik heç kimə gizlin deyil. Amma maddi və yaşayış cəhətdən heç bir şəraiti olmayıb, quraqlıq, otsuz-ələfsiz olmasına baxmayaraq, tarix boyu həmişə böyük və gəliş-gedişli, hətta, tacirlərdən ötrü də mühüm mərkəz hesab olunmuşdur.

2. Aləmləri doğru yola yönəldəndir." Hətta, bütpərəstlər də bu evin hidayət yolundan bəhrələnmişlər.

3. “Aydın nişanələri vardır." Bu evdə, Allah-taaladan, Allah pərəstlikdən və tövhiddən aşkar nişanələr vardır. Düşmənlərin onu dağıtmaları müqabilində tarix boyu davam gətirməsi bu nişanələrdən biridir.

“Zəmzəm" quyusu, Səfa və Mərvə, Rükun, Hətim, Həcərül-əsvəd, Hicr-İsmailin hər birisi, böyük və əzəmətli xatirələri aydın edənlərdəndir. Hamısı Allahın aydın əlamətlərindəndir. Bildiyimiz kimi Kə`bə evinin hər bir dörd tərəfinə “Rukn" deyilir. “Həcərül-əsvəd”lə Kə`bə evinin qapısı arasındakı fasilə “hətim" adlanır. Bu yerdə, əhalinin izdihamı daha çoxdur və Adəm (əleyhissalam)-ın tövbə etdiyi yerdir. Həmçinin, “Hicr İsmail”, Kə`bə evinin şimal-qərb hissəsində qövsvari bir xüsusi yerdir.

Bu aydın nişanələrdən, “İbrahimin məqamı" ayədə xüsusi zikr olunur. Çünki, bura elə bir yerdir ki, Həzrəti İbrahim, Kə`bə evini bina etmək, yaxud, həcc mərasimini yerinə yetirmək və ya əhalini bu böyük mərasimə də`vət etməkdən ötrü durduğu yerdir.

4. Əmin evdir."Ayədə buyurur: “Hər kim ora daxil olsa, əmin-amanlıqda qalar!”

İbrahim (əleyhissalam), Kə`bə evini bina etdikdən sonra Allahdan, Məkkə şəhərinin əmin-aman bir yer olmasını istəyir. Buyurur: İlahi! Bu məmləkəti əmin-aman bir yer qərar ver!”

Allah-taala, İbrahimin duasını qəbul edir. Məkkəni əmin bir şəhər qərar verir. Dini və şər`i cəhətdən elə ehtirama malik edir ki, bu şəhərdə hər növ döyüş və mübarizə qadağandır. Hətta, heyvanlar da bu şəhərdə əmniyyətdədirlər və heç kəs onlara əziyyət edə bilməz. Hərəmin ətrafında ov etməyin ağır kəffarəsi vardır.


HƏCC, İLAHİNİN VACİB BUYURUĞUDUR


Hər bir müsəlmanın xüsusi şəraitə malik olması ilə ömründə bir dəfə həcc ona vacib olur. Əgər həyatda olarkən bu şəraitdə həcc yerinə yetirməmişdirsə, ölümündən sonra naib tutub yerinə yetirilməlidir. Din alimləri həccin vacib olmasını üç şəraitlə qeyd edirlər:

1. Bədənin bu əməli yerinə yetirməyə qüdrəti olsun.

2. Bu yolda ehtiyacı olan qədər malı olsun.

3. Həcc yolları açıq və xətərsiz olsun.

Əgər bu üç şərt ələ gəlsə, hər bir müsəlmana vacibdir ki, gedib həcc əməllərini yerinə yetirsin. Ayədə də həccin vacib olması bəyan olunmuşdur: Onun yoluna gücü çatan r bir kəsin həccə gedib o evi ziyarət etməsi, insanların Allah qarşısında borcudur.”1

Bu ayədə, həcci yerinə yetirmək əmri bütün insanlara aiddir. Ondan, insanların hamısının boynuna gələ biləcək borc və İlahi tələb kimi ad aparılmışdır. Çünki, ayədə buyurur: “İnsanların Allah qarşısında borcudur!”

Həmin ayədən mə`lum olur ki, həcc əməli müsəlmanlara məxsus deyildir. Bəlkə də, ayədəki “nas" (insanlar) kəlməsinə əsasən, hamının bu əməldə borcu vardır. İslamda belə bir tanınmış qanun var: Kafirlərin üsuliddinə inanmaları vacib olduğu kimi, füruiddinə də inanmaları vacibdir. (Doğrudur ki, bu iş baş vermir. Ancaq Qiyamətdə onlar buna görə sorğu-sual olunacaqlar)

Lakin, kafirlərdən həcc əməlinin qəbul olunması, İslam dinini qəbul etmələri ilə bağlıdır. Əgər İslamı qəbul etmədən həcc əməlini yerinə yetirərlərsə, bu zaman həccin həqiqi dəyəri əldən gedir və ona həcc deyilməsi də şübhə doğurur.2

İBNİ ƏBÜL OVCA VƏ ONUN ƏSASSIZ SÖZLƏRİ


Bir nəfər kafir olub, dinsiz adı ilə məşhur idi. Bununla yanaşı, pis danışıqlı və təhlükə yaradan söz ustası olub. Çox vaxt öz əsrinin alimləri ondan uzaq gəziblər.

Günlərin birində, İbni Əbül Ovca, Məscidül-həramda öz həmfikirləri ilə birlikdə həcc mərasiminə tamaşa edirlərmiş. İmam Sadiq (əleyhissalam)-da məscidin bir kənarında oturmuş, şiələr Həzrətin hüzurunda əyləşib həzrətdən şər`i suallar soruşurdular. İbni Əbül Ovcanın dostları ona deyir: İndi Cə`fər İbni Məhəmmədlə mübahisə etməyin münasib vaxtıdır. O da deyir: İndi həmin işi görəcəyəm! İmam (əleyhissalam)-ın hüzuruna gəlir və belə deyir:

“Ey Əba Abdullah! Şübhəsiz ki, məclislər əmanətdir. (Zahirdə İmam (əleyhissalam)-dan aman istəyir ki, küframiz sözləri camaatı qəzəbə gətirməsin) Hər kimin sinəsində toz-torpaq olsa və ona əziyyət versə, ixtiyarsız olaraq onu çölə tökməlidir. (Yə`ni, hər kimin qəlbində şübhəsi varsa və onu narahat etsə və suala ehtiyacı olsa, o şübhəni izhar etməkdən başqa çarəsi yoxdur) İcazə verirsiniz ki, sual edim? İmam (əleyhissalam) buyurdu: Bəli! O da tam cəsarət və həyasızlıqla belə dedi: “Nə vaxta qədər bu xırmanı döyəcəksiniz? Bu daşa pənah aparıb, daş və gildən tikilmiş evə pərəstiş edəcəksiniz? rküdülmüş dəvələr kimi o tərəf bu tərəfə qaçırsınız! r kim bu evin mərasim proqramı barəsində fikirləşsə, anlayar ki, bu elə bir işdir ki, stəriş verənin hikməti yoxdur. Sən bu işin başında və atan da bu işin binasını qoyandır. Mənə cavab verə bilərsənmi? "

Bu həmin batini çirkin dinsiz kişinin sözləridir. Belə şəxslər hər şeyə maddiyyat gözü ilə baxırlar. Bəli, kuzənin içində nə varsa, o da çıxar! İmam Sadiq (əleyhissalam) cavabında buyurur:

Allah-taala r kimi zəlalətə salsa, qəlb zünü kor edib qiqətləri dərk etmək fürsətini ondan alsa, Şeytan o kəsin hamisi və ixtiyarında olar. Nəhayətdə, Şeytan onu lakət sərçeşmələrinə atar və h vaxt oradan çıxa bilməz!"Sonra İmam (əleyhissalam) buyurur:

Allah-taala bu evi bəndələri üçün imtahan qərar verib və onlara bu evi ziyarət etməyi buyurub. Bununla da insanların ixlas, təslim və ibadətlərinin dərəcəsini ölçür. Bu ev peyğəmbərlərin qərargahıdır. Namaz qılanların qibləsidir. Yə`ni, nə daşa, nə də evə ibadət olunur. Bəlkə də, əsl mə`bud Allahdır ki, cismi və insanların canlarını yaradandır.”


HƏCC, İNSANLARIN RUHLARININ SEYRİDİR


Diqqət etmək lazımdır ki, həcc əməllərinin zahiri və bütün ibadətlər peyğəmbərlər və Allaha yaxın şəhslərin ruhi və mə`nəvi məqamlarının şərhidir. Allaha tərəf gedənlərin ruhlarından təhlil və təcziyədir. Bu mərasimdə, Allaha tərəf seyr edənlərin bəndəlik mənzillərini necə keçmələrindən söz açır və onların nəhayətdə, Allahın lütfünə necə nail olmalarını bəyan edir. Çünki, ibadətin həqiqəti, insanın ruhunun Allaha tərəf hərəkətindən ibarətdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

Namazın vacibliyi, həcc, təvaf və dir ibadət mərasimləri Allahı yada salıb zikr etməkdən ötrüdür. Əgər qəlb, əsl məqsədi Allahın əzəmət və heybətindən boş alarsa, bu vaxt quru dillə zikr və ibadət etməyin nə qiyməti var?”1

Beləliklə, həcc əməllərinin zahiri, insanın ruhunun bəndəlik mərhələlərini münəzzəm seyr etməklə və özünü dünyanın bütün meyl və bər-bəzəklərindən ayırmaq, nəfsin zülmət bataqlığından nicat tapıb aləmlərin Rəbbinin nuraniyyətinə qərq olmaqdır.

Əsl həcc, ruhda hasil olan hərəkətdir. Elə bir hərəkət ki, nəfsin cövhərində hasil olsun. Həccin hesabı, naqis təkamülün kamilə çevrilməsidir. İste`dadı, hazır işə çevirmək, xammalı hazırlaşdırmaq və ya dəmir filizi başqa bir qalibə salmaqdır. Bə`zilərinin fikirləşdiyi kimi həcc, oyun və başqatan əməl deyildir. Uşaq dərkinə bənzər bu mə`na hara, Allah yolunda mə`nəviyyatla səfər edib, dəyişənlərin əməlləri hara?

Malikiyyə məzhəbinin rəhbəri, Malik İbni Ənəs yazır: İllərin birində İmam Sadiq (əleyhissalam)-la həccə getdim. Ehram vaxtı atına minmişdi. Nə qədər istədi ki, “Ləbbeyk" desin, səs boğazında qət olub eşidilmədi. Mərkəbindən üzü aşağı düşdü. Dedim: Ey Allahın Peyğəmbərinin övladı! “Ləbbeyk" de! Onsuz da deməlisən! Buyurdu: Ey Əbu Amirin oğlu! Nə r r`ət edibLəbbeyk, Allahummə ləbbeyk”- deyim? Halbuki, qorxuram, Allah buyursun ki: Nə qəbul edirəm və nə də yol verirəm!”

Əgər insan, nəfsinin cövhərini islah edib, Kə`bə evinin ayağına qədər gedə bilsə, əli ilə “Həcərül-əsvəd”i təbərrük etsə, qəlbini Ərəfat dağının ətəyində yerləşdirə bilsə, ruhu Allahın “Məş`ərül-həramı”na gedə bilsə, yəqinlik bıçağı ilə həvayi-nəfsinin qoyununun başını kəsə bilsə, qayıdarkən göylərin yaqutu və mərcanı kimi olarsa, ona “hacı" demək olar. Yoxsa!!!


HƏCC VƏ GÜNAHLARIN BAĞIŞLANMASI!


İmam Səccad (əleyhissalam) həccin ikinci qismətində buyurur:

Həcc, insanın, günahlardan Allaha tərəf pənah aparmasıdır.”

İnsan həccdən qayıdarkən anadan təzə olmuş uşaq kimi günahları bağışlanar və günahlarının yükü boynundan götürülər. Bu barədə çoxlu rəvayətlər söylənilmişdir. Onlardan bə`zilərinə işarə edirik:

“İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: Səhrada yaşayan köçərilərdən birisi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə görüşür və Ona ərz edir ki, mən evimdən həcc niyyəti ilə çıxmışam. Lakin, bə`zi manelərə görə fürsət əldən çıxdı və həccə yetişə bilmədim. Mən sərvətli və var-dövlətli bir kişiyəm. Allahın hacıya verdiyi savabı necə almağı mənə öyrədin. Mən nə etməliyəm?

Həzrət onun üzünə baxıb buyurdu: Əbu Qubeys dağına bax! Əgər bu dağ qırmızı qızıl olsa və sənin olsa, onu Allah yolunda infaq etsəydin, Allahın hacıya verdiyi savabı ala bilməzdin!

Daha sonra buyurur: Hacı h bir rməmiş, lə özünü həccə hazırlaşdırarkən Allah ona on ehsan yazar və on nahını bağışlayar. Allah yanında məqamı yuxarı mərtəbəyə qalxar. mçinin, atına minib rəkət etməmişdən əvvəl, Allah min savabı yenə ona əlavə edər. Kə`bə evini təvaf etdikdən sonra bütün nahlarından xaric olar. Şeytana daş atdıqda nahları tökülər. Sonra İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bir-bir dayanacaq yerlərini sayır və buyurur: nahdan çıxar! Siz bu savaba ne çata bilərsiniz?1

İmam Sadiq (əleyhissalam) sonra buyurdu: Həccdən qayıdarkən dörd ay nahları yazılmaz. Böyük naha mürtəkib olmayınca ona ancaq savab yazılar.”

HƏCC VƏ ALLAHDAN BAŞQASINI ÇAĞIRMA!


İmam Səccad (əleyhissalam) eşidir ki, bir nəfər həccdə başqasına əl açır. Buyurur:Vay olsun sənə! Belə bir müqəddəs məkanda Allahdan başqasına əl açırsan? Halbuki, bu n Allahın rəhməti elə genişdir ki, ola bilsin, dağların qoynundakılar da bu ümumi rəhmətə aid olub, xoşbəxt və səadətli olsunlar.”1

Mərhum Feyz Kaşani, bu hədisin şərhində buyurur: Hər bir şeyin xoşbəxtliyi öz halına uyğundur. Beləliklə, dağların qoynundakıların səadəti ola bilsin, bu olsun ki, dağda bitkilər bitir, çox dəyişikliklərdən sonra nütfəyə çevrilər və ondan xoşbəxt insan vücuda gələr.

“Müstədrək" kitabında nəql olunan başqa bir rəvayətdə “dağlar" kəlməsinin yerində “hamilə qadınlar" gəlmişdir. Belə olan halda hədisin mə`nası daha da aydın olar.

Bir nəfər “Məscidül-həram”da, İmam Sadiq (əleyhissalam)-dan soruşur: Kimin günahı hamının günahından böyükdür? İmam buyurur:

Hər kim bu iki dayanacaqda - “Ərəfə və Məş`ərdə"- dayansa, bu iki dağ (Səfa və Mərvə) arasında sə`y edə, bu evin (Kə`bə) ətrafında dolana, İbrahimin məqamında namaz qıla, bütün bu əməllərdən sonra öz yanında deyə, yaxud güman edə ki, Allah hələ onu bağışlamayıb. Bu insanın günahı hamının günahından böyükdür."(Yə`ni, Allahdan ümidi üzmək və rəhmətindən mə`yus olmaq ən böyük günahdır)

Yenə İmam Sadiq (əleyhissalam) buyurur: “r bir şəhərdən və ya kənddən bir nəfər Ərəfədə dayansa, Allah-taala o şəhərin və kəndin bütün imanlı şəxslərinin nahlarını bağışlayar. mçinin, r bir imanlı ailədən bir nəfər həccdə, Ərəfədə dayansa, Allahın rəhmət və əfvi onun bütün ailə üzvünə aid olar.”

Əlbəttə, diqqət etmək lazımdır ki, imanın əsas qaynağı, təqvalı olmaqdır. İmansız və dini qəbul etməyənlər bu rəhmətdən xaricdirlər.


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin