Birinci: Yazışma. Bu yolla kölə və malik arasında qərar bağlanılır. Bu əsasla ki, kölə bir miqdar pul verib azad olur. Əgər öhdəsinə götürdüyü məbləğdən verə bilməsə, şəriət hakimi beytül-maldan verib onu azad etməlidir.
İkinci: Tədbir. Bu mə`nada ki, malik qərara alır ki, öldükdən sonra kölə azad olunsun.
Üçüncü: Əgər birisi ata-ana, baba, nənə, övlad, övladın övladı, bacı, bibi, xala, qardaş qızı, bacısı qızına malik olsa, dərhal onları azad etməlidir.
Dördüncü:Əgər birisi kölənin bir qismini azad etsə, o kölə tamamilə azad olar.
Beşinci: Əgər kəniz ağasından övlad dünyaya gətirsə, azad olar.
Altıncı: Əgər kölə küfr mühitində olmasından əvvəl, müsəlman olsa, azad olar.
Yeddinci: Hər vaxt malik, kölənin qulağı, burnu və ya hər hansı bir üzvünü kəssə, kölə azad olar.
Səkkizinci: Əgər kölə, kor, cüzam, bərəs, axsaq olsa və yatağa düşsə, azad olar. Yaşayış xərci isə beytül-maldan verilər.
Doquzuncu: Əgər vərəsəsi olmayan sərvətli ölsə, belə şəxsin köləsi ondan alınıb azad olunar. Mal-dövlət də köləyə çatır.
Onuncu: "Vəsail Şiə" kitabında belə bir ünvanda fəsil var ki, imanlı müsəlman kölə, yeddi ildən sonra azad olunur.
On birinci: Zəkatın sərf olunan səkkiz yerindən biri də, kölələrin alınıb azad olunmasıdır.
On ikinci: Əgər birisi öz nəzir və əhdinə əməl etməsə, andını sındırsa, orucunu qəsdən yesə, birini xətadan öldürsə və məhrəmlərindən biri ilə xəta etsə, kəffarə verməlidir. Bu kəffarələrdən biri də kölə azad etməkdir.
ƏMƏLİ VƏ ƏXLAQİ YOLLAR
Müqəddəs İslam dini, əməli və əxlaqi cəhətdən kölələrin azad olunması şərtini hazırlamışdır. Nümünə üçün İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamların (əleyhimussalam)-mın əməli və əxlaqi rəftarlarına baxaq.
Tarixçilər yazır: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Zeyd ibni Haris kimi kölələri azad edirdi. O vaxt müsəlmanlar bir-birinin ardınca Həzrətdən nümünə götürüb kölələri azad edirdilər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeyd ibni Harisi azad etməsindən əlavə, onu Cəhişin qızı ilə evləndirir və qısa müddətdən sonra ayrılırlar. Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeydin oğlu Usaməni, İslam qoşunlarına başçı tə`yin edir. Mühacir və ənsarın böyüklərinin ona tabe olmalarını tələb edir.
Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı puldan, min köləni azad edir.
Tarixçi Corc Zeydan yazır: Əbdullah ibni Süleyman yetmiş min kənizi azad etmişdir.
ƏXLAQİ GÖSTƏRİŞLƏR
İslam dini, kölələrin azad edənlərdən ötrü o qədər savab və axirət mükafatı qərara alıb ki, bununla öz tərəfdarlarını kölə azad etməyə təşviq etmişdir. Qur`an "Bələd" surəsində buyurur:
"Məgər Biz ona iki göz vermədikmi? Eləcə də bir dil və qoşa dodaq vermədikmi? Biz ona iki yolu (xeyir və şərr, küfr və iman yollarını) göstərmədikmi? Lakin o, əqəbəni keçə bilmədi. (özünə verilən bu qədər ne`mətlərə şükür etmədi.) Ya Peyğəmbər! Bilirsənmi əqəbə nədir? O bir kölə azad etməkdir. Yaxud, aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə və ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə!”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Hər kim müsəlman köləni azad etsə, Allah-taala, o kölənin hər bir üzvünün əvəzində, azad edən şəxsin üzvünü cəhənnəmin atəşindən azad edər."
İmam Sadiq (əleyhissalam) kölə azad edənlərin barəsində buyurur: Allah-taala, azad olunmuş kölənin hər bir üzvü əvəzində azad edənin əzabını atəşdən xilas edir.
Bəhsin sonunda qeyd edək ki, İmam Səccad (əleyhissalam)-ın bu sözləri, o zamana aiddir ki, hələ kölələr azad olmamışdılar. O, vaxt kölələr öz malikləri haqqında belə rəftar etməli idilər. Əlbəttə, bu bəhs genişdir. Biz yalnız, bu qədərinə kifayətlənirik.
ADİ ŞƏXSLƏRİN HÜQUQLARI
18. ƏHALİNİN HAQQI
فأَمَّا حُقُوقُ رَعِيَّتِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أَنَّكَ إنَّمَا اسْتَرْعَيْتَهُمْ بفَضْلِ قُوَّتِكَ عَلَيْهِمْ فَإنَّهُ إنَّمَا أَحَلَّهُمْ مَحَلَّ الرَّعِيَّةِ لَكَ ضَعْفُهُمْ وَذُلُّهُمْ، فَمَا أَوْلَى مَنْ كَفَاكَهُ ضَعْفُهُ وَذُلُّهُ حَتَّى صَيَّرَهُ لَكَ رَعِيَّةً وَصَيَّرَ حُكْمَكَ عَلَيْهِ نَافِذاً، لا يَمْتَنِعُ مِنْكَ بعِزَّةٍ وَلا قُوَّةٍ وَلا يَسْتَنْصِرُ فِيمَا تَعَاظَمَهُ مِنْكَ إلا [باللهِ] بالرَّحْمَةِ وَالْحِيَاطَة وَالأَناةِ وَمَا أَولاكَ إذَا عَرَفْتَ مَا أَعْطَاكَ الله مِنْ فَضْلِ هذِهِ الْعِزَّةِ وَالقُوَّةِ الَّتِي قَهَرْتَ بهَا أَنْ تَكُونَ لِلّهِ شَاكِراً، وَمَنْ شَكَرَ الله أَعْطَاهُ فِيمَا أَنعَمَ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.
“Amma sənin hakimiyyətində rəiyyiətin haqqı budur ki, həqiqətən, sən özün artıq qüdrətinin səbəbinə onları rəiyyət ünvanı ilə seçmisən. Həqiqətən, onların zəifliyi və gücsüzlüyü özlərini rəiyyət qərar verib. Belə olan halda, kimsənin zəifliyi, zilləti və səni ehtiyacsız etməsi, sənə üstünlük deyildir. Belə ki, zəiflik və zillətlik, onu sənin rəiyyətin və əlinin altında qərar verib. Sənin hökmünü onlara tə`sirli etmişdir. Onlar öz qüvvə və izzətləri ilə sənin müqabilində yalnız, Allahdan rəhmət, himayət, səbr və kömək intizarındadılar. Əgər anlasan ki, Allah-taala sənə hansı izzət və qüvvə əta etməklə, başqalarına qələbə çalmısan, onda daha yaxşı olar ki, Allaha şükür edəsən. Hər kim Allahın ne`mətinə şükür etsə, ona daha çox ne`mət bağışlar. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur! “
Məkarimul-Əxlaq kitabında bu mövzuda yazır
“Amma sənin hakimyyətin altında qərar tutanların haqqı budur ki, biləsən ki, onlar özlərinin zəifliyi və sənin qüdrətli olmaqına xatir sənin rəiyyətinə çevriliblər. Belə olan halda, sənə vacibdir ki, onlar barəsində ədalətlə əməl edəsən və onlardan ötrü ürəkyandırıcı ata olub, nadanlıq üzündən etdikləri xətaları bağışlayasan. Onların pis əməlləri müqabilində cəza verməyə tələsmə. Allahın sənə verdiyi qüdrətə görə şükür et."
İmam Səccad (əleyhissalam), hakim barəsində buyurur: Rəiyyət hakimin itaətində olub onunla düşmənçilikdən çəkinsinlər. Onun müqabilində rəiyyətin hüququnda buyurur: Hakim öz qüdrət və hakimiyyətinə xatir ədalətə riayət etməlidir. Bu hüquqda İmam Səccad (əleyhissalam) neçə mühüm mövzuya işarə etmişdir:
Birinci: Hakimin ədalətli olması.
İkinci: Hakimin mehriban və ürəkyandırıcı ataya oxşaması.
Üçüncü: Rəiyyət öz həyatında xətalara yol verir. Hakim onların müqabilində bağışlamağı bacarmalıdır.
Dördüncü: Hakimin, Allahın ona bağışladığı qüdrət və hakimiyyət ne`məti müqabilində ona şükür etməsi.
Dostları ilə paylaş: |