AZANÇININ HAQQI
وَأمّا حَقُّ الْمُؤَذِّنِ فَأَنْ تَعْلَمَ أنّهُ مُذَكِّرُكَ برَبكَ وَدَاعِيكَ إلَى حَظِّكَ وَأَفْضَلُ أَعْوَانِكَ عَلَى قَضَاءِ الْفَرِيضَةِ الَّتِي افتَرَضَهَا اللهُ عَلَيْكَ فَتَشْكُرَهُ عَلَى ذَلِكَ شُكْرَكَ لِلْمُحْسِنِ إلَيكَ. وَإنْ كُنْتَ فِي بَيْتِكَ مُهْتَمًّا لِذَلِكَ لَمْ تَكُنْ للهِ فِي أَمْرِهِ مُتَّهِماً وَعَلِمْتَ أنَّهُ نِعْمَةٌ مِن اللَّهِ عَلَيْكَ، لا شَكَّ فِيهَا، فَأَحْسِنْ صُحْبَةَ نِعْمَةِ اللَّهِ بحَمْدِ اللَّهِ عَلَيْهَا عَلَى كُلِّ حَالٍ. وَلا قُوَّةَ إلا باللهِ.
"Azan verənin haqqı budur ki, biləsən, Pərvərdigarını sənə xatırladıb, nəsibinə (bəhrənə) tərəf də`vət edir. Allahın sənə vacib buyurduqlarını yerinə yetirməkdə, sənə ən yaxşı köməkçidir. Onu, bu xidmətinə görə sənə ehsan edən kimi qiymətləndir. Əgər sən evinin içində, onun işinə bədbinsənsə, bədbin olmamalısan. Sən bilirsən ki, şübhəsiz, o Allahın ne`mətidir. Allahın ne`məti ilə yaxşı rəftar et. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!".
İmam Səccad (əleyhissalam)-ın bu bəhsdə buyurduqlarının xülasəsi budur ki, hər bir müsəlman bilməlidir ki, azan verənin onun boynunda haqqı vardır. Çünki, o, aşağıdakı mühüm işləri yerinə yetirir:
Birinci: İnsana, Rəbbini xatırladır.
İkinci: Namaz tərəfindən ona yetişən bəhrəyə tərəf də`vət edir.
Üçüncü: Allahın insana vacib etdiklərini yerinə yetirməkdə, ən yaxşı köməkdir. Beləliklə, ondan elə təşəkkür etməlisən ki, ehsan edənin təşəkkürü kimi olsun. Əgər kimsə evində azan verənin işindən xoşu gəlmirsə, Allahın əmri olan bu işdə, ona bədbin olmamalıdır. Bunu da bilməlidir ki, azançı, Allahın ne`mətlərindəndir. İnsan, Allahın ne`mətinə ehtiram etməlidir. Ne`mətə ehtiram, hər halda ona şükr etməklə ələ gəlir.
Gündəlik həyat işləri və məşğuliyyət, gecə-gündüz insanı özünə məşğul edir və onu Allahdan qafil edir. Azançı, Pərvərdigarın nida edəni hökümündə olub, insana maddi ləzzətlər içində qərq olmaqdan nicat verir. Özünün ruhu oxşayan nəğməsi ilə onun əlindən tutub, namazın əsası olan, kamal və səadətə tərəf çəkir. Fiqh və hədis kitablarında azan verən şəxsin yüksək məqam və hörməti barəsində çox mətləblər vardır. Azançıya elə savab və mükafatlar verilib ki, çox az adamlar bu savabı ələ gətirə bilərlər. İslamda azançıdan ötrü xüsusu hüquq vardır ki, bu qismətdə ona işarə edəcəyik. İmam Səccad (əleyhissalam) əxlaqi cəhətdən də azançının haqqını əda etməyə tövsiyə edir.
AZAN SÖZÜNÜN LÜĞƏTDƏ MƏ`NASI
Azan, ərəbcə lüğətdə "e`lan" mə`nasındadır.Tövbə surəsində oxuyuruq:
"Bu Allahdan və Onun Peyğəmbərindən saziş bağladığnız müşriklərə e`landır"!
İslamda "azana", o cəhətdən azan deyilir ki, azançı öz uca səsi ilə namaz vaxtının daxil olmasını e`lan edir. Ərəf surəsində buyurur:
"Bu zaman onların arasında bir azançı e`lan edəcəkdir".1
AZANIN ŞƏR`İ OLUNMA TARİXİ
Azan, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrətin ilk ilində tə`yin olunur. Bu mövzuda başqa nəzər də vardır. Bə`zilərinə görə azanın şər`i olması o vaxtdan başlayır ki, müsəlmanların sayı çoxalır və namazın vaxtının bilinməsi, onlara müşkül olur. Bu zaman müsəlmanlar, namazın vaxtının hamıya çatdırılması və bu savabdan mərhum olmamaqdan ötrü məsləhətə başlayırlar. Bə`ziləri bundan ötrü zəng vurulmasını təklif edirlər. Lakin, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bunu qəbul etmir. Buyurur: Bu cür çağırış xaçpərəstlərə aiddir. Bə`ziləri şeypurdan istifadə olunmasını təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbul etmir. Bu da yəhudilərə aid idi.
Bə`ziləri dəf çalmağı məsləhət bilirlər. Həzrət buyurur: Bu da, rumluların işidir. Bə`ziləri atəş yandırmağı təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Bu da məcuslara aiddir. Bə`ziləri bayraq qaldırmağı məsləhət bilirlər. Həzrət susur. Nəhayət, onların müəyyən bir mövzuda ittifaqı olmur. Bu zaman Cəbrail nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-ın evində idi. Azan hökümünü müsəlmanlara xəbər verirlər.
"Şeyx Səduq" özünün, "Mən la yəhzurul fəqih" kitabında nəql edir: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:
"Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olanda, Həzrət Əli (əleyhissalam) evində yatmışdı. Cəbrail, azan və iqamə dedi. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əli can! Eşitdin? Ərz etdi! Bəli! Ya Rəsulallah! Buyurdu: Hifz etdin? Həzrət Əli (əleyhissalam): Bəli! Ya Rəsulallah! Buyurdu: Bəs, Bilala öyrət! Həzrət azanı Bilala öyrətdi.
Dostları ilə paylaş: |