Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ



Yüklə 21,47 Mb.
səhifə6/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   2   3   4   5   6   7   8   9   ...   111

DİLİN HAQQI


وَأَمَّا حَقُّ اللّسَان فَإكْرَامُهُ عَنِ الْخَني وتَعْوِيدُهُ عَلَى الْخَيْرِ وَحَمْلُهُ عَلَى الأَدَب وَإجْمَامُهُ إلاّ لِمَوْضِعِ الْحَاجَةِ وَالْمَنْفَعَةِ لِلدِّينِ وَالدُّنْيَا وَإعْفَاؤُهُ عَنِ الْفُضُول اُلشَّنِعَةِ الْقَلِيلَةِ الْفَائِدَةِ الَّتِي لا يُؤْمَنُ ضَرَرُهَا مَعَ قِلَّةِ عَائِدَتِهَا. وَيُعَدُّ شَاهِدَ الْعَقْلِ وَالدَّلِيلَ عَلَيْه وَتَزَيُّنُ الْعَاقِلَ بعَقْلِهِ حُسْنُ سِيرَتِهِ فِي لِسَانِهِ. وَلا قُوَّةَ إلا باللهِ الْعَلِيِّ الْعَظِيمِ.

«Amma, dilin haqqı [hüququ] budur ki, onu çirkin işlərə bulaşdırmaqdan qoruyub, hörmətini saxlayasan. Əksinə, onu yaxşı və ləyaqətli söz deməyə vadar et! Onu ədəbli və yerində saxla! Yalnız, ehtiyac olanda dünya və Axirətinə faydası olan zaman ondan istifadə et! Onu çox danışdırmaqdan və zərərindən amanda qalmadığın faydasız sözlərdən qoru! Dil, ağıla şahidlik edəndir. Ağılın zinəti dilin vasitəsi ilədir. Böyük Allahdan başqa heç bir tərəfdən güc-qüvvət yoxdur!"

İmam Səccad (əleyhissəlam) dil barəsində buyurur:

Onu bütünlüklə Allah yolunda itaətdə saxla və yeddi üzvünün hüquqlarını qoru. O həzrət bədənin əzalarının hüququnda, əvvəlcə dildən başlayır və onu qorumağın yolunu bəyan edir.

DİL, İNSANDA ƏN BÖYÜK NE᾿MƏTDİR


Şübhə yoxdur ki, yaradılış aləmində insana məxsus olan ən böyük İlahi ne᾿mətlərdən biri dil və danışmaqdır.

«Ərrəhman" surəsinin 3-4-cü ayələrində bu böyük ne᾿mətə aşkarcasına işarə olunur və buyurur:

«İnsanın yaratdı, ona danışmağı [fikrini və duyğularını bəyan etməyi] öyrətdi.»

Müfəssirilər ayəni belə mə᾿na etmişlər: Bir şeyin üzərindən pərdə götürmək. Dil insanın batinindən xəbər verir və onun mütərcimidir. Pərdələri kənara atır və qəlbdə olanların hamısının izhar edir. Əgər dil olmasaydı, bəşər də başqa heyvanlar kimi sakit qalar, anlamaq və anlatmaq qapısı onun üzünə bağlanardı.


DİLLƏRİN MÜXTƏLİFLİYİ İLAHİ ƏLAMƏTDİR


Allah-taala Qur᾿ani-kərimdə buyurur:

«Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır.»1

DİL, İNSANI TANIMAĞIN AMİLİDİR


Hər bir şəxsi tanımağın müxtəlif yolları vardır. Onlardan biri də onun danışığıdır. Hər bir insan, öz şəxsiyyətini öz dili ilə tanıtdırır. Dil, onun batininin gözəl və ya çirkin olmasını göstərəndir. Hər bir şəxsin sözündən anlamaq olar ki, saleh ya fasiq şəxsdir. Həzrət Cavad (əleyhissəlam) buyurur:

«Kişi, öz dilinin altında gizlənmişdir1 Dil, pərdələri kənara atır və həqiqəti cilvələndirir.

DİLİN MAHİYYƏTİ VƏ MADDƏSİ


Həzrət Əli (əleyhissəlam), dil barəsində qısa bir cümlə söyləyib və dilin həqiqətini tam mə᾿nada aydınlaşdırmışdır. Həzrət buyurur: «Dilin çəkisi çox az, ancaq nahı çox ağırdır

Allahın insana bəxş etdiyi ə᾿zaların hər birisinin xüsusi vəzifəsi vardır. Məsələn, gözün, rəngləri və şəkilləri görməkdən başqa qüdrəti yoxdur. Qulağın, səsləri, danışıqları eşitməkdən başqa bir qabiliyyəti yoxdur. Əl, cisimləri ləms etməklə ayırd edə bilər. Lakin, dilin meydanı genişdir. Xeyir və şər meydanı, xoşbəxtlik və bədbəxtlik meydanı vardır. Nə vaxt xeyirə söz danışarsa, səadət meydanında dolanır və hər zaman pisliyə və şər danışarsa, insanı yolundan azdırmaqdan ötrü Şeytanın ən böyük tələsinə çevrilə bilər.


CƏMİYYƏTİN İSLAH VƏ YA FƏSADA DOĞRU GETMƏSİNDƏ DİLİN ROLU


Cəmiyyətin islah və ya fəsada doğru getməsindən ötrü müxtəlif yollar var. Ən tə᾿siredici yollardan biri, həmin «söz danışmaqdır».

Hər bir zirək və söz ustasının imkanı var ki, cəmiyyəti islaha, insani dəyərlərə və fəzilətlərə tərəf çəksin. Həmçinin, əksinə, həmin şəxs cəmiyyəti səadət yolundan ayırıb fitnə-fəsad, çirkinlik və əxlaqi pozğunluğa çəkə bilər. Mahir söz ustası, tənbəllik və uçuruma uğramış cəmiyyəti hərəkətə gətirərək, onların həyatını dəyişə bilər. Həmçinin, cəmiyyətin tünd həssasiyyətlərini və alovlarını söndürüb, onları hər şeyə qarşı biganə edə bilər. Xətib, haqq tələbində olan cəmiyyəti batilə doğru həmçinin, batil yolda qərar tutmuş cəmiyyəti isə haqqa doğru çəkə bilər. İndi də bu mövzuda bir neçə nümunə gətirək:

Həzrət Əli (əleyhissəlam), şəhadətə yetən zaman bu xəbər bütün islami şəhərlərə yayıldı.

Həzrətin mehrabda şəhadətə yetməsi xəbəri Şama yetişəndə, Müaviyənin öyrətdiyi şəxslərin yalan təbliğinin tə᾿sirindən aldanmışlardan bə᾿ziləri dedilər: Məgər, Əli namaz və mehrab əhli olub?

İnsanların ən abidi olub, ömrünü namazı bərpa etmək yolunda döyüşdə keçirən, namaz halında müqəddəs budundan oxu çıxarılan və bunu hiss etməyən bir şəxs, indi Şamda namazsız bir insan kimi tanıtdırılıb. Əhali onun məscidə getməsindən təəccüblənir. Bu dilin, haqqı batil sifətində cilvələndirməsinin nəticəsidir.

BOSR İBNİ ƏRTA VƏ BƏNİ HƏMDAN QƏBİLƏSİ


Müaviyə Bosr ibni Ərtanı, Bəni-həmədana hakim ünvanı ilə göndərən vaxt o, heç bir cinayətdən dala qalmayıb, elə bir zülm edir ki, nəfəslər sinələrdə boğulub, heç kəs söz danışmağa belə cür᾿ət etmirdi.

Belə bir həssas və böhranlı vəziyyətdə, şücaətli, şir ürəkli Sudə adlı bir qadın, müqəddəs dinin hörmətini və əhalini qorumaqdan ötrü Şama yola düşür. Müaviyəyə xəbər verirlər ki, Sudə adlı bir qadın səninlə görüşmək istəyir. Müaviyə təəccüblə dedi: Göydə gəzdiyim bir şəxs, öz ayaqları ilə sarayıma gəlib. Sudənin gəlməsinə icazə verdi. Sudə, saraya daxil olub, Müaviyəyə acı bir salam verir. Müaviyə soruşur: Gördün ki, axırda əlacsız qalıb bizim xilafətimizə salam verdin!

Sudə onun cavabında dedi: Özünə güvənmə! Hər bir şeyin sonu və zamanı var. Bu müvəqqəti məqama ürək bağlama. Tezliklə, vaxtın sona yetəcək.

Müaviyə dedi: Ey Sudə! Əlinin qoşunu döyüşərkən onların arasında qəhrəmanlıq şe᾿ri oxumağını xatırlayırsanmı? De görüm, bu işdən məqsədin nə idi? Sözsüz ki, mənim həlakət və məhv olmağımı istəyirdin? O şe᾿rlərdən bir də oxu!

Sudə cavabında dedi: Sənin zülmkarlığın və amansızlığın hər şeyi yadımdan çıxarıb. Mən indi sənin yanına Bosr ibni Ətadan şikayətə gəlmişəm. O, bizlərə zülm edir, əhalinin mallarını qarət edir və kişiləri qətlə yetirir. Müaviyə dedi: İndi səni onun yanına göndərərəm və səninlə nə cür istəsə, rəftar etsin. Sudə bu məzmunda şe᾿ri zəmzəmə edir:

Allahın salam və rəhməti o pak bədənə olsun ki, qəbir onu özünə çəkdi və onun getməsi ilə ədalət onunla dəfn olundu!

Müaviyə dedi: O şəxsdən hədəfin kimdir? Cavab verdi: Ağam Əli (əleyhissəlam), ey Müaviyə! Necə ki, bu gün sənin yanına şikayətə gəlib kömək istəyirəm və sən mənə belə cavab verirsən, günlərin birində məs᾿ulların birindən şikayət etməkdən ötrü Əlinin (əleyhissəlam) yanına getdim. O həzrət tək idi. Namaz qılmaq istəyirdi. Gözləri mənə sataşanda soruşdu: Nə işdən ötrü gəlmisən? Cavab verdim: Sənin tə᾿yin etdiyin qoşun başçısından şikayətə. Ey Əli!

Əli (əleyhissəlam) əllərini üzünə tutub, uca səslə ağlamağa başladı və ərz etdi:

«İlahi! Sən özün şahidsən ki, mən onu bəndələrinə zülm etməkdən ötrü ndərməmişəm

O vaxt həmin şəxsin işdən götürülməsi barəsində əmrini yazıb mənə verdi. Amma, sən şikayətə yetişmək əvəzinə məni qorxudursan! Budur Əli ilə sənin fərqin! Müaviyə qəmgin oldu. Əlacsız qalıb Bosr ibni Ətana yazır ki, cinayət və qətllərdən əl çəksin.

Bəli, dil elə bir iti bıçaqdır ki, hərəkətə gələn zaman Müaviyə kimi daş ürəkli bir şəxsi belə dəyişdirir. O vaxt Müaviyə dedi: Əli ibni Əbi Talib sizi məğrur edib. O sizin tayfanın barəsində belə söyləyir:

«Əgər Behiştin qapısı olsam, Həmdan qəbiləsinə deyərəm: Salamatçılıqla Behiştə daxil olun!»1


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin