Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-IN YOLDAŞLIQ BARƏSİNDƏ CÜNADƏYƏ SÖZLƏRİ



Yüklə 21,47 Mb.
səhifə71/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   67   68   69   70   71   72   73   74   ...   111

İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-IN YOLDAŞLIQ BARƏSİNDƏ CÜNADƏYƏ SÖZLƏRİ


İmam Həsən Müctəba (əleyhissalam) öz vəsiyyətində Cünadət ibni Üməyyəyə buyurur:

Öz nəfsindən mişə hesab apar. Əgər çətinliyə düşsən, kişilərlə yodaşlıq et. Bu xüsusiyyətltlərlə yoldaşlıq et: O kəslər ki, sənə zinət olsunlar. zuruna gedərkən səni qəbul edib qorusun. Onun köməyinə ehtiyacın olsa, sənə kömək etsin. Ona söz deyərkən sözünü təsdiqləsin. Əgər onunla dostluq əhdi bağlasan, əhdində möhkəm olsun. Əgər əlini onun fəzilətinə tərəf uzatsan, əlindən tutsun. Əgər səndən abır-yanın aradan getməsinə səbəb olası bir şey baş versə, onu gizlətsin. Əgər sənin tərəfindən yaxşılıq rsə, onu nəzərə alsın. Əgər ondan bir şey istəsən sənə versin. Əgər ruzigarın hadisələri ilə qarşılaşsan, səninlə bərabər və qardaş olsun!”1

Əmirəl-mö`minin Əli (əleyhissalam) alim və bilik sahibləri ilə oturub durmağı belə bəyan edir, buyurur:

Yalnız sağlam düşüncəli, ağlı və Allahdan qorxan şəxslərlə yoldaşlıq et. Yalnız, öz nəfsini paklayan alimlərlə yoldaşlıq et. Sirrini yalnız, əhdinə əməl edən vəfadar mö`minə söylə! "

Həzrət buyurur: Bilin! Alimlərlə oturub, onlara tabe olmaq elə bir işdir ki, ona rə insana mükafat verilər. Alimə tabe olmaq, ehsana çatıb, nahların aradan getməsinə səbəb olur. mçinin, bu əməl, mö`minin axirət azuqəsi, dünyada və ölüm anında şərəfidir.“2

34.ŞƏRİKİN HAQQI



وَأمّا حَقُّ الشَّرِيكِ، فَإنْ غَابَ كَفَيْتَهُ، وَإنْ حَضَرَ سَاويْتَهُ، ولا تَعْزِمْ عَلَى حُكْمِكَ دُونَ حُكْمِهِ، وَلا تَعمَلْ برَأْيكَ دُونَ مُناظَرَتهِ، وتَحْفَظُ عَلَيْهِ مَالَهُ وَتنْفِي عَنْهُ خِيَانتَهُ فِيمَا عَزَّ أَو هَانَ فَإنَّهُ بَلَغَنَا أَنَّ «يَدَ اللهِ عَلَى الشَّرِيكَيْنِ مَا لَمْ يَتَخاوَنا». ولا قُوَّةَ إلا باللهِ.

"Şərikin sənin boynunda haqqı odur ki, olmayan vaxta onun işlərinə yetişəsən. Əgər yanında olarsa, onunla birlikdə ol. Onun fikrini bilməmiş, öz qərar və fikrin əsasında nəticə alma. Onun malını ondan ötrü hifz et. Onun işlərinin az və ya çoxuna xəyanət etmə. Çünki, bizə çatıb ki, nə qədər ki, iki şərik bir-birinə xəyanət etməyiblər, Allahın əli onların üstündədir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur."

"Şirk, şirkət, müşarikət", hər üçü şərik olmaq mə`nasındadır. "İşrak“ da şərik etmək mə`nasındadır. Qur`nda, "Taha" surəsində oxuyuruq:



"Onunla (Harunla) arxamı möhkəmləndir. Onu işimə ortaq (şərik) et!"1 Yə`ni, Musanın qadaşını, Fironu dinə də`vət etmək işinə şərik et.

Ortaq və ya şərik o kəsdir ki, bir şeydə və ya bir işdə başqası ilə ortaq olsun. Furqan surəsində oxuyuruq:



"O (özünə) heç bir övlad götürməmişdir. Mülkində heç bir şəriki yoxdur.2

Allahın, kainata hökumət və tədbirində heç bir şəriki yoxdur. Şərikdən məqsəd, müstəqil şərikdir. Yoxsa, kainatın tədbirindən ötrü çoxlu mələklər və qeyri-mələklər yaratmışdır.

"Şirk "addır. Yə`ni şirk əməli. Həmçinin, şərik və nəsib mə`nasındada gəlmişdir. Bə`ziləri: "Yoxsa onların ylərdə bir şəriki var?3 –ayəsində, "şərik" sözünün, "nəsib və bəhrə" mə`nasında olduğunu iddia edirlər. Müşrik o kəsdir ki, Allaha şərik qərar verir.4


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin